Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2165/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər X6 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X6 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən X5 iddiaçıdan 2500 USD məbləğində kredit almışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 və Cavabdeh2 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Kredit alan müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 625,59 USD əsas borc, 13,62 USD faiz borcu, 0 USD cərimə borcu olmaqla, cəmi 639,21 USD borcu yaranmışdır. X5 27 dekabr 2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 14 yanvar 2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən X5 "xxxx" ASC-dən kredit götürmüşdür. İş materiallarında olan 14 yanvar 2014-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X2 36 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 32 % ödənilməsi şərti ilə verilmiş 2500 USD manat məbləğində krediti "xxxx" ASC-yə ödəməli idi. İş materiallarında olan 14 yanvar 2014-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin zaminlik müqaviləsi, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, X1 "xxxx" ASC-yə 625,59 USD əsas borc, 13,62 USD faiz borcu, 0 USD cərimə borcu olmaqla, cəmi 639,21 USD manat borcu mövcuddur. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan AZ-İ 793966 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 27 dekabr 2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər X3, Cavabdeh2 müştərək qaydada 625,59 USD əsas borc, 13,62 USD faiz borcu, 0 USD cərimə borcu olmaqla, cəmi 639,21 USD borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər X3, Cavabdeh2 625,59 USD əsas borc, 13,62 USD faiz borcu, 0 USD cərimə borcu olmaqla, cəmi 639,21 USD (altı yüz otuz doqquz dollar iyirmi bir sent) borc, 30.87 (otuz manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2165/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2165/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver