Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2164/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Behbudov Bayram Lətif oğlunun, Cavabdeh Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Behbudov Bayram Lətif oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Behbudov Bayram Lətif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1650 manat, notariat xərci olaraq ödədiyi 92 manat, iddia ərizəsinin hazırlanması üçün ödədiyi 50 manat və dövlət rüsumuna görə ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Behbudov Bayram Lətif oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun iş yoldaşıdır. "xxxx" QSC-də o operator, cavabdeh mühafizəçi işləyir. Cavabdeh ailə vəziyyəti ilə əlaqədar olaraq ondan borc pul istəmişdir. Onun çətin vəziyyətdə olduğunu və iş yoldaşı olmasını nəzərə alaraq ona 1650 manat pul vermişdir. Bununla onlar aralarında Gəncə “Asan xidmət” mərkəzində kredit müqaviləsi bağlamışlar. Həmin vaxt ödəməli olan 92 manat notariat xərcini də o, ödəmişdir. Cavabdeh borcunu 09 may 2021-ci il tarixədək ödəyəcəyi barədə öhdəlik götürmüşdür, lakin həmin vaxtdan keçməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Dəfələrlə pulunu qaytarmasını istəsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh izahatında iddianı qəbul edərək, göstərdi ki, iddiaçıdan 1650 borc pul almışdır. Lakin borcu qaytarmağa pulu yoxdur. Pulu aldığını və halhazırda iddiaçıya 1650 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Behbudov Bayram Lətif oğlu xx xxxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti Naftalan 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 218 saylı, 26 may 2021-ci il tarixli arayışdan görünür ki, behbudov X2 şəhəri, İ.Həsənzadə küçəsi 31/26 nömrəli evdə yaşayır. Mülki işə əlavə olunmuş 09 fevral 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1650 manat məbləğində pul borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin “iddia ərizəsinin hazırlanması üçün ödədiyi 50 manat” hissəsinə dair onu qeyd etmək istəyir ki, iddiaçı bu xüsusatları məhkəmyəə təqdim edə bilməmiş və əksinə laraq qeyri-rəsmi olaraq iddia ərizəsini yazdıdığını bldirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu qismən etiraf etmiş, sadəcə olaraq maddi imkanı yol vermədiyindən borcunu ödəyə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır və cavabdehin də iddianı qismən etiraf etməsi hazırki iddia tələbinin qismən təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Behbudov Bayram Lətif oğlunun xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: Behbudov Bayram Lətif oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh oğlundan borc məbləği 1650 (min altı yüz əlli) manat, notariat xərci olaraq ödədiyi 92 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat, cəmi 1772 (min yeddi yüz yetmiş iki) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2164/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2164/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver