Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2222/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X13 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəlmiş qeyri-qanuni hərəkətlərinə, Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr, uzunluğu 25 metr olan ümumi istifadədə olan yoldan sərbəst gediş-gəlişlərinə cavabdeh tərəfindən törədilən maneçiliyə son qoyulması və Cavabdeh 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat cəmi 200 (iki yüz) manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan Bərdə rayon Əmirli kəndində 0.16 ha torpaq sahəsi və 0.29 ha torpaq sahəsində fərdi yaşayış evi var: 0.16 ha torpaq sahəsinə 31 yanvar 2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsilə qeydiyyata alınmış Seriya RX No 1317586, 0.29 ha torpaq sahəsində olan fərdi yaşayış evinə 19 fevral 2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsilə qeydiyyata alınmış Seriya RX No ******* saylı Çıxarışlar verilmişdir. Qeyd edilən 0.16 ha torpaq sahəsi və 0.29 ha torpaq sahəsi üzrə tikilmiş fərdi yaşayış evi 25 yanvar 2019-cu il tarixdə Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi ilə X6 tərəfindən İddiaçı bağışlanmışdır. Ailə uzun zamandır ki, torpaq sahəsindən və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evindən istifadə edir və ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Cavabdeh kimi qeyd etdiyi Cavabdeh onların qonşularıdır. Cavabdeh onların qonşusu olsa da, dəfələrlə qonşuluq münasibətlərini kobudcasına pozur, təhqiramiz sözlərlə onları təhqir edir. Belə ki, cavabdeh onların küçəyə açılan darvazanın qarşısına müxtəlif əşyalar, o cümlədən daşlar yığmaqla və digər qanunsuz hərəkətlərlə hüquqlarını pozur. Dəfələrlə öz yaxın qohumlarını həmin əraziyə yığaraq onların ailəsini hədələyir. Hətta laqonda aləti ilə onlara məxsus darvazanı doğrayacağı ilə hədələyir. Məqsədi isə onlara məxsus torpaq sahələrinin bir hissəsini ona verməyi tələb etməsidir. Dəfələrlə normal qonşuluq münasibətlərini gözləməyi barədə müraciətlərini qəbul etməkdən imtina edir. Onların evin darvazası qarşısına daş tökərək oradan istifadə etməyimizə maneçilik törədir. Odur ki, onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X10 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bərdə rayonu, İmirli kəndində anadan olmuşdur. Bərdə rayon İmirli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 97 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Əmirli kəndində arayışda göstərilən ailə üzvləri ilə birlikdə yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* sayli Çıxarışdan görünür ki, Bərdə rayon Əmirli kəndində 0.29 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 148.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* sayli Çıxarışdan görünür ki, Bərdə rayon Əmirli kəndində yerləşən 0.16 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* sayli Çıxarışdan görünür ki, Bərdə rayon Əmirli kəndində yerləşən 0.29 ha olan torpaq sahəsi X5, X1, İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 61000108 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.29 ha torpaq sahəsi Bərdə rayon İmirli kənd sakinləri X5, X1, İddiaçı və X2 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********92 olan A№358372 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Əmirli kəndində yerləşən 0.16 ha toraq sahəsin hüquq sahibi İddiaçıdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********85-10301 olan fərdi yaşayış evinin Texniki Pasportunnan görünür ki, Bərdə rayon Əmirli kəndində 0.29 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 148.7 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. Mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsindən görünür ki, X7 və X8 ümumi birgə mülkiyyət hüququ üzrə özlərinə məxsus olan Bərdə rayon Əmirli kəndində yerləşən ümumi sahəsi 0.16 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdırlar. Həmin bağışlanma müqaviləsi Bərdə Regional “ASAN Xidmət” notariusu tərəfindən təsdiq edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Əmirli kəndində 0.14 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 məxsusdur. Mülki işə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-023A KOD 61000108 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.14 ha torpaq sahəsi Bərdə rayon İmirli kənd sakini X9 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verimiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunur ki, ********** qeydiyyat nömrəli çıxarış üzrə hər hansı bir mülki hüquqi əqd üzrə özgəninkiləşdirmə olmamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 6(021)-6/2022 saylı, 10 may 2022ci il qərarından görünür ki, X3 şikayəti təmin edilmiş, X3 şikayəti əsasında toplanmış HK-1- 1246 saylı material üzrə Bərdə rayon X21 Bölməsinin baş təhqiqatçısı, polis polkovnikleytenantı X18 tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ləğv olunmuş və iş yenidən araşdırılmaya göndərilmişdir. Həmin qərarla müəyyən olunur ki, tərəflər arasında qonşuluq hüquq münasibətlərindən irəli gələn narazıçılıqlar mövcuddur. Mülki işə əlavə olunmuş yerli baxış protokolundan görünür ki, iddiaçı ilə cavabdeh qonşuluq münasibətlərində olmaqla Bərdə rayon Əmirli kəndində yaşayırlar. Cavabdeh faktiki olaraq X11 məxsus fərdi yaşayış evində yaşayır. Cavabdehin bildirməsinə görə Bahar Quliyeva onun qohumudur.İş materiallarından müəyyən olunur ki, Bahar Quliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Yerli baxış zaman yenə tərəflər arasında mübahisə yaranmış, iddiaçı bildirmişdir ki, cavabdeh onun qapısının qarşısına daşlar düzür ki, həmin yoldan istifadə etməsin. Cavabdehdə öz növbəsində bildiri ki, iddiaçı onun azyaşlı övladını vurmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün vəkil xidmətinə görə 100 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində Bərdə rayon Əmirli kəndində 0.16 ha torpaq sahəsi və 0.29 ha torpaq sahəsində fərdi yaşayış evi var. Həmin daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının cavabdeh kimi qeyd etdiyi Cavabdeh iddiaçının qonşusudur. Cavabdehin hazırda yaşadığı Bərdə rayon Əmirli kəndində 0.14 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 28.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına rəsmiləşdirilmişdir. Bahar Quliyeva xx.xx.2011-ci ildə vəfat etmişdir. Lakin faktiki olaraq həmin fərdi yaşayış evində Cavabdeh yaşayır. Məhkəmə yerli baxışda olarkən müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının yaşadığı fərdi yaşayış evinin qarşısına daşlar düzür, onun hərəkətinə məhdudiyyətlər yaradır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 1 3 - c ü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 2 9 - c u maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəlmiş qeyri-qanuni hərəkətlərinə , Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr , uzunluğu 25 metr olan ümumi istifadə də olan yoldan sərbəst gediş-gəlişlərinə Cavabdeh tərəfindən törədilən maneçiliyə son qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi xidmətə görə 100 manat tələb edir. İş materiallarından müəyyən olunur ki, vəkil xidmətinə görə 100 manat ödənilmişdir. Odur ki, həmin tələb də təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manaat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qonşuluq hüququnun pozulması, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edisin. İddiaçı və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəlmiş qeyriqanuni hərəkətlərinə, Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr, uzunluğu 25 metr olan ümumi istifadədə olan yoldan sərbəst gediş-gəlişlərinə Cavabdeh tərəfindən törədilən maneçiliyə son qoyulsun. İş üzrə vəkil xidmətinə görə ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2222/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2222/2022
21.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver