Məhkəmə qərarları › İş №2(021)-213/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-213/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-213/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Ziyafət oğluna qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehin ona vurduğu ziyana görə 200 manat müalicə pulunun, xəsarət aldığı üçün 10 gün işləyə bilmədiyi günlərin əvəzinin yəni 300 manat pulun, maşına dəymiş zərərin hesablanması üçün verilən rəyə görə ödədiyi 35 manat rüssum pulunun, iddia ərizəsinin hazırlanması üçün ödədiyi 30 manat pulun və iddia ərizəsinə ödədiyi 31 manat dövlət rüsumu pulunun və maşına dəymiş ziyana görə 3507 manat pulun alınaraq ona verilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 0, 20 may 2021-ci il tarixdə təxminən saat 23:00 radələrində özünə məxsus “VAZ 2107” markalı ** BT *** qeydiyyat nişanlı avtomaşınla Bərdə şəhəri Bakı küçəsi ilə hərəkətdə olan müddəti cavabadehin idarə etdiyi avtyomaşını səhlənkarlıqla idarə etdiyi üçün ona və avtomaşınına ziyan dəymişdir. Bununla bağlı Bərdə rayon X7 Bölməsində araşdırma aparılmış və 30 iyul 2021-ci il tarixdə Bərdə rayon İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X6 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Hadisə nəticəsində ona məxsus idarə etdiyi VAZ 2107” markalı ** BT *** qeydiyyat nişanlı avtomaşına 3507 manat ziyan dəymişdir. Bundan başqa cavabdehin günahı ucbatından onun özü xəsarətlər alaraq yaralandığı üçün 10 gün işləyə bilməmişdir, gündəlik qazancı 30 manatdır. Cavabdehin günahı ucbatından işləyə bilmədiyi üçün 300 manat ziyana düşmüşdür. Müalicəsi üçün əlavə 200 manat xərcləmişdir. Cavabdehin günahı ucbatından maşınına dəymiş ziyanın hesablanması üçün rəyin verilməsinə 35 manat rüsum pulu ödəmiş və iddia ərizəsinin hazırlanması üçün hüquq məsləhətxanasına 50 manat pul ödəmişdir. O, cavabdehə qeyd etdiyi ona dəyən ziyanlıqları ödəməsini bildirmişdir, lakin cavabdeh ona dəyən 200 manat müalicə pulunun, xəsarət aldığı üçün 10 gün işləyə bilmədiyi günlərin əvəzinə 300 manat pulun və maşınına dəymiş ziyana görə 3507 manat pulu ona yalan vədlər verərək, ödəmək istəməmişdir. Cavabdehin bu cür hərəkətlərinə görə məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, bildirdi ki, ondan tələb olunan ziyan məbləğləri həddindən artıq şişirdilmişdir. Avtomobil 2009-cu il buraxılışlıdır. Hesablanan ziyan iddia ərizəsində hansı hissənin zədələnməsinə görə hesablandığı göstərilməmişdir. Yuvarlaq olaraq avtomobilə 3507 manat ziyan dəyməsi qeyd edilmişdir. Həmçinin müalicə pulu, 10 gün işləmədiyinə görə pul tələb etmişdir, o bu tələblərlə razı deyil. Ona görə də idddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 oğlu xx xxxxxxxx 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4442 saylı, 30 iyul 2021-ci il tarizli arayışından müəyyən olunur ki, X13 oğlu Bərdə şəhəri, F.B.Köçərli küçəsi 37 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş ilkin qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, VAZ- 21703 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 3507 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, polis kapitanı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2770/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 9/9573 nömrəli ekspert rəyi ilə 2008-ci il buraxılışlı VAZ 21073 markalı, ** BT *** dövlət qeydiyyat nişamlı avotomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 3107,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2107,0 manat, təmir bərpa işlərinin qiyməti 1000,0 manat müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, İddiaçı Cavabdeha qarşı ona vurduğu ziyana görə 200 manat müalicə pulunun, xəsarət aldığı üçün 10 gün işləyə bilmədiyi günlərin əvəzinin yəni 300 manat pulun, maşına dəymiş zərərin hesablanması üçün verilən rəyə görə ödədiyi 35 manat rüssum pulunun, iddia ərizəsinin hazırlanması üçün ödədiyi 30 manat pulun və iddia ərizəsinə ödədiyi 31 manat dövlət rüsumu pulunun və maşına dəymiş ziyana görə 3507 manat pulun alınaraq ona verilməsi tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3107,0 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2107,0 manat, təmir bərpa işlərinin qiyməti 1000,0 manat avtomobilin təmir bərpa xərcinə görə, 31 manat dövlət rüsumuna görə alınıb verilməli, 100 manat ekspertiza xərci isə X1 ödənilməlidir. İddiaçının cavabdehin ona vurduğu ziyana görə 200 manat müalicə pulunun, xəsarət aldığı üçün 10 gün işləyə bilmədiyi günlərin əvəzinin yəni 300 manat pulun, maşına dəymiş zərərin hesablanması üçün verilən rəyə görə ödədiyi 35 manat rüsum pulunun, iddia ərizəsinin hazırlanması üçün ödədiyi 30 manat pulla bağlı mötəbər sənədlərini məhkəmyə təqdime də bilmədiyindən iddiaçının iddia tələbləri bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 3107,0 (üç min yüz yeddi) manat pul və ödənilmiş 31 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh ekspert rəyinə görə 100 (yüz) manat tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar