Məhkəmə qərarları › İş №2(021)-213/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-213/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-213/2021 03.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Nümayəndə2, Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul və əmlak” tələbinə dair ilk, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mülkiyyətində olan avtomobillərin alınması, onlar olmadıqda pul” tələbinə dair iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 22.300 manat məbləğində pul, 6500 manat dəyərində iki ədəd avtomobil və 23.500 manat dəyərində iki ədəd soyuducu (digər avadanlıqları ilə) alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 Əli oğlunun əməllərində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılaraq prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İsmayıllı şəhərində olan sexində pendir və digər süd məhsulları istehsal edilir. Bu məqsədlə İsmayıllı və digər rayonlardan süd alaraq İsmayıllı şəhərindəki sexin təlabatı ödənildikdən sonra artıq qalan südün Bakı şəhərində satışını təşkil edir. 2019-cu ilin mart ayında Tərtər rayonu Mamırlı kənd sakini X10 ilə görüşmüş, Seymurun təklifi ilə Mamırlı kəndində soyuducu ilə təchiz edilmiş süd qəbulu məntəqəsi açmışdır. 2019-cu ilin may ayında X6 ilə İsmayıllı şəhərinə gəlmişlər. Onlar işin təşkilini müzakirə etmiş, Talıb işin “canlandırılması” üçün 1000 manat pul istəmiş buna görə 1000 manat pulu ona vermişdir. Talıbin təklifi ilə Mamırlı kəndində olan soyuducu ilə təchiz edilmiş süd qəbulu məntəqəsini Bərdə şəhərində Cavid adlı şəxsin pendir sexinə köçürtmüş, 2019-cu ilin avqust ayında soyuducu ilə təzhiz edilmiş süd qəbulu məntəqəsini Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan, yaxın münasibətdə olduğu digər Cavabdeh2 yaşadığı evin darvazası yanında qurmuşlar.Razılığa əsasən, bir ədədinin qiyməti 10000 manat, digərinin qiyməti 13000 manat olan soyuducuları və 500 manat dəyirində digər avadanlıqları həmin məntəqədə quraşdırmağı, süd məhsullarının alışı üçün zəruri olan miqdarda pulu o təmin etməli, etibarnamə ilə istifadə etdiyi bir ədəd qeydiyyat nişanı 10EU129 olan “QAZ 3110” markalı, bir ədəd qeydiyyat nişanı 36BH084 olan “QAZ 31029” markalı minik avtomobilləri isə Cavabdeh2 sərəncamına vermişdir. Cavabdeh2 da məntəqədə istifadə olunan yuyucu vasitələrin təmin edilməsi xərclərini ödəməklə südün hər bir litri üçün 2 qəpik zəhmət haqqı alması ilə razılaşmışdır.Talibın isə İsmayıllı şəhərindəki sexin təlabatın ödədikdən sonra artıq qalan südün Bakı şəhərində satışını təşkil etməyi, xalis gəliri ikisi arasında tən yarı bölmək barədə razılığa gəlmişlər.Cavabdehlərin etibardan sui-istifadə edib onu aldatdıqlarını düşünüb haqq-hesab etməyi tələb etmiş, 12.03.2019-cu il tarixdə haqq-hesabın nəticəsi olaraq onların hesabında dövriyyə üçün verdiyi 19700 manat pulu və daşınma xərci olaraq 2600 manat məbləğində pul vəsaiti, 6500 manat dəyərində iki ədəd avtomobili, 18500 manat dəyərində soyuducu komplekti olduğu müəyyən edilmişdir. Bir müddət sonra o, pulunu, avtomobillərini və avadanlıqlarını istəmişdir.Cavabdehlər əvvəlcə müxtəlif bəhanələrlə onu yubatdmış, sonradan isə borclarını ödəməkdən qərəzli olaraq boyun qaçırmışlar. Avtomobillərin və soyuducuların cavabdehlər tərəfindən qanunsuz olaraq satmaları istisna olunmur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, X7 cavabdeh qismində cəlb olunmalı olduğunu qeyd edərək göstərmişdir ki, 2019-cu ilin mart ayında Seymur Məmmədovla görüşmüş, onun təklifi ilə Mamrılı kəndində soyuducu ilə təchiz edilmiş süd qəbulu məntəqəsi açmışdır. İş görmək üçün xeyli miqdarda pul vermişdir. Təxminən 2 ay sonra işin qənaətbəxş olmadığı məlum omuşdur. Seymur Məmmədovla haqq hesab etmişlər və Seymur Məmmədovun ona 3830 manat borcu və südün tərkibinin normada olmaması nəticəsində vurulmuş zərərə görə 1200 manat pul verməli olduğu müəyyən edilmişdir. O, verməli olduğu 5030 manat pulu iki ildən gec olmamaqla ödəməsi barədə öhdəlik götürmüşdür. Həmin müddət tamam olmasına baxmayaraq bir manat belə ödəməmişdir. Odur ki, cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 oğlundan 22.300 manat məbləğində pul, 6500 manat dəyərində iki ədəd avtomobil və 23.500 manat dəyərində iki ədəd soyuducu (digər avadanlıqları ilə ) alınaraq ona verilməsini, cavabdeh X5 3800 manat mənimsədiyi məbləğə görə , 1200 manat vurduğu zərərə görə, cəmi 5030 manat pulun alınaraq ona verilməsini, Cavabdeh1 və Cavabdeh2 Əli oğlunun əməllərində cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılaraq prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə verərərk, X7 iddia tələbinə cavab verməli olan şəxs olmadığından cavabdeh statusuna xitam verilməsini xahiş etmişdir. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlu qarşılıqlı iddia verərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək cavabdeh İddiaçı 38579 manat pulun, enerji sərfiyatına görə ödənilməli olan 800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlu qarşılıqlı iddia ərizəsini belə əsasladırmışdır ki, ilkin İddiaçı ilə 18 sentyabr 2019-cu il tarixdə qarşlıqlı razılığa gəlmişlər ki, İsmayıllı rayonunda yerləşən İddiaçı məxsus pendir sexinə süd məhsulları yığılsın və artıq qalan süd məhsullarını isə Bakı şəhərinə göndərilsin. Həmin razılaşma zamanı Seymur və Şahin adlı şəxslərdə orada olmuşdur. Şərtləri belə olmuşdur ki, toplanmış süd məhsullarının hər 1 litirinə görə bizə 04 (dörd) qəpik ödəniləcəkdir. Həmin 04 dörd qəpikdən 02 qəpik qazanc kimi onlara veriləcək, 02 qəpik qazanc isə avadanlığın pullarının ödənilməsinə çıxılacaqdır. Bundan başqa işin qurulması məqsədi ilə, cəmi 1300 manat dəyəri olan ** EU *** dövlət qeydiyyat nişanlı QAZ 31029 markalı və ** BH *** dövlət qeydiyyat nişanlı QAZ 31029 markalı avtomobillər, 13.000 (on üç min) manat dəyərində 2 ədəd soyuducu, süd qəbulu üçün işlənmiş kauçuk materialdan boçka Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən Cavabdeh2 məxsus həyətinə yaxın ərazidə yerləşdirilmişdir. Təxminən 07.10.2019-cu il tarixdə onlar süd məhsullarının toplanması və qəbulu məqsədi ilə işə başlamışlar. İddiaçı süd məhsullarının toplanması ilə əlaqədar olaraq müxtəlif vaxtlarda Cavabdeh2 5700 manat məbləğində pul ödəmişdir. Bundan əlavə İddiaçı 1300 manat dəyərində avtomobil, avadanlıqların təmiri üçün yəni usta pulu, avadanlıqların daşınıb gətirilməsi, yerləşdirilməsi üçün 2000 manat, soyuducunun mühərrikinin dəyişdirilməsi üçün 900 manat pul xərcləmişdir. İddiaçı ona verdiyi 5700 manat dəyərində pul, avtomobillərin dəyəri, avadanlıqlar, avadanlıqların təmiri, daşınması, yerləşdirilməsi xərcləri ümumilikdə 10.000 manat təşkil etmişdir. İddiaçı tərəfindən ayr-ayrı vaxtlarda verilmiş 5700 manat məbləğində pul, xərclər də daxil olmaqla hesablanmış və hesablanmış məbləği, yəni 10.000 manat pul kimi Cavabdeh2 imza edərək qəbul etmişdir. Birgə işlədikləri dövrdə onlar tərəfindən avtomobillərin təmiri üçün 1400 manat xərc çəkilmişdir. Belə ki, avtomobilin birinə mühərrik alınmış, arxası kəsilərək yük maşınına çevirmişlər, digər avtomobilə təkər, ehtiyyat hissələri alaraq işlək vəziyyətə gətirmişlər. Bunu şahidlər də təsdiq edə bilərlər. Bundan əlavə süd məhsullarının yığımı ilə əlaqədar çətinliklər yarandığı üçün İddiaçı təklif etmişdir ki, süd məhsullarının yığımının gündəlik artırlması məqsədi üçün, südün qiyməti rəqabətli şəkildə artırılsın. Onlar süd məhsullarını rəqabətli qiymətlərlə yığmağa başlamışlar və nəticədə işlədikləri dövrdə İddiaçı işlətdiyi pendir sexinə 21492 manatlıq süd göndərmişlər. Həmin süd məhsullarının litiri 71.360 ton təşkil etmiş, 02 qəpikdən hesablandıqda iddiaçı tərfəfindən onlara 1427 manat ödənilməlidir. Bundan başqa 509 ton süd məhsulu toplanaraq müxtəlif vaxtlarda İddiaçı süd avtomobilləri ilə Bakı şəhərinə daşınmış, südün hər litirinə görə İddiaçı 04 (dörd) qəpik pul ödənmişdir. Onlar İddiaçıla birlikdə 07.10.2019-cu il tarixdən 1103.2020-ci il tarixə kimi işləmişlər. İşlədikləri dövrdə Nuru Qurbanov 3 ay müddətində hər gün onlara 1 ton süd məhsulu daşımışdır. İddiaçı təklifi ilə Nuru Qurbanovun həmin toplanmış südü digər şəxslərə satmaması üçün rəqabətli qiymətlə yəni 02 qəpik fərqli qiymətə onlara daşımışdır. İddiaçı rəqabət qiymətinin, yəni ümumilikdə 90 ton südün dəyəri olan 1800 manat ödəməkdən boyun qaçırmış, həmin pul onlar tərəfindən ödənilmişdir. Bundan başqa İddiaçı təklifi ilə Seymur Məmmədov toplanmış südü digər şəxslərə satmaması üçün rəqabətli qiymətlə yəni 02 qəpik fərqli qiymətə onlara daşımışdır. Seymur Məmmədov tərəfindən toplanmış südün rəqabətli qiymətlə dəyəri 1560 manat təşkil etmişdir. Həmin 1560 manat pul onlar tərfindən ödənilmişdir. Bundan başqa İddiaçı təklifi ilə bir neçə şəxsi sürücü və işçi kimi işə götürmüşlər. Həmin şəxslərdən İX18 2019-cu ilin oktyabr, noyabr, dekabr və 2020-ci ilin yanvar ayı üçün ümumilikdə 1000 manat, X3 qəbulu, qab-qacağın təmizlənməsi üçün 2020ci ilin yanvar və fevral üçün (bir ay yarım) 375 manat ödəmişlər, X4 kimi 2020-ci ilin yanvar ayının axırlarında mart ayının 11- dək (bir ay yarım) sürücü kimi 750 manat, gündəlik yanacaq pulu kimi 15 manat olmaqla 675 manat ümumilikdə 1425 manat, X19 2019-cu ilin oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün sürücü işləməsi ilə əlaqədar 2500 manat, gündəlik yanacaq pulu 15 manat olmaqla 2250 manat, ümumilikdə 4750 manat, X8 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral və mart ayları üçün sürücü kimi 2000 manat, gündəlik yanacaq pulu 15 manat olmaqla 1800 manat, ümumilikdə 3800 manat, X11 bira ay sürücü işləməsi ilə əlaqədar 500 manat, gündəlik yanacaq pulu 15 manat olmaqla 450 manat, ümumilkdə 950 manat ödəmişlər. Halbu ki, İddiaçı təklifi ilə işə götürülmüş işçilərin pulu iddiaçı tərəfindən ödənilməli olduğu halda həmin pullar onlar tərəfindən ödənilmişdir. Bundan əlavə 07.10.2019-cu il tarixdən 1103.2020-ci il tarixə kimi işlədiyimiz dövrdə İddiaçı topladığımız 16 ton süd məhsilunu qəbul etmədiyi üçün yararsız vəziyyətə düşmüşdür. Həmin süd məhsullarının dəyəri olan (16.000x0,29) 4640 manat onlar tərəfindən ödənilmişdir. Bundan əlavə 07.10.2019-cu il tarixdən 11.03.2020-ci il tarixə kimi işlədikləri dövrdə 15 ədəd, cəmi 270 manat dəyərində olan kauçuk materialdan boçka, 2 ədəd 2 tonluq kauçuk materialdan çən yararsız vəziyyətə düşmüşdür. İddiaçı 11 mart 2020ci il tarixdə bizi İsmayıllı şəhərinə çağıraraq onlarla işləməyəciyini bildirdi. Həmin vaxt ona bildirmişlər ki, işin qurulması ilə əlaqədar müxtəlif şəxslərdən nisyə şəkilində süd məhsulları toplayarq ona göndərmişlər. İddiaçıya göndərilmiş (yəni iddiaçıya məxsus İsmayıllı şəhərində yerləşən pendir sexinə) 59 ton (üzsüz) süd məhsuılaının dəyəri 15930 manat, 12360 ton (üzlü) süd məhsullarının dəyəri 5562 manat olmaqla ümumilkdə 21492 manat təşkil etmişdir. Bundan başqa Bakı şəhərinə göndərilmiş 509 ton süd məhsullarına görə iddiaçı tərəfindən bizə süd məhsullarının hər litirinə 04 qəpik ödənilməli idi. Lakin iddiaçı həmin pulları nəzərə almayaraq onlarla haq-hesab etməyərək, etibarlarından sui-istifadə edərək onları aldatmışdır. Hazırda müxtəlif şəxslərdən nisyə şəkilində aldıqları süd məhsullarının pullarını ödəyə bilmirlər. Həmin pulların qaytarılması üçün onlar məcbur olub işləyirlər. Borc pulların qaytarılması üçün kredit şəkilində ayrı-ayrı şəxslərdən pul almışlar, özlərinə məxsus digər əşyaları satmışlar. Bundan əlavə iddiaçı ilə işlədikləri dövrdə hər ay 200 manat olmaqla cəmi 800 manat enerji sərfiyyatı borcu yaranmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edirlər ki, hazırki iş üzrə cavabdeh – İddiaçı 38579 (otuz səkkiz min beş yüz yetmiş doqquz) manat pul, enerji sərfiyyatına görə ödənilməli olan 800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq onların xeyrinə ödənilməlidir. Müstəqil tələb irəli sürən X22 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 3250 manat dəyərində dövlət qeydiyyat nişanı 10EU129 olan “QAZ 3110” markalı və 3250 manat dəyərində dövlət qeydiyyat nişanı 36BH084 olan “QAZ 31029” markalı minik avtomobillərinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Seriyasi AD №494345 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə QAZ3110” minik markalı 10EU129 nömrəli qeydiyyat nişanlı və Seriyası AD №494286 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə “QAZ31029” minik markalı 36BH084 nömrəli qeydiyyat nişanlı minik avromobilləri onun mülkiyyətindədir. Notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında həmin avtomobilləri İddiaçı həvalə etmişdir. Həmin avtomobilləri qanunsuz olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ələ keçirərək onun mülkiyyət hüququnu pozmuşdur. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 6500 manat dəyərində dövlət qeydiyyat nişanı 10EU129 olan “QAZ 3110” markalı və 6500 manat dəyərində dövlət qeydiyyat nişanı 36BH084 olan “QAZ 31029” markalı minik avtomobillərinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. O, həmçinin müstəqi iddia tələbinin təmin olunmasını da məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd olunmasını, həmçinin qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin müstəqil iddia tələbini də qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 oğlu iddia tələbini qəbul etməyərək rədd olunmasını, həmçinin qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin müstəqil iddia tələbini də qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd ounmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş AD №494345 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ3110” minik markalı 10EU129 nömrəli qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AD №494286 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ31029” minik markalı 36BH084 nömrəli qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” ƏN–Vİİ № 254955 Etibarnamənin surətindən görünür ki, “QAZ3110” minik markalı 10EU129 nömrəli qeydiyyat nişanlı avromobil X22 tərəfindən İddiaçı sürücülük hüququ olduqda iarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzrində sərəncam vermək və s. hərəkətləri edə bilmək üçün səlahiyyətləri verilmişdir. Mülki işə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında EQ3999556 saylı 20.07.2020-ci il tarixli Elektron qərardan görünür ki, “QAZ31029” minik markalı 36BH084 nömrəli qeydiyyat nişanlı avromobilin istifadəçisi İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 10 manat cərimə edilmişdir. Mülki işə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında EQ4307113 saylı 05.09.2020-ci il tarixli Elektron qərardan görünür ki, “QAZ3110” minik markalı 10EU129 nömrəli qeydiyyat nişanlı avromobilin istifadəçisi İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 10 manat cərimə edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 4\836 saylı 08.07.2021-ci il tarixli ekspert rəyininin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində olan milə-mil şagird dəftəri vərəqinin 1-13-cü sıralarının sonundakı imzalar və 14-cü sıranın sonundakı 2-ci imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. (aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir) Mülki işə əlavə edilmiş 18.06.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X14 AD №417543 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “QAZ31029” minik markalı 36BH084 qeydiyyat nişanlı, buraxılış ili 1993, Ban nömrəsi XTH 310290P0114428 olan avtomobili 4200 manata X1. Mülki işə əlavə edilmiş 20.06.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, X20 AA №542682 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “QAZ3110” minik markalı 10EU129 qeydiyyat nişanlı, buraxılış ili 1997, Ban nömrəsi XTH 311000V0000438 olan avtomobili 3800 manata X1. Mülki işə əlavə edilmiş “X12”MMC-nin 368 saylı 25.10.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, 1 ədəd 3.4 ton tutumu olan süd soyuducu avadanlığının hal-hazırda işlək vəziyyətdı qiyməti təxminən 7200 manat olması müəyyən edilir. Qeyd: baxış zamanı digər süd soyuducu avadanlığı olmadığına (ekspertiza baxışından öncə satılmışdır) görə həmin avadanlığa qiymət təyin etmək mümkün olmamışdır. Qeyd: Respublika və internet onlayn satış bazarlarında mövcud olan qiymətlərdən, süd soyuducu avadanlıqların markalarından, iş qabiliyyətindən və sair əmtəə-texniki göstəricilərindən , tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən asılı olaraq, yuxarıda müəyyən eedilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. (aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir). Məhkəm iclasında şahid qismində dindirilmiş X21 bildirdi ki, iddiaçının sürücüsü işləyir. Dəfələrlə Bərdədən Bakıya süd aparmışdır. Məhkəm iclasında şahid qismində dindirilmiş X24 oğlu bildirdi ki, Mətləb və Talıbın tapşırığına əsasən kəndlərdən süd yığımı ilə məşğul olub. Mülki işə əlavə edilmiş yerli baxış protokolundan görünür ki, soyuduculardan biri mövcud deyil, həmçinin avtomobilin biri movcud olmaqla arxa hissəsi kəsilərək kuza düzəldilmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, ilk iddia tələbi üzrə 30 manat, qarşılıqlı iddia üzrə 30 manat, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən 30 manat dövlət rüsmuları ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı ilə cavabdehlərin qarşılıqlı razılıqları əsasında cavabehlər Bərdə rayonundan süd yığımı ilə məşğul olmuşlar. Bunun üçün iddiaçı H. Abdurazaqov cavabdehlərə maliyyə vəsaiti, 2 ədəd soyuducu və 2 ədəd avtomobili vermişdir. Avtomobillərin mülkiyyətçisi isə müstəqil tələb irəli sürən üçüncü şəxs X16r. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, ilk iddia tələbi 22.300 manat məbləğində pul, 6500 manat dəyərində iki ədəd avtomobil və 23.500 manat dəyərində iki ədəd soyuducu (digər avadanlıqları ilə ) tələbindən ibarətdir. İlk iddia tələbi ayrı-ayrılıqda tələblərdən ibarət olduğundan məhkəmə hər birinə münasibətdə dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Belə ki, 22.300 manat məbləğində pul tələbinə münasibətdə iddiaçı məhkəməyə qəbz təqdim etmiş və həmin qəbzdəki imzaların ekspert rəyinə əsasən 1-13-cü sıralarının sonundakı imzalar və 14-cü sıranın sonundakı 2-ci imza Cavabdeh2 tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı H. Abdurazaqov iddia ərizəsində 19700 manat pul vəsaitini verməsini bildirsə də məhkəmə tutulası məbləğin 16000 manat olması qənaətinə gəlir. Belə ki, həmin qəbzdən müəyyən edilir ki, tərəflər arasında razılıq əldə olunsa da, hər iki tərəf ziyan etmişdir. İddiaçı da etdiyi ziyanı da cavabdehlərdən istəyir. Ziyan məbləği nəzərə alınmadan tutulası məbləğ 16000 (on altı min) manatdır. Məhkəmə həmçini qeyd edir ki, ilk iddia tələbinin 23.500 manat dəyərində iki ədəd soyuducuya (digər avadanlıqları ilə) münasibətdə məhkəmə icasında və yerli baxış zamanı müəyyən olundu ki, həmin soyuduculardan biri mövcud deyil. Belə ki, cavbdeh Cavabdeh2 bildirmişdir ki, həmin soyuducunu satmışdır. Mövcud olan soyuducu isə mütəxəssis rəyinə əsasən 3,4 ton tutumlu olmaqla 7200 manat dəyərində qiymətləndirmişdir. Mövcud olmayan soyuducunun tutumu isə hər iki tərəfin bildirdiyinə görə 2,5 ton olmuşdur. Məhkəmə mövcud olmayan soyuducunun qiymətləndirilməsinin aparılmasının əsaslandırarkən o qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində müvafiq olaraq 10000 manat və 13000 manat dəyərində olmasını bildirmişdir. Məhkəmə mövcud olan soyuducu 3,4 ton tutumlu olmaqla 7200 manat dəyərində qiymətləndirildiyindən ( iddiaçı 13000 manat qeyd etmişdir) , məhkəməyə və ekspert baxışına təqdim edilə bilinməyən (cavabdeh tərəfindən satıldığından) soyuducu iddia ərizəsinə müvafiq olaraq (iddiaçı 10000 manat olduğunu qeyd edir) 7200-3000= 4200 manat olması qənaətinə gəlir. Odur ki, cavabdehlərdən 1 ədəd 3,4 ton tutumlu soyuducu və 1 ədəd 2,5 ton tutumlu soyuducu, onlar olmadıqda dəyəri müvafiq olaraq 7200 manat və 4200 manat tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 2 ədəd avtomobilə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, həmin avtomobillər iddiaçı H. Abdurazaqova etibarnamə əsasında müstəqil tələb irəli sürən üçüncü şəxs X31 oğlu vermişdir ki, o da müstəqil iddia ilə məhkəməyə müraciət etdiyindən və sərəncam hüququ onda olduğundan 2 ədəd avtomobilə münasibətdə iddiaçı H. Abdurazaqovun iddiası təmin oluna bilməz. Məhkəmə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 oğlu öz tələblərinin əsaslandırdığı hallara dair məhkəməyə sübut təqdim etmədiyindən onların qarşılıqlı iddiaları təmin oluna bilməz. Məhkəmə müstəqil iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Mülki işə əlavə edilmiş AD №494345 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ3110” minik markalı 10EU129 nömrəli qeydiyyat nişanlı avtomobil və AD №494286 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ31029” minik markalı 36BH084 nömrəli qeydiyyat nişanlı avtomobil X13 mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olundu ki, avtomobillərin birinin baqaj hissəsi kəsilərək kuza halına salınmışdır ki, süd bitonları ora yığılaraq daşınsın. Digər avtomobili isə cavabdehlər bildirmişlər ki, ehtiyyat hissələrə ayrılaraq işlək vəziyyətdə olan avtomobilə ehtiyyat əvəzi quraşdırılmışdır. Məhkəmə avtomobillərin dəyərinin müəyyən edilməsi üçün DYP-nə sorğu etmiş və X14 AD №417543 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “QAZ31029” minik markalı 36BH084 qeydiyyat nişanlı, buraxılış ili 1993, Ban nömrəsi XTH 310290P0114428 olan avtomobili 4200 manata və X20 AA №542682 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “QAZ3110” minik markalı 10EU129 qeydiyyat nişanlı, buraxılış ili 1997, Ban nömrəsi XTH 311000V0000438 olan avtomobili 3800 manata X2. Odur ki, cavabdehlərdən “QAZ31029” minik markalı 36BH084 qeydiyyat nişanlı, buraxılış ili 1993, Ban nömrəsi XTH 310290P0114428 olan avtomobil və “QAZ3110” minik markalı 10EU129 qeydiyyat nişanlı, buraxılış ili 1997, Ban nömrəsi XTH 311000V0000438 olan avtomobil natura şəklində, naturada alınması mümkün olmadıqda onların dəyəri müvafiq olaraq 4200 və 3800 manat alınaraq müstəqil tələb irəli sürən X15 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilk iddia üzrə tələb qismən təmin olunduğundan (52 faiz) ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumundan 15,60 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Qarşılıqlı iddia rədd olunduğundan qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 oğluna aid edilməlidir. Müstəqil iddia tələbi qismən təmin olunduğundan (61,5 faiz) ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 18,45 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 oğluna verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiz tədqiqatının dəyəri 138 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin mütəxəssis rəyinin dəyəri 300 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq alınaraq “X12”MMC-nin hesabına ödənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “pul və əmlak” tələbinə dair iddi qismən təmin olsunsun. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan 16000 (on altı min ) manat tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan 1 ədəd 3,4 ton tutumlu soyuducu və 1 ədəd 2,5 ton tutumlu soyuducu, onlar olmadıqda dəyəri müvafiq olaraq 7200 manat və 4200 manat tutularaq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmasın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mülkiyyətində olan avtomobillərin” tələbinə dair iddia tələbi qismən təmin olunsun. Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan “QAZ31029” minik markalı 36BH084 qeydiyyat nişanlı, buraxılış ili 1993, Ban nömrəsi XTH 310290P0114428 olan avtomobil və “QAZ3110” minik markalı 10EU129 qeydiyyat nişanlı, buraxılış ili 1997, Ban nömrəsi XTH 311000V0000438 olan avtomobil natura şəklində, naturada alınması mümkün olmadıqda onların dəyəri müvafiq olaraq 4200 və 3800 manat alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X15 ödənilsin. İlk iddia üzrə tələb qismən təmin olunduğundan (52 faiz) ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumundan 15,60 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq iddiaçı , qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qarşılıqlı iddia rədd olunduğundan qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 oğluna aid edilsin. Müstəqil iddia tələbi qismən təmin olunduğundan (61,5 faiz) ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 18,45 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 oğluna verilsin. Ekspertiz tədqiqatının dəyəri 138 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin dəyəri 300 manat cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlundan alınaraq alınaraq “X12”MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar