Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-212/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh səhhətinə vurduğu zərərə görə 300 manat, avtomaşınına vurulmuş ziyanın əvəzi olan 650 manat, ümumilikdə 950 manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sürücülük hüququ əsasında idarə etdiyi VAZ-21099 minik markalı 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 11.01.2021-ci il tarixdə saat 1950 radələrində idarə etdiyi avtomobillə Ağcabədi rayon istiqamətindən Yevlax rayon istiqamətində Bərdə rayonu Mehdili kəndi ərazisində yolun sağ zolağı ilə hərəkətdə olarkən sağa dönmə işığını yandırıb yolun sağ çiyninə doğru hərəkət edərək dayanmaq istəyərkən arxadan onunla eyni istiqamətdə gələn hazırki iş üzrə Cavabdeh idarə etdiyi VAZ-21074 minik markalı 90 HM-927 dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini gözləməyib ona məxsus avtomobilin sol arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində səhhətinə və avtomobilinə ziyan dəymişdir. Belində olan xərasətlərin müalicəsinə 300 manat xərci çıxmışdır. Hadisənin səhəri günü "Az Sığorta"nın əməkdaşları gəlib onun avtomobilinə baxış keçirmişlər. Təxminən 10 gün sonra bildirmişlər ki, onun avtomobilinə sığorta şirkəti dəymiş ziyanı 650 manat məbləğində hesablamışdır. Hansı ki, ona məxsus avtomobilə dəymiş ziyan mütəxəssis rəyindən göründüyü kimi 1350 manat təşkil edir. Hadisədən sonra Cavabdeh ona bildirmişdir ki, sığorta şirkəti avtomobili üçün dəymiş ziyanı ödədikdən sonra nə çatmasa əlavə pulu ödəyəcəkdir. X2 ilə əlaqə saxlayaraq avtomobilini düzəltmək haqqının çox etdiyini, ona köməklik göstərməsini bildirmişdir. Ancaq bu günə kimi Cavabdeh ona heç bir maddi köməklik göstərməmişdir. Hadisə zamanı avtomaşınların toqquşması nəticəsində bel nahiyyəsində ağrılar başlamışdır. Məhkəmə-tibb ekspertizasının 11.02.2021-ci il tarixli 56 nömrəli rəyindən göründüyü kimi İddiaçı 11.01.2021-ci il tarixdə tibb müəssisəsinə onurğanın bel şöbəsinin küt travması, bel nahiyəsinin səthi qançırları diaqnozu ilə müraciət etmişdir. Qeyd olunan xəsarətin küt alətin təsirindən 11.01.2021-ci il tarixində yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna olunmur. Bundan başqa qeyd edir ki, iş üzrə Cavabdeh polisdə verdiyi izahatla yuxarıda sadaladığı faktları təsdiq etmişdir. Əlavə olaraq bildirir ki, zərər dəymiş avtomobil barədə “ilkin qiymətləndirmə akt”ından da göründüyü kimi ona məxsus VAZ-21099 minik markalı 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün ümumilikdə 1350 manat məbləğində pul vəsaiti lazımdır. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair 2(021)-2766/2021 nömrəli mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8745 saylı 26 yanvar 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə avtomotoservis” müəssisəsində tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “VAZ-21099” markalı, 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1060,0 manat müəyyən edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində 11.01.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş (TP 2940856) qərarda heç bir dəyişiklik edilmədən öz qüvvəsində saxlanılmışdır. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı 15.01.2021-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh 11.01.2021-ci il tarixdə saat 2150 radələrində idarə etdiyi VAZ-21074 minik markalı 90 HM-927 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı maddi zərər vurmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus VAZ-21099 markalı 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1350 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 11.01.2021-ci il tarixdə idarə etdiyi VAZ-21074 markalı avtomaşınla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus VAZ-21099 markalı 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur. 25 yanvar 2021-ci il tarixli ilkin qiymətləndirmə aktında VAZ-21099 markalı 09 BC-099 dövlət qeydiyyat nişanlı avtomobilə 1350 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/8745 saylı 26 yanvar 2022-ci il tarixli rəyində isə 1060 manat qeyd edilsə də iddiaçı iddia ərizəsində cavabdehdən avtomobilinə vurulmuş ziyana görə 650 manat tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia avtomobilə vurulmuş ziyan tələbinə dair hissədə iddia ərizəsinə uyğun qaydada təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək belə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 650 manat məbləğində maddi zərər vurulması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus avtomobilə 650 manat dəyərində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin səhhətinə vurulmuş zərərə görə 300 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən iddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 yanvar 2022-ci il tarixli 9/8745 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 650(altı yüz əlli) manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-212/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-212/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver