Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2224/2021 09.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərifov Şərif Elçin oğlundan 03 dekabr 2019-cu il tarixli, 900805-363456/3 nömrəli kredit müqaviləsi üzrə 2719.93 manat əsas borcun, 603.11 manat faiz borcu olmaqla cəmi 3323.04 manat, 03 dekabr 2019-cu il tarixlki, 900805-363456/3 nömrəli kredit xətti müqaviləsi üzrə 160.61 manat əsas borc və 8,97 manat faiz borcu olmaqla cəmi 169.58 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə, tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus,saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanaca qəbul edilmiş 6 ədəd qızılzinət əşyalarına (583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağı) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödnilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.12.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında 900805-363456/3 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 30% olmaqla 3370 manat kredit verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019cu il tarixli, 900805-363456/3 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə kredit xətti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə bank arasında 03.12.2019cu il tarixdə 900805-363456/3 saylı girov müqaviləsi bağlanmış və girovqoyan özünə məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanaca qəbul edilmiş 6 ədəd qızıl-zinət əşyaları(583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağı) banka girov qoymuşdur. Lakin borclu öz üzərinə düşən kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borclu Cavabdehnın 16.05.2021-ci il tarixə 03 dekabr 2019-cu il tarixli,900805-363456/3 nömrəli kredit müqaviləsi üzrə 2719.93 manat əsas borcun,603.11 manat faiz borcu olmaqla cəmi 3323.04 manat, 03 dekabr 2019-cu il tarixlki, 900805- 363456/3 nömrəli kredit xətti müqaviləsi üzrə 160.61 manat əsas borc və 8,97 manat faiz borcu olmaqla cəmi 169.58 manat kredit borcu qalmışdır. Odur ki, bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, o, borcu olduğunu bilir və yaxın bir ay ərzində həmin borcu bağlayacaqdır. Buna görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli, 900805- 363456/3 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcalana 24 ay müddətinə, illik 30 % dərəcəsi ilə, 3370 manat məbləğində kredit verir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə qrafiki də tərəflər arasında razılaşdırılaraq imzalanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 900805- 363456/3 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə kredit xətti ayrılmışdır. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 900805- 363456/3 saylı girov müqaviləsindən və 03.12.2019-cu il tarixli 363456.3 nömrəli girovun qiymətlənidirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, 03 dekabr 2019-cu il tarixli,900805-363456/3 nömrəli kredit müqaviləsi və 03 dekabr 2019-cu il tarixlki,900805- 363456/3 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh özünə məxsus 6 ədəd qızıl-zinət əşyalarına(583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağı) banka girov qoymuşdur. 16 may 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 03.12.2019-cu il tarixli, 900805-363456/3 nömrəli kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixə 2719.93 manat əsas, 603.11 manat faiz borcu olmaqla cəmi 3323.04 manat məbləğində borcu vardır. 16 may 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 03.12.2019-cu il tarixli, 900895-PC********** nömrəli kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixə 160.61 manat əsas, 8.97 manat faiz borcu olmaqla cəmi 169.58 manat məbləğində borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqavilələri üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə tələbin girov predmetinə yönəldilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 03.12.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında 900805-363456/3 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 30% olmaqla 3370 manat kredit verilmişdir.Bundan başqa İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 900805-363456/3 nömrəli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə kredit xətti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə bank arasında 03.12.2019-cu il tarixdə 900805-363456/3 saylı girov müqaviləsi bağlanmış və girovqoyan özünə məxsus saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanaca qəbul edilmiş 6 ədəd qızıl-zinət əşyaları(583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağı) banka girov qoymuşdur. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı məhkəmə iclasında cavabdeh iddianı qismən təmin edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslı olduğundan cavabdehdən 03 dekabr 2019-cu il tarixli,900805-363456/3 nömrəli kredit müqaviləsi üzrə 2719.93 manat əsas, 603.11 manat faiz borcu olmaqla, cəmi 3323.04 manat, 03 dekabr 2019-cu il tarixlki, 900805-363456/3 nömrəli kredit xətti müqaviləsi üzrə 160.61 manat əsas borc və 8,97 manat faiz borcu olmaqla, cəmi 169.58 manat borcu tutularaq iddiаçıya ödənilməlidir. Məhkəmə tutmanın girov predmetinə yönəldilməsinə, onun açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə dair hissədə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci mаddəsinə əsаsən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış faizin ödənilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin girov predmetinə yönəltmək hüququ yaranmışdır. Məhkəmə girov predmetinin qiyməti ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC və girov qoyan arasında bağlanmış 03.12.2019-cu il tarixli, 900805-363456/3 saylı girov müqaviləsindən görünür ki, girov qoyulmuş qızıl-zinət əşyaları 6846.44 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilədə qeyd edilən məbləğ əsas götürülərək girov predmetinin dəyəri 6846.44 AZN məbləğində müəyyən edilməlidir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Avropa İnsan Hüquqları Məhkəməsinin» Delcour Belçikaya qarşı iş üzrə 19 yanvar 1975-ci il tarixli «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli, «X3» qarşı iş üzrə 26 oktyabr 2004-cü il tarixli Qərarlarında «hər bir məhkəmə aktından ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyinin aydın görünməli olduğu» xüsusi vurğulanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 03 dekabr 2019-cu il tarixli, 900805-363456/3 nömrəli kredit müqaviləsi üzrə 2719.93 manat əsas, 603.11 manat faiz borcu olmaqla, cəmi 3323.04 manat, 03 dekabr 2019-cu il tarixlki, 900805-363456/3 nömrəli kredit xətti müqaviləsi üzrə 160.61 manat əsas borc və 8,97 manat faiz borcu olmaqla, cəmi 169.58 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 900805-363456/3 saylı girov müqaviləsinə əsasən - 583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağına - yönəldilsin. Girov predmeti olan - 583 əyarlı, 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 2 ədəd üzük, 720 əyarlı klon və 750 əyarlı boyunbağının - ilkin satış qiyməti 6846.44 (altı min səkkiz yüz qırx altı manat qırx dörd qəpik) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-2224/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2224/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver