Məhkəmə qərarları › İş №2(021)-2181/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2181/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2181/2021 06.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, Cavabdeh1 iştirakı ilə, İddiаçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qаrşı “fərdi yaşayış evinin boşaldılması və cavabdehlərin istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Bank "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin boşaldılmasına, cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququna xitam verilməsinə və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə cavabdeh X10 oğlunun etibarnamə əsasında adından çıxış edən Əsgərov Məmiş Aydın oğlu arasında bağlanmış 14.12.2011-ci il tarixli 415/ZBGF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 276 ay müddətinə illik 4 faiz ödəmək şərti ilə 34000 manat məbləğində aylıq əsasla kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh X10 oğlunun etibarnamə əsasında adından çıxış edən Əsgərov Məmiş Aydın oğlu 14.12.2011-ci il tarixdə "xxxx" ASC-nin Gənclik filialı ilə və satıcı X4 ilə alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lizenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 312507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi yazılı və KİV hesabına məlumat verilmişdir.X10 oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank "xxxx" ASC Ağdam Rayon Məhkəməsinə müraciət edəərk "xxxx" ASC ilə cavabdeh X10 oğlu arasında bağlanmış 14.12.2011-ci il tarixli,415/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 05.03.2018-ci il tarixinə olan 29008,51 manat əsas borc,1522.32 manat faiz borcu,89.04 manat dəbbə borcu ,30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsihaqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum ümumilikdə 30719.87 manat və 60.4 manat məbləğin cavabdeh X10 oğlundan iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X10 oğlu ilə bağlanan 14.12.2011-ci il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə X10 oğluna məxsus Bərdə şəhəri Səməd Vurğun küçəsi 67 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödəməzsə qaaln məbləğin cavabdeh X10 oğlundan tutulması cavabehin ipoteka qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(13)1132/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Göstərilən qətnamə ilə razılaşmayan X10 oğlu apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(104)-407/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdam rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmeitinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə cavabdeh X10 oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. ”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin 19 aprel 2021-ci il tarixli,31/01 nömrəli satış protokoluna əsasən X10 oğlunun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC-nin balansına keçmişdir. Hərracın yekunlarına dair Bank”BTB” ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında 19.04.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 08.05.2021ci il tarixli Çıxarışa əsasən Bərdə şəhəri Səməd Vurğun küçəsində yerləşən 67 saylı fərdi yaşayış evi Bank "xxxx" ASC-nin mülkiyyətindədir. Bu səbəbdən cavabdehlərin fərdi yaşayış evində qeydiyyatda olması qeyri-qanunidir. Beləliklə də bankın mülkiyyət hüququna müdaxilə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq nümayəndə, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 14.12.2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Gənclik filialı ilə cavabdeh X10 oğlunun etibarnamə əsasında adından çıxış edən Əsgərov Məmiş Aydın oğlu arasında bağlanmış 14.12.2011-ci il tarixli 415/ZBGF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X10 oğluna ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 276 ay müddətinə illik 4 faiz ödəmək şərti ilə 34000 manat məbləğində aylıq əsasla kredit verilmişdir. 14.12.2011-ci il tarixli,415/ZBGF/1 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X10 oğlunun etibarnamə əsasında adından çıxış edən Əsgərov Məmiş Aydın oğlu "xxxx" ASC-nin Gənclik filialı ilə və satıcı X4 ilə alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 Rəsul qızı özünə məxsus olan Bərdə şəhəri Səməd Vurğun küçəsi 67 ünvanında yerləşən fərdi yaşayış evini X10 oğluna satmışdır. Azərbaycan Respublikası Daxili X6 yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,Kərimova X1 X8 şəhəri Səməd Vurğun küçəsi ev 67-də qeydiyyatdadırlar. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Bank "xxxx" ASC arasında bağlanmış 01 noyabr 2016-cı il tarixli Baş Sazişdən görünür ki, "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Ağdam rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(13)1132/2018 nömrəli qətnaməsinin surətindən görünür ki,Bank "xxxx" ASC-nin cavabdehlər X10 oğlu və X7 qarşı kredit müqaviləsinin ləğv edilməsi,kredit müqaviləsi üzrə borcun ödənilməsi,ipoteka predmetinə tutuma yönəldilməsi,ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması,mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair” iddia tələbi qismən təmin edilərək "xxxx" ASC ilə cavabdeh X10 oğlu arasında bağlanmış 14.12.2011-ci il tarixli,415/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X10 oğlundan 29008,51 manat əsas borc,1522.32 manat faiz borcu,10 manat dəbbə borcu,30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması,tələbin Bərdə şəhəri Səməd Vurğun küçəsi 67 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsinə yönəldilməsi,fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğ borcların və xərvlərin ödənilməsinə yönəldilməsi,ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi,X10 oğlunun ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra həmin evdən çıxarılmaqla evin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin ilə birlikdə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödəməzsə qaaln məbləğin cavabdeh X10 oğlundan tutulması cavabehin ipoteka qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(104)407/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilə apelyasiya şikayəti qismən təmin edilmiş,Ağdam rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmeitinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmiş,qətnamə qalan hissədə cavabdeh X10 oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 19.04.2021-ci il tarixli,31/01 nömrəli Hərracın yekunları barədə protokolun surətindən və Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqaviləsədən görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 27536/10 nömrəli,18.02.2021-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış X10 oğluna məxsus fərdi yaşayış evi Bank "xxxx" ASC tərəfindən satın alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında **********07-10301 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC-nin mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Bərdə rayon İcra və Probasiya Şöbəsinin 27536/10 nömrəli,18.02.2021-ci il tarixli sifariş məktubuna əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış hərracdan satılmadığına görə Banka təklif olunmuş, Bank "xxxx" ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08.05.2021-ci il tarixli Çıxarışa (reyestr nömrəsi-**********07-10301,Qeydiyyat nömrəsi **********) əsasən göstərilən əmlak mülkiyyət hüququ əsasında Bank "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Bundan sonra iddiаçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X3,Cavabdeh2,Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Bank "xxxx" ASC_nin mülkiyyətində olan Bərdə şəhəri Səməd Vuröun küçəsi 67 saylı fərdi yaşayış evinin boşaldılmasına, cavabdehlər X5,Cavabdeh2,Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 istifadə hüququna xitam verilməsinə və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmi, cavabdeh isə iddianı qəbul etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən,daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Əmlak Bərdə rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış hərracdan satılmadığına görə Banka təklif olunmuş, Bank "xxxx" ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08.05.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC-nin mülkiyyətindədir və mənzilə dair keçmiş mülkiyyətçilərin adına olan dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki,araşdırılmış sübutlarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bank "xxxx"ASC-nin mülkiyyətində olması, cavabdehlərin həmin mənzildə qeydiyyatda olması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tamolaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Bərdə şəhəri Səməd Vurğun küçəsi 67 ünvanında yerləşn fərdi yaşayış evinə Bank "xxxx" ASC-nin mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və Bərdə şəhəri Səməd Vurğun küçəsi 67 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər həmin evdən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AzərbaycanRespublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayışyeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindənçıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququna xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar