Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2158/2024 26.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Cavabdeh Nuşrəvan oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı “Pul tələbi” nə dair mülki işə 26 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nuşrəvan oğlundan 2000 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 2000 manat pul almışdır ki, guya qaytarıb verəcək. Lakin bu günə qədər ödəməyib. Dəfələrnən deməsinə baxmayaraq pulu ödəməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə qismən uyğun olmaqla izahat verdi və göstərdi ki, 2000 manat məbləğində pulu bankdan kredit götürərək vermiş, lakin bir müddətdən sonra Timur həmin borcun ödənilməsini dayandırmışdır, iddianın qismən, yəni 920 manat məbləğində təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Nuşrəvan oğlu bildirdi ki, hər ay 115 manat ödəniş edib. Lakin son 4 ayı imkanı olmadığından ödənişi ödəyə bilməmişdir. O, da iddiaçı ilə razılaşaraq qeyd edir ki, həqiqətən həmin kreditə münasibətdə ödənilməmiş hissə 920 manat təşkil edir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə ünvan 1 ünvanında yaşayır. Bərdə Rayon icra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 2218 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatlara əsasən və hər iki tərəfin mübahisəsiz olaraq razılaşdığı 920 manat məbləğində borc hissəsində iddia təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı “Pul” tələbinə dair iddiası qismən təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin hissəyə münasibətdə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh Nuşrəvan oğlundan 920 (doqquz yüz iyirmi manat) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu ddiaçı İddiaçı xeyrinə tutulsun.
3. İddia qalan hissədə təmin edilməsin.
4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.
5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev