Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2208/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda formasında vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 29 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3165 manat pul vəsaitini xx.xx.2017-ci ildən özündə qanunsuz saxlayıb qaytarmaqdan boyun qaçırmaqla ona əldən çıxmış fayda formasında vurduğu maddi zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot faiz dərəcəsi olan illik 7,25 faiz hesabı ilə 1694 manatın, həmçinin hazırki iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 37 manatın ondan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsi ( hakim Əhməd Sarıyev) onun cavabdehlər Cavabdeh, "xxxx" ASC-nin Mingəçevir şəhər filialına, X3 və X4 qarşı “Kredit müqaviləsindən irəli gələn öhdəliklər və vurulmuş mənəvi ziyanın əvəzininin ödənilməsinin tələbinə dair” iddia ərizəsi üzrə olan mülki işə baxaraq xx.xx.2015-ci il tarixli, 2(021)-100/2015 nömrəli qətnaməsi ilə qərar almışdır ki: “İddia qisən təmin edilsin. Cavabdeh 4700 manat əsas borc, 200 manat məhkəmə xərci və 30 manat dövlət rüsumu olmaqla cəmi 4930 (dörd min doqquz yüz otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissələrdə əsassız olduğundan təmin olunmasın.” Həmin qətnamədən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim X9, hakimlər X12 və X1 ibarət tərkibdə) 07 dekabr 2017-ci il tarixli, 2(104)-35554/2017 nömrəli qətnaməsi ilə qərara almışdır ki: “Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli, 2(021)-100/2015 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh qarşı "xxxx" ASC-nin Mingəçevir filialının onunla bağlanmış 30 iyul 2010-cu il tarixli 40804-876 saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin müqavilənin Cavabdeh ilə "xxxx" ASC ilə bağlanmasının müəyyən edilməsinə, həmin müqavilənin Cavabdeh ilə "xxxx" ASC ilə bağlanmasının müəyyən edilməsinə və yaxud 30 iyun 2010-cu il tarixdə "xxxx" ASC-nin Mingəçevir flialından 40804-876/10 saylı kredit müqaviləsi əsasında götürülüb Cavabdeh verdiyi 4700 manat pulun, vurulmuş zərərin əvəzi olaraq 10000 manat pulun, hüquqi yardıma görə 200 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 14930 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2935.40 manat kredit borcu, 200 manat nümayəndə xərci və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Odur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrasının təmin edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli, 2(104)-3554/2017 nömrəli icra vərəqəsi verilərək icra olunması Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Sözügedən icra vərəqəsi daxil olduqdan sonra Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cahangir Alıyev tərəfindən xx.xx.2018-ci il tarxili “İcrata başlamaq haqqında” qərar qəbul edilməklə 2935,40 manat pulun, 200 manat nümayəndə xərcinin və 30 manat dövlət rüsumunun 10 (on) gün müddətinədək könüllü olaraq ona ödənilməsi qərarın surəti borclu Cavabdeh göndərilməklə ondan tələb edilmişdir. O, isə Kapital Bank ASC-nin Bərdə filalın da 416973xxxxxx6388 nömrəli hesab hesab açdıraraq icra məmuruna təqdim etmişdir ki, borclu Cavabdeh ödənişlərini həmin hesab nömrəsinə etsin. Lakin ötən 7 il 4 ay ərsində borclu Cavabdeh tərəfindən ona cəmi 858 manat pul ödənilmişdir. Həm də bu ödəmələr 3,5,7,10,15,20,30,39,40 və 50 manat olmaqla kiçik məbləğlərdə edilməklə ödənişlər 2023-2024-cü illərdə edilmişdir. Sonuncu ödənişi xx.xx.2025-ci il tarixində 3 manat məbləğində etdikdən sonra isə Cavabdeh ümumiyyətlə ödənişləri etməməkdən boyun qaçırmaq və qəsdən yayınmaq məqsədi ilə Bakı şəhərinə getmiş, orada yaşayır və mənə məlum olduğuna görə özünə məxsus olan minik maşını ilə sərnişin daşıma xidməti ilə məşğul olur, yaşadığı ünvanı heç kimə bildirmir. Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş qanuni icra tədbirlərinə baxmayaraq borclu Cavabdeh sözügedən icra sənədi üzrə ona ödəməli olduğu pulu ödəməkdən yayındığına görə Bərdə rayon İcra və Probasiya şöbəsinin təqdimatlarına əsasən: 1) Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(021)-258/2017 nömrəli qərarı ilə Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bu qərar indiyədək də qüvvədədir. 2) Bərdə Rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh inzibati məsuliyyətə cəlb ediləcəyi xx.xx.2017-ci il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəbərdarlığa Cavabdeh özü şəxsən xx.xx.2017-ci il tarixdə imza etməklə surətini almışdır. 3) Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(021)-428/2017 nömrəli qərarı ilə Cavabdeh İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Lakin görülmüş tədbirlər nəticəsiz qalmış, borclu Cavabdeh mənə olan borcunu ödəməkdən boyun qaçırmaqla davam etmişdir. O, özü də öz təşəbbüsü ilə borclu Cavabdehla şəxsən görüşməklə və ya mobil telefonla zəng etməklə ondan dəfələrlə xahiş və tələb etmiş ki, ona olan borcunu ödəsin, ona izah etmişdir ki, borcunu ödəməməsi ona maddi zərər vurur. Lakin Cavabdeh yenə də borcunu ödəməmişdir. Beləliklə də borclu Cavabdeh yuxarıda göstərilən qanunsuz və qərəzli hərəkətləri səbəbi ilə o cavabdehdən 07 dekabr 2017-ci ildən, yəni Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)-3554/2017 nömrəli qətnamənin qəbul edildiyi gündən keçən 7 il 4 aydır ki, həmin məhkəmə qətnaməsinə əsasən ona ödəməli olduğu cəmi 3165,40 manat pulu ondan ala bilmir. Əvəzində isə əldən çıxmış fayda formasında maddi zərər çəkir. Çünki, həmin 3165 manat ona vaxdında ödənmiş olsaydı adi mülki dövrüyyə şəraitində, məsələn 3165 manat pulu banka illik 10% - lə əmanət kimi qoymaqla, yaxud ondan sərmayə kimi istifadə etməklə ildə ən azı 300-500 manat pul qazana bilərdi. Bunları etməyə isə onun savadı, həyat təcrübəsi və sağlamlıq vəziyyəti imkan verir. Hesab edir ki, Cavabdeh özü isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona ödəməli olduğu cəmi 3165,40 manat pulu tam 7 il 4 aydır ki, verməyərək özündə saxlamaqla ondan istifadə edib faydalanır və qazanc əldə edir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və iddia tələbini əsaslı olmaqdan başqa həm də qanuni hesab edir. Həmçinin də hesab edir ki, Cavabdeh hərəkətlərinə mülki qanunvericiliyin özgəsinin əmlakına-puluna qanunsuz sahiblik etmə və əsassız varlanmanı tənzimləyən hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat vermişdir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-100/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh 4700 manat əsas borc, 200 manat məhkəmə xərci və 30 manat dövlət rüsumu olmaqla cəmi 4930 (dörd min doqquz yüz otuz) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə əsassız olduğundan təmin olunmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(104)- 3554/2017 saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2015ci il tarixli, 2(021)-100/2015 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh qarşı "xxxx" ASC-nin Mingəçevir filialının onunla bağlanmış 30 iyul 2010-cu il tarixli 40804-876 saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin müqavilənin Cavabdeh ilə "xxxx" ASC ilə bağlanmasının müəyyən edilməsinə, həmin müqavilənin Cavabdeh ilə "xxxx" ASC ilə bağlanmasının müəyyən edilməsinə və yaxud 30 iyun 2010-cu il tarixdə "xxxx" ASC-nin Mingəçevir flialından 40804-876/10 saylı kredit müqaviləsi əsasında götürülüb Cavabdeh verdiyi 4700 manat pulun, vurulmuş zərərin əvəzi olaraq 10000 manat pulun, hüquqi yardıma görə 200 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 14930 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2935.40 manat kredit borcu, 200 manat nümayəndə xərci və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin olaraq məhkəmə aktı qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(021)-428/2017 saylı inzibati qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri Səttarxan küçəsində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən 3165 manat məbləğində pulun adi mülki dövriyyə şəratində istifadəsi nəticəsində 1694 manat məbləğində pulun əldə edilə biləcəyi sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 37 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev