Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2266/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Şakir qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavabdehlər Cavabdeh1 və X1 6300 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün kimi Bərdə şəhəri, 866 saylı qəsəbə, bina 3, mənzil 10 ünvanında məskunlaşıb yaşayır, cavabdehləri 2020-ci ilin fevral mart aylarından tanıyır, onlarla qabaqcadan heç bir tanışlığı, münasibəti olmamışdır. Belə ki, cavabdehlər ana baladırlar. Hər ikisi 2020-ci ilin fevral mart aylarında yaşadıqları qəsəbəyə gələrək, onun qonşuluğunda kirayədə yaşamağa başlamışlar. Qonşu kimi tanışlıqdan sonra caavabdeh Cavabdeh2 ona dolanmaq xatirinə qızıl alveri etmək üçün pul lazım olduğunu, onunla şərikli alver etməyi təklif etmişdir. O, onun səmimiyyətinə inanaraq onun təklifin qəbul etmiş, bu məqsədlə ona müxtəlif vaxtlarda ümumilikdə X8 qızı və Hacıyeva Gülər Qorxmaz qızı 6300 manat pul vermişdir. Bu barədə cavabdeh İsmayılova Naylə Qazax qızının əlyazması ilə bir parça kağız yazmışdır. Cavabdeh İsmayılova Qazax qızının əlyazmasını iddia ərizəsinə əlavə edir. O, cavabdehlər X6 və Hacıyeva Gülər Qorxmaz qızının bu əməllərindən Bərdə rayonu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bərdə Rayon Poliss Şöbəsi 13 iyun 2020-ci il tarixdə 138-16658Q- 1220 saylı məktubu ilə ona cavab olaraq bildiriblər ki, mülki xarakterli iş olduğundan məhkəməyə müraciət etməlidir, Bərdə Rayon Polis Şöbəsinin 13 iyun 2020-ci il tarixli 138-16658Q- 1220 saylı məktubunu iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında İddiaçı Şakir qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər İsmayılova Naylə Qazax qızı və Hacıyeva Gülər Qorxmaz qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və X2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şakir qızı 17 mart 1986-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə Rayon Bölməsi tərəfindən verilmiş 1339 nömrəli, 21 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, Bərdə rayonu 588 saylı qəsəbə, bina 3, mənzil 29-da müvəqqəti yaşayır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 15 iyun 2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı ərizəsinin mülki xarakterli olduğundan məhkəmməyə müraciət etmək hüququnun olduğu bildirirlmişdir. Mülki işə əlavə edilmiş AZE ******** saylı Azərbycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyəm olunur ki, Hacıyeva Gülər Qorxmaz qızı 11 noyabr 1999-cu il tarixdə doğulmuşdur, Bərdə şəhəri Şəhriyar küçəsi ev 23-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş X7 surətindən müəyyən olunur ki, Cavabdeh2 26 aprel 1974-cü ildə doğulmuşdur, Bərdə şəhəri Şəhriyar küçəsində yaşayır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindəki cavabdehlər Cavabdeh1 və X2 ona 6300 manat pul borclu olduğunu sübut edə bilməmiş, eləcə də sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia ərizəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2266/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2266/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver