Məhkəmə qərarları › İş №2(021)-2114/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2114/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2114/2021 02.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə mülki nikahlarından olan uşaqları 14 fevral 2010-cu il təvəllüdlü X6 və 14 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, ümumillikdə 350 manat sabit məbləğdə alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 1994-cu il tarixdən rəsmi nikah olmadan birgə təsərüffal apararaq, ər-arvad kimi faktiki olaraq yaşamışlar. Bu zaman 3 övladları, dünyaya gəlmişdir. 25 oktyabr 1995-ci il təvəllüdlü X4, 14 fevral 2010cu il tarixli X6 və 14 fevral 2010-cu il tarixli X5 dünyaya gəlmişdir. Hazırda tənha ana olaraq iki azyaşlı övladları böyütmək çox çətindir. Heç yerdə işləyə bilmir və övladlarının qayğısına özü qalır. Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və azyaşlı övladları 14 fevral 2010-cu ildə anadan olmuş X6 və 14 fevral 2010-cu ildə anadan olmuş X2 atası Cavabdeh olması müəyyən edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)- 164/2021 saylı 05.05.2021 -ci il tarixli qətnaməsi ilə uşaqlarının alası müəyyən olunmuşdur. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanması üçün aliment hər uşağa 160 manat müəyyən edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı 21 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X3 və 14.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-164/2021 saylı 05 may 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh 14 fevral 2010-cu il təvəllüdlü X3 və X2 atası olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı, 21 noyabr 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, 14.02.2010-cu il təvəllüdlü X6 və 14.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi hal-hazırda qanuni qüvəsini almamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X10 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb etsə də həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 6752/2019 saylı 21 noyabr 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar