Məhkəmə qərarları › İş №2(021)-224/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-224/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-224/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 "xxxx" KB ASC-nin xeyrinə 214.27 manat əsas, 4.6 manat faiz borcu olmaqla, ümumilkdə cəmi 218.87 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh X15 arasında bağlanmış 24.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 33% olmaq şərtilə 12 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 06.10.2010-ci il tarixli cavab məktubu ilə X8 vərəsəsinin Cavabdeh1, X6 və Cavabdeh3 olması müəyyən olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X10 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 24.08.2013-cü il tarixli, 5349nkBRD \13 saylı Kredit və X13 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh X11 12 ay müddətinə illik 33 faiz ödəmək şərtilə 600 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 5349nkBRD\13 saylı Kredit müqaviləsi üzrə 29.07.2021-ci il tarixli Maliyyə arayışdan görünür ki, cavabdeh X8 214.27 manat əsas, 4.6 manat faiz, cəmi 218.87 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş AZ- İ № 661277 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 13.05.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 notarial qaydada təsdiqlənmiş 16.04.2019cu il tarixli Ərizəsində qeyd edir ki, X15 13.05.2014-cü il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsə X6 və Cavabdeh3dır. İş materiallarına əlavə edilmiş X6 notarial qaydada təsdiqlənmiş 16.04.2019-cu il tarixli Ərizəsində qeyd edir ki, X15 13.05.2014-cü il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsə Cavabdeh1 və Cavabdeh3dır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 notarial qaydada təsdiqlənmiş 16.04.2019cu il tarixli Ərizəsində qeyd edir ki, X15 13.05.2014-cü il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa vərəsə Cavabdeh1 və X4r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərzi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına aınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dai dövlət ryestrindən Arayışdan görünür ki, 1.49 ha kəd təsərrüfat təyinatlı torpaq sahəsi X8, Cavabdeh1, X2, Cavabdeh3 və X9 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş V-ЖГ № 294219 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci il tarixə anadan olmuşdur. X5, anası X12r. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 256053 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1975-ci il tarixə anadan olmuşdur. X5, anası X12r. İş materiallarına əlavə edilmiş АЭ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1971-ci il tarixə anadan olmuşdur. X5, anası X12r. İş materiallarına əlavə edilmiş AZ-İ № 262184 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh2 26.07.2006-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 16.04.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 13.05.2014-cü il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh1, X6 və Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak DTXK Bərdə rayon Şöbəsi tərəfindən 09.11.1999-cu il tarixdə X11 verilmiş seriya nömrəsi JN 0075, KOD 61015058 olan akta əsasən ünvan 1i ünvanında yerləşən 1.49 ha torpaq sahəsinin X11 məxsus hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hququna dair JN 0075 KOD 61015058 saylı Dövlət Aktınn surətindən görünür ki, Bərədə rayon Aqrar İslahat Komissiyasının 25.07.1998-ci il tarixli 10 saylı qərarı ilə ünvan 1 sakinləri X8, X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətinə 1.49 ha tirpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC tərəfindən təqdim edilmiş 10.01.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, "xxxx" KB ASC ilə X15 arasında 24.08.2013-cü il tarixli, 5349nkBRD \13 saylı Kredit Müqaviləsi üzrə sonuncu ödəniş 24.04.2014-cü il tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, 24.08.2013-cü il tarixli, 5349nkBRD \13 saylı Kredit Müqaviləsi üzrə son ödəniş tarixi 19.04.2014-cü ildir. İş materiallarına əlavə edilmiş 24.05.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 ərizəsindən görünür ki, borc tələbinə dair iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Kredit Müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh X11 12 ay müddətinə illik 33 faiz ödəmək şərtilə 600 manat məbəğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh X15 müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. X15 13.05.2014-cü il tarixdə vəfat etmiş və onun miras əmlakını Cavabdeh1, X6 və Cavabdeh3 qəbul edərək vərəsəlik şəhadətnaməsi almışlar.Ona görə də iddiaçı məhəkmədə vərəsələrə qarşı iddia qaldırmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, iddiaçı ilə borcgötürən X15 arasında 12 ay müddətinə 24.08.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır, iddiaçı kredit və faiz borcunu tələb edir, cavabdeh olan vərəsələr isə iddia müddətinin keçdiyi üçün bu iddia tələbini əsassız hesab edərək iddianı qəbul etmirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir İş materiallarından göründüyü kimi, iddiaçı bank tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmişdir. Yəni, cavabdehlə kredit müqaviləsinin bağlanması, kredit müqaviləsi üzrə hesabdan çırarışda əks olunmuş ödənişlər, maliyyə arayışında əks olunmuş - kreditin verilmə tarixi, müddəti, faiz dərəcəsi, məbləği, əsas borcdan ödənilən məbləğ, faizdən ödənilən məbləğ, cəmi ödənilən məbləğ, son ödəniş tarixi, əsas və faiz borcu barədə sübutlar məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə iddiaçı bankın təqdim etdiyi sübutları sadalayarkən nəzərə alır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia ərizəsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddətinə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 iddia müddətinin keçməsinə dair ərizəsinə münasibət olaraq iddiaçının nümayəndəsi bunu təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Mülki Məcəllənin 377.1.-ci maddəsi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır norması cavabehi müdafiə edir Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 20 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. (paraqraf 33). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia müddəti keçdiyindən, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" KB ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar