Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2180/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçılar İddiaçı1, İsmayılov Malik Əvəz oğlunun, Məmmədov Namiq Rəşid oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 Muxtar oğlunun, Həsənov Elmar Xəlil oğlunun, İddiaçı8 Əvəz oğlunun, İddiaçı9 Miriş oğlunun, İddiaçı10, İddiaçı11 Qənimət oğlunun, İddiaçı12 Kamal oğlunun, İddiaçı13, İddiaçı14 Süleyman oğlunun, İddiaçı15 oğlunun, İddiaçı16 Cavad oğlunun, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 İbrahim oğlunun, İddiaçı22 Novruz oğlunun, İddiaçı23, İddiaçı24 Qəhraman oğlunun, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29 oğlunun, İddiaçı30, İddiaçı31 Mustafa qızının, iddiaçı İddiaçı29 və onun vəkili və nümayəndəsi X24 oğlunun, Cavabdehlər Cavabdeh2, Bağırov İsmayıl Məhərrəm oğlunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 oğlunun, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Mirzə oğlunun, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Nəbi oğlunun, Hüseynov Nəcəf Cavad oğlunun, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 Qəhrəman oğlunun, Hüseynov Rahid Məhəmməd oğlunun, İddiaçı26, İddiaçı27, İddiaçı28 Qəhrəman oğlunun, İddiaçı29, İddiaçı30 Eyvaz oğlunun, İddiaçı31 Müstafa qızının cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X16, İddiaçı32 oğluna və Cavabdeh2 qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini İddiaçı32 ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı32 Məhəmmər oğlunun cavabdehlər İddiaçı1, İsmayılov Malik Əvəz oğluna, İddiaçı3, İddiaçı4 oğluna, İddiaçı5, X5, İddiaçı7 Xəlil oğluna, İddiaçı8 Əvəz oğluna, İddiaçı9 Miriş oğluna, İddiaçı10 Mirzə oğluna, İddiaçı11 oğluna, İddiaçı12 Kamal oğluna, İddiaçı13 Sarı oğluna, İddiaçı14 Süleyman oğluna, İddiaçı15, İddiaçı16 oğluna, İddiaçı17, İddiaçı18 Abbas oğluna, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 oğluna, İddiaçı24 oğluna, Hüseynov Rahid Məhəmməd oğluna, İddiaçı26, İddiaçı27, Salahov Seymur Qəhrəman oğluna, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızına qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması, zəbt olunmuş torpaqdan çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İsmayılov Malik Əvəz oğlu, İddiaçı3, İddiaçı4 oğlu, İddiaçı5, X9, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Mirzə oğlu, İddiaçı11 oğlu, İddiaçı12, İddiaçı13, İddiaçı14 Süleyman oğlu, İddiaçı15 Nəbi oğlu, Hüseynov Nəcəf Cavad oğlu, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 Qəhrəman oğlu, Hüseynov Rahid Məhəmməd oğlu, İddiaçı26, İddiaçı27, İddiaçı28 Qəhrəman oğlu, İddiaçı29, İddiaçı30 Eyvaz oğlu, İddiaçı31 Müstafa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X10, İddiaçı32 oğlunun və Cavabdeh2 oğlunun Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini Bağırov İsmayıl Məhərrəm oğlu ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı32 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İsmayılov Malik Əvəz oğlunun, İddiaçı3, İddiaçı4 oğlunun, İddiaçı5, İddiaçı6, İddiaçı7 Xəlil oğlunun, İddiaçı8 Əvəz oğlunun, İddiaçı9 Miriş oğlunun, İddiaçı10 Mirzə oğlunun, İddiaçı11 oğlunun, İddiaçı12 Kamal oğlunun, İddiaçı13 Sarı oğlunun, İddiaçı14 Süleyman oğlunun, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 Abbas oğlunun, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 oğlunun, İddiaçı24 oğlunun, Hüseynov Rahid Məhəmməd oğlunun, İddiaçı26, İddiaçı27, Salahov Seymur Qəhrəman oğlunun, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızının qanunsuz hərəkətlərinə qadağan qoyulması, zəbt olunmuş torpaqdan çıxarılmaları tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İsmayılov Malik Əvəz oğlu, İddiaçı3, İddiaçı4 oğlu, İddiaçı5, X9, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Mirzə oğlu, İddiaçı11 oğlu, İddiaçı12, İddiaçı13, İddiaçı14 Süleyman oğlu, İddiaçı15 Nəbi oğlu, Hüseynov Nəcəf Cavad oğlu, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 oğlu, Hüseynov Rahid Məhəmməd oğlu, İddiaçı26, İddiaçı27, İddiaçı28 Qəhrəman oğlu, İddiaçı29, İddiaçı30 Eyvaz oğlu, İddiaçı31 iddia tələbini onunla əsaslandırmışdır ki, yüz illərlə kəndin ümumi istifadəsində olan və hamının bu günədək istifadə etmiş olduğu örüş və ona yaxın olan bəzi ərazilər cavabdehlərin qanunsuz bağlamış olduqları icarə müqaviləsi əsasında kəndlə heç bir əlaqəsai olmayan Bərdə rayonu, Kürdborakı kənd sakini olan Bağırov İsmayıl Məhərrəm oğluna 70 illiyinə icarəyə verilmişdir. Həmin müqavilə onların maraqlarına toxunur, hesab edirlər ki, həmin müqvilə ləğv edilməlidir. Çünki həmin ərazi bələdiyyəsinin fondu torpaqlarına məxsus olması barədə heç bir hüquq müəyyən edici rəsmi sənəd belə yoxdur. Həmin ərazi kənd camaatının mal-qarası üçün örüş torpaq sahəsi olduğunu bilə-bilə belə bir müqavilənin bağlanılması tam qanunsuzdur. Eyni zamanda həmin ərazi kənd camaatı tərəfindən yüz illərdir ki, örüş kimi istifadə olunur.Belə bir müqavilənin olması əsas verir ki, qanunsuz və əsassız bağlanılmış icarə müqaviləsi ləğv edilsin və hüquqi nəticələri etibarsız hesab edilsin. Bu məsələ yalnız məhkəmə qaydasında həll edilməli, qanunsuz hərəkətlərə əsasən xüsusi qərar qəbul edilməlidir. Hal-hazırda həmin ərazinin müəyyən ediliməsinə heç bir əsas yoxdur, iş üzrə iddiaçılar həmin kənd sakinlıridir və günədək mal-qara üçün örüş kimi istifadə olunur. Cavabdeh tərəfindən müqavilə əsasında zəbt edilməsi ilə bağlı məhkəmə tərəfindən qanuna müvafiq qaydada araşdırma aparılmalıdır. Bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə icarəyə verilməsi qanunun tələbidir. Bu barədə Bələdiyyənin nə hərrac nə də ki, müsabiqə elan etməsi ilə bağlı Şatırlı kənd bələdiyyəsi tərəfindən heç bir elan və bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə icarəyə veriləcəyi ilə bağlı kənd sakinlərinə müraciət və təklif belə edilməmişdir. Bu da bir daha qanun pozuntusudur. Şatırlı Bələdiyyəsi tərəfindən digər cavabdeh İddiaçı32 arasında bağlanılmış məlum icarə müqavilələri ləğv edilməli və həmin müqavilə əsasında cavabdeh İddiaçı32 Məhərrəm oğluna verilmiş Çıxarışlar etibarsız hesab edilməlidir. Cavabdeh İddiaçı32 Məhərrəm oğlunun adına verilmiş Seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və Seriya RX ******* 12 aprel 2016-cı il tarixli çıxarışlar etibarsız hesab edilməlidir. Eyni zamanda cavabdehlər arasında bağlanmış 12 ha torpaq sahəsinə ayrılıqda üç müqavilə bağlanılması müəyyən edilmişdir. Beləliklə də 01,02, 03 nömrə ilə qeydiyyata alınmışdır. Ümumilikdə 12 ha torpaq sahəsi icarəyə verilsə də, 2 ha, 4 ha və 6 ha cəmi 12 ha olmaqla Şatırlı Bələdiyyəsi tərəfindən 10 sentyabr 2004-cü il tarixdən 10 sentyabr 2074-cü il tarixədək və həmin müqavilə əsasında cavabdeh İddiaçı32 adına 2016-cı il tarixdə DƏDRX-nin Bərdə 7 saylı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. 2004-cü il tarixdə, yəni 1999-cu il tarixdən 2014-cü il tarixədək Şatırlı kənd Bələdiyyə sədri işləmiş Təhməzov Baxşalı Bəhram oğlu dəfələrlə kənd camaatına bildirmişdir ki, o, belə bir müqavilə bağlamamışdır və imza etməmişdir. Hal-hazırda belə bir icarə müqaviləsinin olması qanunsuzdur. O, bildirmişdir ki, 2004-cü il tarixdə o, Şatırlı kənd Bələdiyyə sədri işləmiş və həmin vaxtlarda istər örüş sahəsi olsun, istərsə də torpağın istifadəsi ilə bağlı tərəfindən icarə müqaviləsi bağlanmamışdır. 06 ha torpaq sahəsi 04 nömrəli icarə müqaviləsi göstərilməmiş və, iki dəfə 03 nömrəli icarə müqaviləsi yazılaraq çıxarış verilmişdir. Bu da qanun pozuntusudur. Qeydiyyat nömrəsi ********** Bərdə rayonu, Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi İ/M 02 nömrəli 10 sentyabr 2004-cü il tarixdən 10 sentyabr 2074-cü il tarixədək və həmin müqavilə əsasında cavabdeh Bağırov İsmayıl Məhərrəm oğlunun adına Çıxarış verilmişdir. Eyni zamanda 12 aprel 2016-cı il tarixdə Seriya RX ******* nömrəli, digər çıxarışa əsasən Bərdə rayon Şatırlı kənd ərazisində İddiaçı32 ilə 4 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən Çıxarış verilmişdir. Əlavə olaraq Bərdə rayonu Şatırlı kəndi ərazisində 2 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanılmış və həmin icarə müqaviləsinə əsasən Seriya RX ******* 12 aprel 2016-cı il tarixdə Çıxarış verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı32 qarşılıqlı iddia ərizəsini onunla əsasladnrımışdır ki, hazırkı iş üzrə cavabdeh Qarayev Cahid Hüseyn oğlu və qeyriləri məhkəməyə ona qarşı Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, iddianı qəbul etmir, hazırkı iş üzrə cavabdehlərin iddiasının heç bir hüquqi əsası yoxdur. Cavabdehlərin iddia ərizəsində qeyd etdiklərinin hər biri yalandır. Belə ki, onun hər bir torpaq sahəsinə ayrı-ayrılıqda çıxarışları var. Şatırlı bələdiyyəsi ilə 6 ha torpaq sahəsinə 70 illiyə 10 sentyabr 2004-cü il tarixli 02 saylı müqavilə bağlanılıb, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən Seriya RX- 0829131 çıxarış almışdır. Bərdə rayonu Kürdborakı bələdiyyəsi ilə 6 ha torpaq sahəsinə 70 illiyə 10 sentyabr 2004-cü il tarixli 03 saylı müqavilə bağlamışdır. Lakin 6 ha torpaq sahəsinin 4 ha İİ keyfiyyət qrupu torpaq sahəsi, 2 ha torpaq sahəsi isə V keyfiyyət qrupu torpaq sahəsi olduğu üçün ayrı çıxarış verilmişdir. 4 ha torpaq sahəsinə RX ******* və 2 ha RX ******* saylı çıxarışlar verilmişdir. 2009-cu il tarixdə Bərdə rayonu Kürdborakı və Şatırlı kənd bələdiyyələri birləşərək Şatırlı kənd bələdiyyəsi adlanmışdır. Sözügedən torpaq sahəsi 1.Azərbaycan Respublikası Bərdə rayonu X26 müəssisəsinin ərazisində aparılan torpaq ishlahatına dair kompleks yerqurluşu lahiyəsində Bələdiyyə ehtiyat fonduəkin (Bef Ə) kimi təsdiq edilib. 2, Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçkmə komitəsi tərəfindən Azərbaycan Respublikası Bərdə rayonu Şatırlı bələdiyyəsinin hüqudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerqurluşu sxemində (kod: ********) BEF Ə kimi göstərilmişdir. 3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən Azərbaycan Respublikası Bərdə rayon Şatırlı Bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair Dövlət Aktında BEF Ə kimi qeyd olunub. 1999-cu ildən 2004-cü ilin avqust ayının sonlarına kimi həmin sahələr Bərdə şəhər sakini X6 icarəsində olub. 2004-cü ilin sentyabr ayının əvvəllərində icarə müqaviləsindən imtina edibdir. Bunu isə bütün kənd camaatı bilibdir və o, da ərizə ilə Bərdə rayonu, Şatırlı və Kürdborakı bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyələr ilə bağlanan müqavilələrin sahəseçmə aktı, protokolu, müqavilənin surəti, icarə haqqı çekləri vardır. Hazırkı iş üzrə cavabdehlər 01 aprel 2021-ci il tarfixdən örüş yeri ilə qonşu olan Bərdə rayonu Şatırlı kəndində yerləşən 8 ha yonca sahəsini zəbt ediblər və hal-hazırda həmin torpaq sahəsini ona ziyanlıq vuraraq istifadə edirlər. Dəfələrlə torpaq sahəsindən çıxarılmalarını və ona məxsus olan torpaq sahəsinə ziyanlıq vuraraq istifadə etməmələrini bildirsə də, heç bir nəticəsi olmamışdır. Bütün qanunlar və sübutlarla sözügedən torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini o, alaraq yararlı vəziyyətə almışdır və orada çoxlu işlər aparmışdır. Həmin torpaq sahələri heç bir zaman örüş yeri olmamışdır. Həmin torpaq sahəsi islahatdan əvvəlk pambıq sahəsi olubdur. Buna görə də hazırkı iş üzrə cavabdehlərin ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını istəyir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İsmayılov Malik Əvəz oğlu, İddiaçı3, İddiaçı4 oğlu, İddiaçı5, X9, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Mirzə oğlu, İddiaçı11 oğlu, İddiaçı12, İddiaçı13, İddiaçı14 Süleyman oğlu, İddiaçı15 Nəbi oğlu, Hüseynov Nəcəf Cavad oğlu, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 Qəhrəman oğlu, Hüseynov Rahid Məhəmməd oğlu, İddiaçı26, İddiaçı27, İddiaçı28 Qəhrəman oğlu, İddiaçı29, İddiaçı30 Eyvaz oğlu, İddiaçı31 Müstafa qızı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı29 İsmayıl oğlunun vəkili və nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı32 etibarnamə üzrə nümayəndəsi Bağırova Alidə Məhəmməd qızı iddianı qəbul etməyərək, təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdi və qarşılıqlı iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X21 məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə digər cavabdeh X10 iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçıların, nümayəndənin və vəkilin, cavabdeh X1 nümayəndəsi X2 və cavabdeh Cavabdeh2 Bəhram oğlunun izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin olunmamalı, qarşılıqlı iddia tələbi isə təmin olunmalıdır. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 24 iyun 1969-cu ildə doğlumuşdur. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 Əvəz oğlu xx xxxxxx 1965-ci ildə doğlumuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı5 oğlu xx xxxxxx 1981-ci ildə doğlumuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 oğlu xx xxxxxx 1969-cu ildə doğlumuşdur. Mülki işə əlavə olunmuş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 01 iyul 1942-ci ildə doğlumuşdur, Bərdə rayonu, yeni Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri Vetranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş ŞA 002978 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı4 şəhid ailəsidir. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı6 Muxtar oğlu 05 may 1981-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı7 Xəlil oğlu xx xxxxxx 1966-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsmayılov Müslüm Əvəz oğlu xx xxxxxx 1960-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı9 27 iyul 1971-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı10 xx xxxxx 1986-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı11 Qənimət oğlu 10 avqust 1977-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Çərəktar kəndində qeydihyyatdadır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı12 oğlu xx xxxxxx 1977-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əmirov Fazil Sarı oğlu xx xxxx 1959-cu ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı14 Süleyman oğlu 13 dkeabr 1982-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı15 29 aprel 1986-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 xx xxxxxx 1989-cu ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE 16276479 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 01 sentyabr 1966-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı17 Adil oğlu xx xxxxx 2000-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı18 xx xxxx 1954-cü ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı19 xx xxxxxxx 1972-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı20 xx xxx 1987-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı21 oğlu 25 may 1966-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı22 oğlu 08 may 1976-cı ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı23 xx xxxx 1979-cu ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı24 04 avqust 1981-ci ildə Bərdə rayonu, Şatırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı25 Məhəmməd oğlu xx xxxx 1983-cü ildə Bərdə rayonu, Kürdborakı kəndində doğulmuşdur, Bərdə rayonu, Kürdborakı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı26 Paşa oğlu xx xxxxxx 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı31 Mustafa qızı xx xxxxxx 1950-ci ildə Bərdə rayonu, Bərdə rayonu Dəymədağlı kəndində doğulmuşdur, Bakı şəhəri, Nizami rayonu, naxçıvanski küçəsi ev 3, mənzil 4-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı27 oğlu xx xxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı28 xx xxx 1985-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı29 İsmayıl oğlu xx xxxxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı30 Eyvaz oğlu xx xxxx 1985-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Şatırlı kənd İƏD üzrfə nümayəndəliyi tərəfindən verilmiş 256 nömrəli, 27 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur İddiaçı29, Bərdə rayonu Şatırlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi İddiaçı32 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 4 ha torpaq sahəsi İddiaçı32 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Seriya RX ******* nömrəli dövlət reystirindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kəndində yerləşən 2 ha torpaq sahəsi İddiaçı32 70 il müddətinə icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(021)- 2180/2021 nömrəli qərardadından müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddianın təmini tədbiri olaraq cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı32 işə baxılana qədər Bərdə rayonu, Şatırlı kəndində yerləşən mübahisəli torpaq sahəsində iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin hər hansı bir təsərrüfat işlərinin aparılmasına qadağan qoyulmasına barədə ərizəsi təmin edilmişdir. Mülki işə əlavə edilmiş JN-01-1, KOD 61022018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 02 saylı qərarı ilə Bərdə rayonu, Şatırlı Bələdiyyəsinin mülkiyyətinə 163.8 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 27 may 2021-ci il tarixli 4510 nömrəli məktubdan müəyyən olunur ki, Bərdə rayonu Şatırlı kənd ərazisində yerləşən 6.0 ha torpaq sahəsi üzrə verilmiş seriya- RX-0829131 saylı, 4.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829132 saylı və 2.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829133 saylı çıxarışlara əsasən torpaq sahələrinin 1998-ci ildə islahat gedərkən hansı təyinat üzrə istifadəyə verilməsi barədə 24 may 2021-ci il tarixli 199 saylı Bərdə rayon Vəkil Bürosunun məktubuna Daşınmaz Əmlakın Dövlət reystir Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bərdə rayonu Şatırlı kənd ərazisində yerləşən 6.0 ha torpaq sahəsi üzrə verilmiş seriya- RX-0829131 saylı, 4.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX- 0829132 saylı və 2.0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829133 saylı çıxarışlara əsasən icarə hüququ tanınmış torpaq sahəsi aqrar islahat zamnı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında təyinatı bələdiyyənin ehtiyat fondu torpaqları kimi saxlanılmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayonu Şatırlı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 02 saylı iclas protokolunun surətindən müəyyən olunur ki, Kürdborakı kənd sakini Bağırov İsmayıl Məhərrəm oğlunun ərizəsinə əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6.0 ha torpaq sahəsi ayrılılaraq Bağırov İsmayıl Məhərrəm oğluna icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Kürdborakı Bələdiyyəsi tərəfindən DT və XK-nin Bərdə Rayon Şöbəsinə ünvanlanmış məktubda bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən 6.0 ha torpaq sahəsi ayrılıb üzunmüddətli icarəyə verilməsi barədə qəbul edilmiş qərar əsasında həmin torpaq sahəsinin ilkin yerqurluşu və torpaq ayırma sənədlərinin hazırlanmasına razılıq verilməsi xahiş edilmişdir. Mülki işə əlavə olunmuş 01 mart 2021-ci il tarixli 02 nömrəli torpaq sahəsinin icrayə verilməsi haqqında müqaviləsindən müəyyən olunur ki, Şatırlı bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 03 saylı qərarı ilə 2 ha torpaq sahəsi 70 il müddətinə İddiaçı32 Məhərrəm oğluna icarəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının mahiyyətindən də görünür ki, hazırki iş üzrə ilkin iddia tələbini iddiaçılar məhkəmə araşdırması zamanı sübut edə bilməmişlər. Bundan başqa məhkəmə həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçılar və İddiaçı29 vəkili və nümayəndəsi X24 oğlu cavabdeh İddiaçı32 adına rəsmləşdrilmiş torpaq sahələrinin örüş torpaq sahələri olmasını məhkəmədə dəfələrlə vurğulamış olsa da, dəlillərini əsaslandıra biləcək sübut və ya fakt məhkəməyə təqdim edə bilmədilər. Əksinə olaraq cavabdeh tərəfindən təqdim edilmiş eletron xəritələrin çıxarışlarından müəyyən edilir ki, mübahisəli torpaq sahələri örüş torpaq sahələri deyildir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əvvəlcə mülki iş üzrə mübahisə ilə əlaqədar iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmaq zəruridir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıların cavabdehlərə qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini İddiaçı32 ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürmələrinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişlər. Məhkəmədə bildirdikləri ifadələr isə yalnız ziddiyyətli ifadələr olmaqla, münaqişə yaratmaqla hüquqi müstəvidən kənar yolla mübahisənin həllinə təsir göstərmək xarakteri daşımışdır. Göründüyü kimi iddiaçıların subyektiv hüquqa malik olmadığı halda hazırki ilkin iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia münasibət bildirərək qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(021)-1722/2021 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı32 işə baxılana qədər iddianın təmini tədbiri kimi cavabdehlər Salahov Sahib İsmayıl oğlu, X22, X12, İddiaçı20, İsgəndərov Rüfət Yaqub oğlu, İddiaçı5 Əkbər oğlu, X31, Əliyev Əlizamin Muxtar oğlu, İddiaçı16 Cavad oğlu tərəfindən iri və xırda buynuzlu mal-qara ilə otarılmasına qadağan qoyulması barədə ərizəsi təmin edilmişdir. Bundan başqa mülki işə əlavə olunmuş Bərdə rayon Prokurorluğunun 03 iyun 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və əlavə araşdırma aparılması üçün göndərilməsi barədə qərarın surətindən müəyyən olunur ki, Bağırov İsmayıl Məhərrəm oğlunun və Bağırova Alidə Məhəmməd qızının müraciəti əsasında toplanmış HK-1/1097 saylı material üzrə Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenentı Cəbrayılov Rəcəb Tahir oğlu tərəfindən qəbul edilmiş 01 may 2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Bərdə rayon X20 Bölməsinə göndərilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı da ilin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər mal-qaralarını Bağırov İsmayıl Məhərrəm oğlunun istifadəsində loan torpaq sahələrində otardıqlarını etiraf etmişlər. Qeyd olunanlara əsasən ilkin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 oğlunun, İddiaçı12, İddiaçı13,nİddiaçı14 Süleyman oğlunun, İddiaçı15 Nəbi oğlunun, Hüseynov Nəcəf Cavad oğlunun, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 Qəhrəman oğlunun, Hüseynov Rahid Məhəmməd oğlunun, İddiaçı26, İddiaçı27, İddiaçı28 Qəhrəman oğlunun, İddiaçı29, İddiaçı30 Eyvaz oğlunun, İddiaçı31 Müstafa qızının cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X16, İddiaçı32 və Cavabdeh2 qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini Bağırov İsmayıl Məhərrəm oğlu ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əavvəvn Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İsmayılov Malik Əvəz oğlu, İddiaçı3, İddiaçı4 oğlu, İddiaçı5, X9, İddiaçı7 Xəlil oğlu, İddiaçı8 Əvəz oğlu, İddiaçı9 Miriş oğlu, İddiaçı10 Mirzə oğlu, İddiaçı11 oğlu, İddiaçı12 Kamal oğlu, İddiaçı13 Sarı oğlu, İddiaçı14 Süleyman oğlu, İddiaçı15, İddiaçı16 oğlu, İddiaçı17, İddiaçı18 Abbas oğlu, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 oğlu, İddiaçı24 oğlu, Hüseynov Rahid Məhəmməd oğlu, İddiaçı26, İddiaçı27, Salahov Seymur Qəhrəman oğlu, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızının qanunsuz hərəkətlərinə qadağan qoyulmaqla, zəbt etdikləri İddiaçı32 məxsus torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2180/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2180/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver