Məhkəmə qərarları › İş №2(021)-225/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-225/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-225/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı Bank olmayan kredit təşkilatı “X5” MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank olmayan kredit təşkilatı «X5» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun, faiz, cərimə və əldən çıxmış fayda borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X5» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2933,14 ABŞ dollar məbləğində əsas borc, 1498,95 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 133,45 ABŞ dollar cərimə borcu, 165,94 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda), ümumi cəmi 4731,48 ABŞ dollar məbləğində kredit borcu və ödənilmiş 31 manat dövlət rüsumunun müştərək qaydada alınaraq BOKT “X5” MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X5» MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 03.12.2015-ci il tarixdə bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X5” MMC-nin Bərdə filialına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında 03.12.2015-ci il tarixli L-BR/0040134-F saylı “kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 29% olmaqla 24 ay müddətinə 4700 ABŞ dollar məbləğində “Biznesi genişləndirmək” məqsədilə kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədilə borclunun zaminləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 03.12.2015-ci il tarixli L-BR/0040134 saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, borclular tərəfindən 1766,86 ABŞ dolar məbləğində əsas borcdan 1410,77 ABŞ dollar hesablanmış faiz borcundan, 306,65 ABŞ dollar cərimə borcundan, cəmi 3484,28 ABŞ dollar məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Tərəflər arasında 16.03.2017-ci il tarixli yeni bağlanmış kredit, zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə, hal-hazırda borcluların təşkilata ödənilməmiş 2933,14 ABŞ dolları məbləğində əsas borcu, 1498,95 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 133,45 ABŞ dollar cərimə borcu, 165,94 ABŞ dollar müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda) ümumi cəmi 4731,48 ABŞ dollar məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X5” MMC–in nümayəndəsi X7 oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 03.12.2015-ci il tarixli L-BR-0040134-F nömrəli kredit müqaviləsi surətindən müəyyən olunur ki, bank Borcluya “Nağd ehtiyaclar” məqsədilə 24 ay müddətinə 4700 ABŞ dolları məbləğində kredit verilmisinə, Borclunun isə kredit qəbul etməsinə, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri Kreditora qaytarmasına dair borc pul öhdəliyidir. İş materiallarında olan 03.12.2015-ci il tarixli BR-00011602 nömrəli zaminlik müqaviləsi surətindən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı “X5” MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin Cavabdeh2 Kreditor qarşısında Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarında olan 03.12.2015-ci il tarixli BR-00020934 nömrəli zaminlik müqaviləsi surətindən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı “X5” MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin Cavabdeh3 Kreditor qarşısında Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarında olan L-BR-0040134-F saylı 03.12.2015-cı il tarixli birgə borcluluq müqaviləsi surətindən müəyyən olunur ki, BOKT “X5” MMC adından etibarnaməyə əsasən çıxış edən Bərdə Filial müdiri X3 şəxsində və digər tərəfdən isə bundan sonra “Birgə Borclular” adlandırılan Cavabdeh1 və Cavabdeh4dur. Bu müqavilə 03.12.2015 tarixli L- BR-0040134-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 4700 ABŞ Dolları məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların birgə borcluluq və zaminlik öhdəliyini tənzimləyir. İş materiallarında olan 17.08.2020-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 L-BR-0040134 saylı 03.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə 14.02.2020ci il tarixə qədər iddiaçıya 2933,14 ABŞ dollar məbləğində əsas kredit borcu, 1498,95 ABŞ dolları faiz borcu, 133,45 ABŞ dolları cərimə borcu, 165,94 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 4731,48 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 4700 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 2933.14 ABŞ dollar kredit borcu, 1498,95 ABŞ dolları faiz borcu, 133,45 ABŞ dolları cərimə borcu məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 03.12.2015-ci il tarixli L-BR-0040134 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2933.14 ABŞ dollar əsas kredit borcu, 1498,95 ABŞ dolları faiz borcu, 133,45 ABŞ dolları məbləğində cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 və Cavabdeh3 kreditor «X5» MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 2933,14 ABŞ dolları məbləğinə mütənasib olmadığından 133,45 ABŞ dolları məbləğində cərimə pulunun 13,45 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. İddianın 165,94 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda) tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 2933,14 ABŞ dolları əsas, 1498,95 ABŞ dolları faiz, 133,45 ABŞ dolları cərimə borc olmaqla cəmi 4565,54 ABŞ dolları məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi 2933,14 ABŞ dolları əsas, 1498,95 ABŞ dolları faiz, 13,45 ABŞ dolları cərimə borc olmaqla cəmi 4445,54 ABŞ dolları məbləğində kredit borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı «X5» MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 212-1-212-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Bank olmayan kredit təşkilatı «X5» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun, faiz, cərimə və əldən çıxmış fayda borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 2933,14 ABŞ dolları əsas, 1498,95 ABŞ dolları faiz, 13,45 ABŞ dolları cərimə borc olmaqla cəmi 4445,54 (dörd min dörd yüz qırx beş dollar əlli dörd sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı «X5» MMC xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar