Məhkəmə qərarları › İş №2(021)-2109/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2109/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2109/2022 26.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Premier Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Premier Kredit Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsinin verilməsinə dair dövlət rüsumu tələbə münasibətdə natamam ödənilmiş, 56.04 manat ödənilməli olduğu halda 30 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı Premier Kredit Bank Olmayan Kredit Təşkilatı MMCnin dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ : İddiaçı Premier Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Premier Kredit Bank Olmayan Kredit Təşkilatı MMC –yə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov 23 iyun 2020-ci il № 2(021)-2129 /2020 Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Xətai ray. Babək pr. 16 Bərdə rayon Məhkəməsinin 2(021)-2129 saylı 23 iyun 2020-ci il tarixli qərardadına əsasən iddia ərizəniz və əlavə edilmiş sənədlər Sizə qaytarılır. Qoşma: qərardad, iddia ərizəniz və əlavə edilmiş sənədlər Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar