Məhkəmə qərarları › İş №2(021)-222/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-222/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-222/2022 16.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulun və gecikdirilməyə görə faizlərin ödənilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5.500 manat məbləğində pulun alınıb ona ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə yeni tikdirdiyi mənzili təmir etdirməyə başlamışdır. Həmin vaxtlar ankoloji xəstəlikdən əməliyyat olunduğundan kimyəvi müalicə almışdır. 2019-cu ilin oktyabr ayında tanışı olan Əlvan adlı şəxslə evə piləkən yığdırmaq barədə söhbət edərkən, Əlvan adlı şəxs pilləkəni yığdırmağa məsləhətli bir dülgər tanışı olduğunu bildirmişdir. Əlvan onu Mətləb adlı şəxslə tanış etmişdir. Cavabdeh evə gəlib işlə tanış olmuşdur. O, telefonunda olan katoloqu onlara göstərərək hansı formada və hansı ağacdan pilləkən istədiklərini soruşmuşdur. Onlara ən bahalı materialdan istifadə edəcəyini bildirib pilləkənin düzəldilməsi üçün ondan əvvəl 4500 manat pul almışdır. Sonradan əlavə işlər çıxdığını ona bildirərək 1000 manat da pul istəmişdir. Ümumilikdə Mətləbə 5 500 manat pul vermişdir. Onun pulu Mətləbə verdiyi gündən 2 ildən artıq vaxt keçmişdir. Bu azmış kimi Mətləb işi həm yarımçıq saxlamış, həmdə keyfiyyətsiz taxtalardan istifadə etmişdir. Pilləkənin tutacaqlarını ayrıayrı taxtalardan düzəltmiş, biri uzun biri qısa şəkildə onlara təhvil verməyə çalışmışdır. Hətta son vaxtlar evə özü deyil, ustalıqdan anlayışı olmayan bir şəxsi göndərmiş və həmin şəxs onlara gələrək bildirmişdir ki, onu Mətləb pilləkənləri laklamaq üçün göndərib. Cavabdeh keyfiyyətsiz gördüyü işi onlara təhvil verməyə çalışmışdır. O, bununla razılaşmayaraq Cavabdeh pulunu tələb etdikdə o, pulu qaytarmayacağını bildirərək, telefonda onunla və həyat yoldaşı ilə acıqla danışmışdır. O, məcbur olub bu barədə Pirallahı rayon Polis İdarəsinə müraciət etmişdir. Orada iş araşdırılmış və qərar qəbul olunmuşdur. Ona məktub təqdim olunaraq, bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmaqla, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1960-cı ildə Bakı şəhərində doğumuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Pirallahı rayon Mənzil Komunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Komunal İstismar sahəsi 09 mart 2021-ci il tarixli, 265 nömrəli arayışdan müəyən olunur ki, Qocayev X2 rayon, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 6, mənzil 79 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Pirallahı Rayon Polis Şöbəsi tərəfindən verindən İddiaçı oluna ünvanlanmış 12 aprel 2021-ci il tarixli, ***-**** Q-3221 saylı məktubda məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki işə əlavə edilmiş Pirallahı rayon Polis Şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı polis mayoru Elçin Məmmədovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 09 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh izahatında göstərmişdir ki, 20 ildir ki, dülgər işləyir. Bir il qabaq Pirallahı rayon sakini İddiaçı ilə Əlvan adlı şəxsin vasitəsi ilə tanış olmuş, Natiqin evinin pilləkənini taxtadan yığmaq üçün Natiqlə 5000 manata daşımış, bir aydan sonra pilləkəni yığmağa başladığını, Natiq özü evdə başqa işlər gördürmək üçün işi 3-5 ay saxladığını, o, pilləkəni yığıb Natiqlə hallaşdığını, sonunda pilləkəni laklamaq istəyəndə Natiq ona icazə vermədiyin və piləkəndən xoşu gəlmədiyini, internetdə başqa cür pilləkən gördüklərini, pilləkəni həmin formada yığmaq istədiklərini, o, da pilləkəni yenidən sökə bilmədiyin, əlavə vəsait lazım olacağını deyərək çıxıb getdiyini, heç vaxt Natiqi və Natiqin həyat yoldaşını söymədiyini, hədələmədiyini göstərmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur və iddia tələblərinin dəlillərini təsdiq edə biləcək heç bir sübut iddiaçı tərəfindən iş materiallarına əlavə edilmədiyindən verilmiş iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulun və gecikdirilməyə görə faizlərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar