Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2143/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı oğlunun, Cavabdehlər Cavabdeh1 Eldar oğlunun, X2, Rəncbərli Şamxal Şahin oğlunun iştirakları ilə, İddiaçı Tahir oğlunun, cavabdehlər Cavabdeh1 telman oğluna, Rəncbərli Şahin Qüdrət oğluna və Rəncbərli İlqar Şahin oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Tahir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Eldar oğlundan, X11 oğlundan və Rəncbərli Şamxal Şahin oğlundan dələduzluq yolu ilə ələ keçirtdiyi 700 manat pulun və banka ödədiyi 30 manat dövlət rüsumunun cəmi 730 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 aprel 2021-ci il tarixdə Bərdə rayonu, zümürxan kənd sakini olan hazırkı iş üzrə cavabdeh X11 oğlundan Bərdə rayonu Mal bazarı adlnanan ərazidən 1440 manat dəyərində 1 baş yanı balalı inək almışdır. Şahin Rəncbərli inəyi ona satarkən tam sağlam olduğunu və istədiyi qədər süd verəcəyini bildirmişdir. O, da ona inanaraq 1440 manat məbləğində pulu qonşu Səfərov Seymur Vaqif oğlunun iştirakı ilə verib 1 baş yanı balalı inəyi cavabdehdən alımışdır. Lakin iki gündən sonra yəni 01 may 2021-ci il tarixdə Şahin Rəncbərlinin satdığı inəyin dediyi qədər süd vermədiyini, südü sağarkən inəyin dəli kimi hərəkətlər etdiyini görmüşdür. Həmin zaman Şahinin vermiş olduğu mobil nömrəsinə zəng edərək, inəyin az süd verdiyini bildirmişdir. Şahin isə “narahat olma 2 günə düzələcək” demişdir. 2 gün ərzində inəyin düzəlmədiyini görmüş və cavabdeh Şahinə yenidən zəng etmişdir. Şahin isə inəyi geri qaytarıb, onda olan heyvanların içərisindən bəyəndiyi heyvanın birini götürməsini, bəyənmədiyi halda pulunu geri verəcəyini demişdir. İnəyi gətirəcəkləri maşının pulunu da verəcəyini bildirmişdir. O, da 05 may 2021-ci il tarixdə maşın tutaraq qonşusu Vaqif Səfərov ilə inəyi aparıb cavabdehin evinə vermişdir. Həmin zaman Şahin evdə olmadığı üçün inəyi cavabdehin oğlu, hazırkı iş üzrə cavabdeh Rəncbərli İlqar Şahin oğlu ondan təhvil almışdır. O, isə heyvanlara baxmış və bəyənməmişdir. Bunun üçündə İlqar Rəncbərli 1 həftə ərzində inəyi mal bazırda satıb vermiş olduğu 1440 manatı geri qaytaracağını bildirmişdir. 15 may 2021-ci il tarixdə hazırkı iş üzrə Cavabdeh1 oğlu onun mobil nömrəsinə zəng edərək, “inəyin sahibi mənəm, heyvan ölübdür, leşini göndərirəm Bakıya kolbasaya. Bunun üçündə sizə geri qaytaracaq heç bir pulum yoxdur” demişdir. Bu zaman o, Polis Şöbəsinə şikayət etmişdir. 28 may 2021-ci il tarixdə Cavabdeh1lə Şahin Rəncbərli ilə mal bazarında qarşılaşmış və pulunu verməsini demişdir. Bu zaman isə sahə rəisi Afiyəddin orada olmuş və Taleh Əliyev sahə rəsinin yanında mənə 1440 manat puldan 750 manat pul vermişdir və bundan artıq heç bir pul verməyəcəyini demişdir. Bu vaxta qədər cavabdehlərdən qalmış olan 690 manat və 10 manat maşının pulunu tələb etməyinə baxmayaraq, hər səfərində cavabdeh verməkdən imtina edir. Cavabdehlər ona qarşı dələduzluq etmişlər, o, da məcbur qalıb, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdehlər Cavabdeh1 Eldar oğlu, X8 və Rəncbərli Şamxal Şahin oğlu izahatlarında iddianı qəbul etmədiklərini, iddiaçıya heç bir borcları olmadıqlarını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Tahir oğlu xx xxxx 1990-cı ildə Bərdə rayonunda anadan olmaqla, Bərdə rayonu, Mollaəhmədli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 241 saylı, 02 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tahir oğlu, Bərdə rayonu, Kolayır kənd İƏD –nin Mollaəhmədli kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı tələbini sübut edə bilməmiş, cavabdehlər isə iddianı etiraf etməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Tahir oğlunun, cavabdehlər Cavabdeh1 Telman oğluna, Rəncbərli Şahin Qüdrət oğluna, Rəncbərli İlqar Şahin oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2143/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2143/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver