Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2173/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh Rəşid qızına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh Rəşid qızına qarşı 307.40 maanat məbləğində zəririn və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 337.40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz “ İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (KOD 805153, VÖEN **********, M\H AZ03NABZ**********002944, SVİFT İBAZAZ2X, Azəriqaz İB, ÖEN **********, İBAN : AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İB iddia tələbini onunla əsaslandırmışlar ki, abonent Cavabdeh Rəşid qqızı aradında 20 aprel 2020-ci il tarixdə 041104 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaaz” İB abonent Cavabdeh Rəşid qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40016610 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X2nın” tələblərinə əməl etmək) və “ X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarınd olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşuımaqla onun təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 302.40 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh aktın məbləğindən əlavə olaraq aylıq sərfiyyatına əsasən də 3.40 manat borcu olmuş və “Azəriqaz” İB-yə gələcək aylar üçün heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 307.40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkəti nəticəsinə “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X1 məhkəməyə ərizə verərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh Cavabdeh məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04-1104 nömrəli, 20 aprel 2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz quröusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, “Azəriqaz” İB ilə Cavabdeh Rəşid qızı arasında qaz təchizatı ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən müəyyən olunur ki, Əmirova Vəfa Rəşid qızının 307.40 manat borcu vardır. İş materiallarında olan 31 mart 2021-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən olunur ki, Cavabdeh mənzilinin qaz sayğacına baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunması aktlaşdırılmışdır. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbanmənin surətindən müəyyən olunur ki, cəmi 3528 kub metr müəyyənləşdirilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən müəyyən olunur ki, Əmirova Vəfa Rəşid qızının təbii qazdan sayğacdan kənar istifadə halı aşkarlanmışdır. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbanmənin surətindən müəyyən olunur ki, cəmi 11880 kub metr müəyyənləşdirilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında 29 noyabr 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən müəyyən olunur ki, Əmirova Vəfa Rəşid qızının təbii qazdan sayğacdan kənar istifadə halı aşkarlanmışdır. İş materiallarında olan 31 may 2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 0.40 manat isə xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, lakin cavabdeh dəfələrlə sayğacdan kənar qazdan istifadə etmişdir. Məhkəmə qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təbii qazdan qanunsuz istifadə etməsinə görə borcu yaranması sübuta yetirildiyindən iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasinin tarif (qiymət) şurasının 30 aprel 2019-cu il tarixli,2 nömrəli qərarından görünür ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara almışdır ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “1700” rəqəmi “2200” rəqəmi ilə əvəz edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən qeyri-qanuni olaraq qazdan istifadə etməsi ilə bağlı yalnız 27.04.2017-ci il tarixli, ******* nömrəliakt əsas götürülməklə həmin akt üzrə hesablanmış borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeha Rəşid qızının təbii qazdan istifadəyə görə 307.40 manat məbləğində borcu olması sübuta yetirildiyindən iddia tələbi həmin məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin “Beynəlxalq Bank”ın hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh Rəşid qızına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 307.40 manat və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq “Azəriqaz “ İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə ( KOD 805153, VÖEN **********, M\H AZ03NABZ**********002944, SVİFT İBAZAZ2X, Azəriqaz İB, ÖEN **********, İBAN : AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2173/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2173/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver