Məhkəmə qərarları › İş №2(021)-2191/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2191/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2191/2021 08.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçı X2 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Müzəffər oğluna qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş olduğu maddi ziyana görə 2100 manat pulun iddia qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun, hüquqi yardıma ödənilmiş 250 manat, cəmi 2380 manat məbləğində zərərin əvəzinin tutularaq onun xeeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Xasayev Ceyhun Əvəz oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il yanvar ayında Bərdə rayon mal bazarında həyətində saxlamaq üçün iribuynuzlu heyvan almağa getmişdir. Həmin bazarda tanımadığı bir şəxsə rast gəlmişdir. Ona yaxınlaşıb satdığı iribuynuzlu inəyin qiymətini soruşmuşdur. Heyvanın sahibi ilə 2100 manat pula razılaşıb heyvanı ondan almışdır. Həmin şəxsin ev ünvanını, ad və soyadını götürmüşdür ki, heyvanda hər ahnsı bir problem olarsa geri qyatrıb, pulunu alacaqdır. Bir müddət keçdikdən sonra aldığı həmin heyvanda problem olmuşdur. O, heyvanı Bərdə rayonu Zümürxan kəndində yaşayan Cavabdeh geri qaytarıb verməyi və verdiyi 2100 manat pulunu geri verməsini söyləmişdir. O, bildirmişdir ki, hal-hazırda pulu yoxdur, gözləsin malı satsın pulunu qaytarsın. Dəfələrlə rastlaşsalarda, görüşsələrdə hər dəfə pulu yoxdu, olanda gəlib götürərsən demişdir. Hər dəfə vəd verib onu aldatmışdır. Ona qarşı etdiyi dələduzluğa görə polis şöbəsinə müraciət etmişdir. Ona mülki məsələ olduğu üçün məhkəmə müraciət etməli olduğunu izah etmişlər. O, da bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mahmudov Ramin ona satdığı iribuynuzlu inəyin əvəzinə ya inək versin ya da 2100 manat pulunu geri qaytarsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Müzəffər oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir . Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xasıyev Ceyhun Əvəz oğlu 25 may 1993-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Ağdam rayon İcra hakimiyyəti Başçısının İmamqulubəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 215 nömrəli, 27 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonu İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin İmamqulubəyli kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindəki Cavabdeh ona 2100 manat borclu olduğunu, hüquqi yardıma görə 250 manat ödəmiş olduğunu sübut edə bilməmiş, müvafiq dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Əvəz oğlunun cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar