Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2237/2022 17.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Üçüncü şəxslər Cavabdeh2 nümayəndəsi X4 və Cavabdeh3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, üçüncü şəxslər Cavabdeh2nə və Cavabdeh3na qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə 1**.**0 manat, mənəvi zərərə görə 2**.**0 manat məblğində pulun Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05 mart 2020- ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, 07 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdən Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törətməsində ifadə olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmiş, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-isitifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun olması, cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməsi hökm edilmişdir. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli 1(104)-460/2021 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmü ilə dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr2021-i il tarixli 1(104)-460/2021 saylı qərarından dövlət ittihamçısı kasassiya protesti vermiş, Azərbaycaan Respublikası Ali Məhkməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli 1(102)-458/2022 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin çıxardıqları hökm və qərarlar tam əsaslı və qanuni olmuşdur. Göründüyü kimi ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuş əsassız yerə cinayət təqibinə və həbs qətimkan tədbirinə məruz qalıbdır. Həmçinin təcridxanada olduğu müddətdə rütubətdən, havasızlıqda öd kisəsi, qara ciyəri və böyrəkləri zədələnmişdir. Buna dair Bərdə rayon mərkəzi xəstəxanasının və X11 müyinəsindən keçdiyi zaman ona verilmiş diqanozdada xəstəliyi öz əksini tapmışdır. Bütün bu göstərilən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində o, birinci olaraq əsas gəlir mənbəyindən mərhum olmuşdur. Belə ki, həbs edilməmişdən əvvəl o, qardaşı X7 ilə sonuncuya məxsus Ford Tranzit markalı **-BN-*** qeydiyyat nişanlı avtomaşınla pərakəndə meyvə-tərəvəz alveri etmiş, həmin avtomaşınla meyvə-tərəvəzi rayonlardan alıb digər rayonlardakı bazarlarda sataraq gəlir əldə ediblər. Hər ay meyvə-tərəvəz alverindən 4**0-5**0 arası gəlir əldə edirdi. Həbsdə saxlanıldığı 02 mart 2020-ci il tarixdən məhkəmənin 07 iyul 2021-ci il tarixli bəraət hökmü çıxarılan tarixədək o, ticarət fəailyyəti ilə məşğul olsaydı ən aşağı 65**0 manat pul qazanmış olardı. Çünki həbsə atılmazdan əvvəl aylıq ticarət dövriyəsi 17**0-2**** manat, aylıq gəliri isə 4**0-5**0 manat olurdu. Göründüyü kimi ona xeyli miqdada ziyan dəymişdir. Bunun nəticəsində mənəvi sarsıntı keçirtmişdir, xəstəlik tapmışdır, işgüzar nüfüzuna xələl gəlmişdir. İbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində təcridxanada qanunsuz cəza çəkdiyi üçün səhhətinə də ciddi ziyanlar dəymiş və buna görə də o, iş fəaliyyətini itirmişdir. Bundan əlavə təcridxanada olduğu müddətdə gəlirindən mərhum olmuşdur və hər hansı bir işlə məşğul olmaq üçün əlində hər hansı bir vəsait qalmamışdır. Bundan əlavə keçirdiyi mənəvi sarsıntılar ucbatından hal-hazırda öz işini qura bilmir. Xüsusi qeyd etmək istəyir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmişdir, depressiyaya düşmüşdür. O, hazırda anası və ailəsi ilə birlikdə yaşayır. Anası isə Bərdə rayonunda Yaşıllaşdırma idarəsində süpürgəci işləyərək aylıq 280 manat gəlir əldə edir. Himayəsində azyaşlı uşağı da vardır. Yoldaşı heç bir yerdə işləmir. O, tutulduğu müddətdə ailəsi çox çətin şəraitdə maddi ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Hər bir insanın öz övladı ilə qovuşmaq hüququ olsa da, o, bu hüquqdan istifadə edə bilməyib. Belə ki, həbsxanada olduğu müddətdə 04 avqust 2020-ci il tarixdə Hira adlı qız övladı anadan olmuşdur. O, öz övladını görmək onu bağrına basmaq, sevincindən mərhum olmuşdur. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış qohumlar və alver etdiyi insanlar ondan uzaqlaşıblar. Eyni zamanda həbsdə olmağı onu tanıyanların münasibətini dəyişdirmiş və ona qarşı mənfi rəy formalaşdırmışdır. Yaxın ətrafındakı şəxslərin ona olan inancı və etibarı şübhə altına düşmüşdür. Belə ki, hər birinin təsəvvüründə o, narkotik alverçisi kimi canlanır. Son nəticədə təqsirziliyini sübut edərək bəraət alsa da, uzun müddət ərzində yaddaşından heç vaxt silinməyəcək əsassız bir həbs həyatı yaşayıb. Bütün bunlar onun xəstəlik ağır mənəvi, sıxıntı və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Halbuki bir insanın azadlığı və sağlamlığı heç vaxt dəyərlə ölçülə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrdən özü də istifadə etmiş, narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Bəraət almışdır, bəraət aldığına görə də iddiasını əsaslı hesab edir. Həmçinin həbsdə olduğu müddətdə külli miqdarda gəlirlərindən məhrum olmuşdur. Rəsmi qazancı olmamış, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X4 iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh3 nümayəndəsi X5 iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azırbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə iddiaçını və üçüncü şəxlsərin nümayəndələrinin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2610 saylı, 10 may 2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 1(1**)-25/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(104)-460/2021 saylı qərarının surətindən müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(1**)-25/2021 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(102)-458/2022 saylı qərarının surətindən müəyyən olunur ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 1(104)-460/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işə əlavə edilmiş 23 avqust 2021-ci il tarixli İddiaçı döş qəfəsinin telerentgenoskopiyasından müəyyə olunur ki, kökətrafı sahədə bronx şəkli güclənib, perifrus sahələrdə pnevmaniya kölgəliyi yoxdur. Mülki işə əlavə edilmiş ALFA MED Klinkası tərəfindən İddiaçı verilmiş 25 avqust 2021-ci il tarixli ilkin müayinə barədə arayışdan müəyyən olunur ki, qaraciyərdə diffuz struktur dəyişiklil, mülti kalsinozlar, öd kisəsində exopozitiv kölgəliyi olmayan konkromentlər polip, böyrəklərdə parenximatoz arakəsmə, daş kr duz aşkar olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş İddiaçı iddiasına qarşı etiraz ərizəsində İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fndu publik hüquqi şəxsinin X6 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli **********9 saylı arayışından müəyyən olunur ki, 05 mart 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək ölkə üzrə minimum əmək haqqı 250,** (iki yüz əlli) manat, yaşayış minimumu 196,** (yüz doxsan altı) manat, minimum işsizlik mqavinəti 250,** (iki yüz əlli) manat olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2**8-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Hazırki işdən isə görünür ki, iddiaçının uzun müddət həbsdə qalması ona mənəvi zərərin vurulmasına mötəbər dəlildir. Ümumiyyətlə iddiaçı iddia etdiyi hadisənin onun şüuruna təsir göstərməklə hansı mənfi psixoloji reaksiyaya səbəb olması, ona hansı formada mənəvi və fiziki iztirablar yaşatması barədə də məhkəmədə gətirdiyi dəlillər inandırcı və təkzibolunmaz faktlardır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edilmişdir. Belə ki, iddiaçının aylıq 4**0-5**0 manat gəlir etməsi, illik bu gəlirin külli miqdarda olması faktı məhkəmə tərəfindən inandırıcı hesab edilmir, eyni zamanda həmin faktların təsdiq edilməsi üçün heç bir mötəbər dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin də iddiaçı özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qeyd etmiş olsa da, araşdırma zamanı onun ümumiyyətlə vergi ödəyicisi olmaması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3136 manat (üç min yüz otuz altı) manat maddi və 25** (iki min beş yüz) manat mənəvi ziyan olmaqla, cəmi 5636 (beş min altı yüz otuz altı) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2237/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2237/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver