Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-216/2021 16.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc ödənilməsi və borcun girov predmetinə yönəldilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 30.01.2020-ci il tarixli AGLMB- 2569 saylı kredit müqaviləsi üzrə kreditə görə 2078.96 manat əsas, 71.39 manat faiz, cəmi 2150.35 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC nin xeyrinə tutulması; Tutmanın Cavabdeh mülkiyyətində seplər+kişi üzüyü-3ədəd, 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaitinin kredit borcuna yönəldilməsi və girov predmetinin satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz olmaq şərtilə 24 ay müddətinə 2325 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə girov müqaviləsi bağlanmış və girov müqaviləsin əsasən cavabdeh özünə məxsus olan seplər+kişi üzüyü-3ədəd, 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram qızıl-zinət əşyalarını "xxxx" ASC-nin xeyrinə girov qoymuşdur. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə hesablanmış dəbbə pulunu, ona hesablanmış faiz borcunu və əsas borcu ödəməyi öz üzərinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 3236.51 manat əsas, 372.18 manat faiz, cəmi 3608.69 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% olmaqla 2325 manat məbəğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı Saxlanc Girovu haqqında Müqaviləsindən görünür ki, 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə sadalanan qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarına əlavə edilmiş Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair 30.01.2020-ci il tarixli AGLMB-2569 Aktdan görünür ki, Cavabdeh mülkiyyətindəki seplər+kişi üzüyü-3ədəd, 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram qızıl-zinət əşyalarını 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı kredit müqaviləsi üzrə borcun təminatı olaraq İddiaçı ASC-nin qarşısında girov qoymuşdur. İş materiallarına əlavə edilmiş 11.08.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 30.01.2020-ci il tarixli AGLMB-2569 saylı bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 11.08.2020-ci il tarixə 2078.96 manat əsas, 71.39 manat faiz, cəmi 2150.35 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan və bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% olmaqla 2325 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Eyni tarixli girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətindəki seplər+kişi üzüyü-3ədəd 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram qramdan ibarət qızılzinət əşyalarını banka girov qoymuşdur. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişlər və iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.3-ci maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin girov predmetinin satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh digər əmlakına yönəldilərək İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “İcra haqqında” qanunla tənzimləndiyi üçün, yəni satılan əmlak borcun ödənilməsi üçün kifayət etmədikdə digər əmlaka yönəldilməsi məsələlərini nəzərdə tutur. Odur ki, məhkəmə öz qətnaməsinin qət etdi hissəsində satışdan əldə olunmuş vəsaiti qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi tələbini təmin etməsi dəqiq müəyyən olunmayan tələbi təmin etmiş olur. İddiaçı təşkilatın nümayəndəsi isə ümümi qaydada icra edilməsinə aydınlıq gətirməmiş və buna dair ərizə də verməmişdir. Odur ki, həmin hissədə tələb təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2078.96 manat əsas, 71.39 manat faiz borcu olmaqla, cəmi 2150.35 manat cavabdeh Cavabdeh İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, borc tələbi cavabdeh tərəfindən ödənmədiyi təqdirdə girov müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan seplər+kişi üzüyü- 3ədəd 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq borc ödənilməlidir. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2078.96 manat əsas, 71.39 manat faiz borcu olmaqla, cəmi 2150.35 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma girov qoyulmuş Cavabdeh mülkiyyətində seplər+kişi üzüyü-3ədəd 20.9 qram 750 əyyar, 1 ədəd komplekt (1qab düşüb)- 19.9 qram 585 əyyar, qolbağ+üzük (əyilib)- 2 ədəd 10 qram 585 əyyar cəmi 50.8 qram olan qızıl-zinət əşyalarına yönəldilsin və açıq hərracdan satılsın. Əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-216/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-216/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver