Məhkəmə qərarları › İş №2(021)-2231/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2231/2021

21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2231/2021 21.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Cavabdeh qarşı ziyan dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Cavabdeh Fərhad oğlu mhkəməyə vəsatət verərək, mübahisəli torpaq sahəsini girovda olub-olmamamasının, girovdan çıxarılmasının, nə vaxt çıxarılmasının öyrənilməsi barədə Bank filialına sorğu göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, 01 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bərdə rayonu Məmmədəli kənd sakinləri Məmmədova Fatma Mədət qızının, İddiaçı2, Qarayev Hacıəli İsrafil oğlunun, İddiaçı4 İsrafil qızının, İddiaçı5 mülkiyyətinə verilmiş 5.1 ha torpaq sahəsinin girov qoyulub-qoyulmaması barədə sənədlər "xxxx" QSC-dən götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 91-c maddəsinə əsasən xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş üçün əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki yüz iyirmi manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5-ci maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87, 263-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Vəsatət təmin edilsin. 01 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bərdə rayonu Məmmədəli kənd sakinləri İddiaçı1, İddiaçı2 qızının, X1, İddiaçı4 İsrafil qızının və Qarayev Elnur İsrafil oğlunun mülkiyyətinə verilmiş 5.1 ha torpaq sahəsinin girov qoyulub-qoyulmaması barədə sənədlər "xxxx" QSC -dən götürülsün. Qərarın icrası "xxxx" QSC-yə həvalə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar