Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-215/2022 14.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat əsas borc, 100 manat hüquqi xidmət hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 1733 manat pul tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2018-ci ilin dekabr ayında ona müraciət edib pula ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 13 dekabr 2018-ci il tarixdə Kənana 1600 manat borc pul vermişdir. Aralarında olan razışamaya görə borcu 2019-cu ilin yanvar ayının sonunda qaytarmalı idi. Kənan bu barədə hərbiçi vəsiqəsinin surətində öz xətti ilə yazıb qəbz vermişdir. Lakin vaxt bitməsinə baxmayaraq Kənan borcu qaytarmamışdır. Həmçinin qeyd etmişdir ki, məhkəmədə iddia qaldırmaq üçün ünvan 1 ünvanında yerləşən Hüquqi İşlər Mərkəzinə müraciət etmiş və cəmi 100 manat xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini tədiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, həmin məbləğlər də cavabdehdən alınaraq onun xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı X7 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan təqdim etdiyi sübutlar əsasında işə baxılaraq qətnamə qəbul olunasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu xx.xx.1986-cı il tarixdə Bərdə rayon Hacallı kəndində anadan olmuşdur. Bərdə rayon Hacallı kəndində qeydiyyatdadır Mülki işə əlavə edilmiş Ə № 006641 saylı vəsiqədən görünür ki, Cavabdeh oğlu Azərbaycan Respublikasını DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdədir. Həmin vəsiqənin arxa hissəsində olan yazıdan görünür ki, Cavabdeh oğlu X3 1600 manat borc aldığını 2019-cu ilin yanvar ayının sonunda qaytaracağına dair öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, X2 İşlər Mərkəzinə hüquqi yardım üçün 100 manat ödəniş etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1564 saylı 24.11.2021-ci il tarixli ekspert rəyinin nəticəsi hissəsində qeyd olunur ki, eksperizaya təqdim olunmuş mülki işin 7-ci vərəqəsində olan şəxsi vəsiqənin kserosurətinin arxasında “Mən çavuş Cavabdeh oğlu ....” sözləri ilə başlayıb “... İmza ç-ş 13.12.2018.” sözləri ilə bitən əlyazmaları və imza- Cavabdeh oğlu tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. ) Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı X7 Cavabdeh oğluna 1600 manat məbləğində borc pul vermiş, lakin cavabdeh aldığı pulu bu günə kimi geri qaytarmamışdır. Cavabdeh Kənan X1 1600 manat borc almasına dair qəbz yazmışdır. Cavabdeh qəbzin onun tərəfindən yazılmadığını mübahisələndirmiş, məhkəmə bununla bağlı məhkəmə-xətşünasıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1564 saylı 24.11.2021-ci il tarixli ekspert rəyi ilə həmin qəbzdəki yazıların Cavabdeh oğluna məxsus olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbz nəzərə alınmaqla Cavabdeh oğlundan 1600 manat pul, 100 manat hüquqi xidmət haqqı və 3 manat notariat xidmət haqqı alınaraq iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X6 ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 127 manat cavabdeh Cavabdeh oğundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı X4 Cavabdeh oğluna qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh oğlundan 1600 (bir min altı yüz) manat əsas borc, 100 (bir yüz) manat hüquqi xidmət və 3 (üç) manat notariat xidmət haqqı alınaraq iddiaçı X6 verilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan alınaraq iddiaçı X6 ödənilsin. Ekspertiz tədqiqatının dəyəri 127 manat Cavabdeh oğundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-215/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-215/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver