Məhkəmə qərarları › İş №2(021)-2195/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2195/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2195/2021 28.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı2, Yusifova Adilə İsbəndiyar qızının və iddiaçıların nümayəndəsi Vəkil Bünyat oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mayıl qızının, İddiaçı4 Mayıl oğlunun, İddiaçı5 İsbəndiyar qızının Cavabdeh oğluna qarşı “icraə müqaviləsinin ləğvi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1 Bəndalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qarşı Bərdə rayonu, Cumalar kəndində iddiaçıların adına olan 1.47 ha torpaq sahəsinə dair bağlanmış 15.11.2003-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Cumalar kəndində 1.47 ha torpaq sahəri var, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüququ 10 iyun 2020-ci il tarixli DƏDRX-dan çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsinə görə iddiaçılarla cavabdeh 15 noyabr 2003-cü il tarixdə öz aralarında icarə müqaviləsi bağlamışlar. Lakin sonra cavabdeh icarə haqqını ödəməkdən imtina etdiyi üçün müqavilənin cavabdehə birtərəfli pozulduğunu bildirərək torpağı boşaltmağı tələb etsələrdə, Cavabdeh iddiaçıların tələblərini yerinə yetirməkdən bu günə qədər imtina edərək, əsassız olaraq torpağın ona məxsus olduğunu, icrarə müqaviləsinin müddətinin başa çatmamasını bəhanə gətirərək mülkiyyətə qanunsuz müdaxiləni və zəbti davam etdirir. Cavabdeh heç bir qanuni və hüquqi əsası olmadan iddiaçıların mülkiyyətindən olan 1.47 ha kənd təsərrüfat təyinatlı torpağı zəbt edərək istifadə edir. Dəfələrlə ondan torpaqdan çıxmasını tələb etsələrdə heç bir nəticəsi yoxdur. Onlar istəyirlər ki, torpaqdan tam təyinatı üzrə istifadə edərək, özləri əkib becərsinlər. Cavabdeh isə onların mülkiyyətində olan torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh qanunsuz olaraq onların mükiyyətində olan torpaq sahəsini zəbt edibdir, indi də torpaqdan çıxmır. Qanuni sənədlərə torpağın onlara məxsus olmasını göstərsələr də, nəticəsi yoxdur. İddiaçılar istəyir ki, torpaqdan tam təyinatı üzrə istifadə edərək, özləri əkib becərsinlər. Cavabdeh isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh tamamilə qeyri-qanuni olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edibdir. İndi də cavabdeh torpaqdan çıxmır, qanuni sənədlərlə torpağın iddiaçılara məxsus olmasını göstərsələrdə nəticəsi yoxdur. Bildirir ki, hara istəyirsiniz şikayət edin. Bununla da cavabdeh icarə müqaviləsinin 2-ci bəndinin tələblərini birtərəfli qaydada kobudcasına pozmaqda davam edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı5 və İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Bəndalı oğlunun, Sarıyeva Aytən Mayıl qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5 nümayəndəsi Vəkil Bünyad oğlu iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Cavabeh çıxışında bildirdi ki, mübahisəli torpaq sahəsini qanuni əsaslarla əkib becərir. İddiaçılara icarə haqqını birdəfəlik ödəmişdir. Ona görə də onu 18 ildə heç kim axtarmayıb. Onda trpaqda çıxmasını ələb etməyib. Hazırda isə iddiaçının uşaqları böyüyüb və yəqin torpaqğı satmaq istəməsi səbəindən icarə haqqını bəhanə edərək torpağı məndən almaq istəyir. Məhkəmə iddiaçılar İddiaçı5 və İddiaçı2, iddiaçıların nümayəndəsi Vəkil Bünyad oğlunun və cavadeh Cavabdeh izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Mayıl oğlu xx xxxx 1993-cü ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayon Cumalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sarıyeva Aytən Mayıl qızı xx xxxxxx 1985-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayon Cumalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx xxxxxx 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Mayıl qızı 09 may 1951-ci ildə Bərdə rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Bəndalı oğlu xx xxx 1962-ci ildə Bərdə rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 07 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı5 26 fevral 2007-ci ildən Bərdə rayonu Cumalar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystirindən çıxarışdan müəyyən olunur ki, ********** nömrəli, 10 iyun 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 Mənbalı oğlunun mülkiyyətində Bərdə rayonu Cumalar kəndində 1.47 ha torpaq sahəsi vardır. İş materialarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş 15 noyabr 2003-cü il tarixli icarə müqaviləsindən görünür ki, X6 və X1 rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına və JN 137 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, X6, Bəndalıyeva Fəxriyyə Mayıl qızı və X4 məxsus olan və Bərdə rayonu Cumalar kəndində yerləşən torpaq sahəsini 25 il müddətinə ildə iki yüz min manat ödəmək şərtilə Cavabdeh icarəyə vermişlər. İş materiallarında olan Bərdə regional “Asan-Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən iddiaçılara ünvanlanmış 18 may 2021-ci il tarixli 837 nömrəli məktubdan müəyyən olunur ki, 15 noyabr 2003-cü il tarixdə Bərdə rayonu Cumalar kəndində yerləşən torpaq sahəsinin Cavabdeh Cavanşir oğluna icarəyə verilməsi ilə əlaqədar bağlanmış icarə müqaviləsinin ləğv edilməsi üçün iştirak edən tərəflərin şəxsən özləri və ya notariat qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndələri Bərdə regional “Asan-Xidmət Mərkəzinin notariat ofisinə müraciət etməlidir. Müqavilənin digər tərəfi olan icarəçi Cavabdeh oğlu həmin icarə müqaviləsinin ləğvi üçün şəxsən və ya notariat qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi tərəfindən ofizə müraciət etmədiyindən icarə müqaviləsinin vbir tərəfli qaydada ləğv edilməsi mümkün deyildir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Həmin Məcəllənin 719.3-cü maddəsinə əsasən əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. Həmin Məcəllənin 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini, icarə haqqının konkret olaraq nə vaxtda ödənilməməsini məhkəmə iclasında sübut edə bilmədilər. Əksinə cavabdeh icarəyə götürdüyü vaxt tam şəkildə 25 illik icarə haqqını ödədiyini qeyd etdi. Məhkəmə baxış iclasında verilən izahatları qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddiaçılar tərəfindən gətirilən dəlillər inandırıcı hesab edilmir. Belə ki, 15 noyabr 2003-cü il tarixli icarə müqaviləsindən 18 il ötdükdən sonra iddiaçılar cavabdeh tərəfindən icarə haqqı ödənilməməsini qeyd edirlər. Halbuki iddiaçılar 18 il ərzində nə səbəbə cavabdehdən torpağı tələb etməmələrini məhkəmədə izah edə bilməmişlər. Əksinə izahatlar verərək cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini, daha sonra isə özlərinin əkib becərmək istədiklərini bildirdilər. Bu fikir hətta iddia ərizəsində də qeyd edilmişdir. Belə ki iddia ərizəsinin birinci səhifəsində “iddiaçılar istəyirlər ki, torpaqlarından tam təyinatı üzrə istifadə edərək özləri əkib becərsinlər. Cavabdeh isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir” kimi dəlil öz əksini tapmışdır. Bundan başqa iddiaçılar İddiaçı1 Bəndalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh torpaq sahəsində çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etsələr də, həmin iddiaları Bərdə Rayon Məhkəməsinin 2(021)-1258/2021 saylı 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verməmişlər və həmin qətnamə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, iddiaçıların ziddiyyətli izahatları, eləcə də cavabdeh tərəfindən icarə haqqının ödənilməməsinə dai gətirdikləri dəlilləri və ya icarə haqqının konkret olaraq nə vaxtda ödənilməməsini məhkəmə iclasında sübut edə bilmədiklərindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 İsbəndiyar qızının Cavabdeh oğluna qarşı “icraə müqaviləsinin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar