Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2252/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 402 manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh da Naxçıvan şəhərində “N” Saylı hərbi hissədə MAHHXHQ işlədiyi müddətdə tanımışdır. Onun xahişi ilə həm taksi sürücüsü kimi ona xidmət göstərmiş,həmdə münasibəti olduğu ərzaq mağazalarından nisyə olaraq ərzaq alıb vermişdir. Bu səbəbdən də Muradın həm taksi xidməti, həmdə tükandan alıb verdiyi malların dəyəri olaraq 402 manat borcu mövcuddur. Lakin işlədiyi yerdən pis işlərlə məşğul olduğuna görə çıxarıldığı üçün ona olan borcunu qaytarmadan gizlin şəkildə qeydiyyatda olduğu Bərdə şəhərinə qaçmışdır. O, bunu biləndən sonra dəfələrlə zəng edib, lakin onun ona etdiyi yaxşılıqlar qarşılığında o, təhqiramiz sözlər işlədib telefonu söndürüb. Bu səbəbdən də o, Naxçıvan MR DİN-ə müraciət edib.DİN-dən Bərdə rayon Polis idarəsinə istintaq tapşırığı göndərmişdir. 10 fevral 2023-cü il tarixdə Cavabdeh Bərdə rayon Polis idarəsinə çağırıb orada izahatı alınmış və o, izahatında ona 402 manat borcu olduğunu bildirmişdir. Onun özünün həmin pula çox böyük ehtiyacı var. Murad birmənalı olaraq borcunu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlib. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilmiş,cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək,işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyib, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan MR Naxçıvan şəhəri, İstiqlal küçəsi ev 105, m 6-da yaşayır. Mülki işə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsi tərfindən verilmiş 21 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Şahbazov X2 şəhəri, Nizami 44, mənzil 27-də yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli, 68/2-Ş-5023/23 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh xx xxxxxxxx 2002-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə əlavə olunmuş Cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatında iddiçı İddiaçı 402 manat borcu olduğunu göstərmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, İddiaçı cvabdeh Cavabdeh qarşı pul tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatında idddiaçıya 402 borclu qaldığını etiraf etmişdir. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olduğu təqdirdə iddia təmin edildiyindən iddiaçının məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməliddir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 402 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2252/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2252/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver