Məhkəmə qərarları › İş №2(021)-2179/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2179/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2179/2021 07.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Balayev Kamandar Nəsrəddin oğlunun, Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 Nəsərddin oğlunun Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Balayev Kamandar Nəsrəddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 700 manat əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun öənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 315 manat pulun, hüquqi yardıma ödədiyi 100 manat, 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, cəmi 1145 manat pulun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 Nəsrəddin oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Göyüşlü kəndində yaşayan Cavabdeh2 üç il bundan əvvəl ondan 700 manat borc pul istəyib almışdır. Cavabdeh pulu alarkən söz vermişdir ki, bir ayın müddətində borcunu qaytaracaqdır. Lakin onun bu razılaşmasından üç il keçməsinə, o, demək olar ki, hər ay borcu qaytarmasını yadına salmağına baxmayaraq, indiyədək pulunu qaytarmamışdır. Cavabdeh hər ay bir bəhanə edərək onu yola vermişdir. Göstərilən səbəblərdən və qanun yol verdiyi müddətlərin itirilməməsi üçün məhkəməyə müraciət etmək məcburiyyəgtində qalmışdır. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 Nəsrəddin oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Cavabdeh2 izahatında iddianı qismən qəbul edərək, göstərdi ki, iddiaçı ona borc pul verib, həmin pulu qaytarmaq üçün anasının kartı iddiaçıda olub, beş il bundan əvvəl anası vəfat edib. İddiaçı verdiyi borcun kredit olduğunu bildirib, ona 600 manat bir, 100 manat bir vermişdir. Hal hazırda 300 manat borclu olduğunu etiraf edir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 11 fevral 1963-cü ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxx 1962-ci ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuşdur, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 169 saylı, 25 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Mülki işə əlavə olunmuş, 07 iyun 2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh1 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 şəxsiyyət vəsiqəsinin iddiaçı Cavabdeh1 olan surətininin arxa tərəfində olan əlyazmadan müəyyən olunur ki, Cavabdeh2 ailə üzvlərinə xərcləmək məqsədilə Cavabdeh1 800 manat borc pul almışdır. Həmin pulu 2020-ci ilin noyabr ayında qaytarmağı öhdəliyinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh borcunu qismən etiraf etmiş, borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh borcunun bir qismini ödəməsini bildirsə də, həmin faktı təsdiq edə biləcək hər hansısa bir sübtu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı isə həmin halı təkzib etmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi məbləğə münasibətdə haqlıdır və cavabdehin də iddianı qismən etiraf etməsi hazırki iddia tələbinin qismən təmin edilməsi üçün əsasdır. Çünki iddiaçı özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun öənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 315 manat pulun və hüquqi yardıma ödədiyi 100 manatla bağlı iddia tələbinin dəlillərini əsaslandıra bilməmiş və müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh1 Nəsərddin oğlunun Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 700 (yeddi yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh1 Nəsrəddin oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar