Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2266/2025 07.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: birgə nikah dövründə öhdəlik, kredit üzrə öhdəlik Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onunla birgə nikah dövründə Kaptal Bank ASC-nin Ağcabədi filialından xx.xx.2024-cü il tarixli, **********15022024 saylı müqaviləyə əsasən götürülmüş 35889,78 manat kredit borcunun bölünərək onun 1⁄2 hissəsi olan 17944,89 manatın, hazırki iddia ərizəmə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 144 manatın və mediasiya xidmətinə görə ödədiyi 60 manatın alınaraq onun xeyrinə veriləməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Ağdam rayon Qeydiyyat şöbəsində 16 may 2023-cü il tarixdə 66 nömrə ilə qeyd edilməklə evlənib ailə qurmuşlar. Həmin tarixdən etibarən də cavabdehlə ünvan 1 ünvanında kirayədə yaşamışdıralr. Cavabdehlə birgə nikahdan övladları yoxdur. Cavabdehlə təxminən 1 il 6 ay ərzində birgə yaşamaqla və birgə təsərrüfat idarə etməklə yaşadıqdan sonra, aralarındakı ailə münasibəti pozulmuş, 2024-cü ilin noyabr ayından etibarən faktiki olaraq ayrılmışlar və ayrı-ayrı yerlərdə yaşayırlar. Cavabdeh Bərdə rayonu Mustafağalı kəndində, o, isə Bərdə rayonu Bala Göyüşlü kəndində valideyinlərinə məxsus olan evdə yaşayır. Hazırda onun tərəfindən Bərdə Rayon Məhkəməsinə Cavabdeh qarşı "nikahın pozulması tələbinə dair” iddia qaldırmışdır. İddia ərizəm məhkəmənin icraatına qəbul edilmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyi isə aşağıda göstərdiyi əsaslı səbəblərdəndir. O, 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki Hərbi Hospitalında tibb bacısı İşləyir. Aylıq əmək haqqı 996 manatdır. Cavabdehla evlənməzdən əvvəl bir neçə il əmək haqqından hər ay çox hissəsini kənara qoyaraq toplamışdır ki, özünə Bərdə şəhərində bina evlərindən birindən mənzil alıb orada yaşasın. Odur ki, cavabdehlə rəsmi nikaha daxil olub evləndikləri vaxt, 16 may 2023-cü il tarixində onun nəğd olaraq 30.000 manat pulu var idi. Cavabdehlə evliliklərindən bir müddət sonra qərara gəlmişdirlər ki, Bərdə rayonundan mənzil alıb daha kirayədə yaşamasınlar. Cavabdeh ona, kirayədə yaşadıqları mənzilin sahibi tərəfindən datıldığını və həmin evi almalarını bildirmişdir. Mənzil təmirli və rahat olduğu üçün razılaşmışdır. Ancaq işilə əlaqədar hər gün səhər tezdən evdən çıxıb, evə yalnız axşam saatlarında qayıdıb gəldiyinə görə mənzilin sahibi ilə özü bu barədə danışa bilməmişdir. 2024-cü ilin ilk günlərindən birində Cavabdeh ona bildirmişdir ki, mənzilin sahibinin uşağı xəstədir, mənzilin satışını tezləşdirmək istəyir, odur ki, 30000 manatı mənzil sahibinə vermək üçün ondan istəmişdir. O da cavabdehlə ər-arvad olduqlarına görə inanıb pulu ona vermişdir ki, aparıb mənzilin sahibinə versin. Bir müddət sonra isə cavabdeh ona bildirmişdir ki, mənzilin sahibi mənzilin satış qiymətini artırır, əlavə 27000 manat pul vermələrini istəyir. Mənzil Bərdə rayonunda əlverişli yerdə olmaqla 3 otaqlı və rahat olduğu üçün bu məbləği vermələri üçün bankdan kredit götürmələrinə etiraz etməmişdir. Odur ki, Kapital Bank ASC-nin Ağcabədi filialı ilə onun arasında bağıanmış xx.xx.2024-cü il tarixli KBAK 6377962B153 saylı kredit müqaviləsinə əsasən həmin bank filailından 27000 manat kredit götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kredit ona 36 aylıq müddətinə və illik 19,5 % dərəcəsi ilə verilmişdir, yəni 36 ay ərzində 8889,75 manat faiz də daxil olmaqla banka cəmi 35889,78 manat ödəməli idi. Kreditin təminatı olaraq X2, Cavabdeh, X4, X5, X9 ilə Zaminlik müqavilələri bağlanmışdır. Götürdüyü 27000 manat krediti etibar edərək Cavabdeh vermişdir ki, aparıb mənzilin sahibinə versin. Bir müddət keçdikdən sonra mənzilin sənədlərini Cavabdeh soruşmuş, o, isə hər dəfə bildirirdi ki, mənzilin sahibi bir neçə günə kimi mənzili onların adına keçməsinə dair dövlət reyesterindən çıxarışı gətirib verəcəkdir. Ancaq hər dəfə onun vəd etdiyi tarixlər yalan olurdu. Elçin artıq ondan şübhələndiyini, yəni nə 30000 manatını, nə də kredit götürdüyü 27000 manatı mənzilin sahibinə vermədiyini başa düşdüyünü anlamışdı, odur heç bir səbəb olmadan onunla münaqişə yaradır, əsəbilik nümayiş etdirir və onu ağır sözlərlə təhqir edirdi. 2024-cü ilin ortalarında Cavabdeh Bakıya gedib avtomobil alıb gətirəcəyini deyib evdən getmi. və Lizinqlə RANCE ROVER markalı avtomobil alıb gəlmişdir. Bir neçə aydan sonra isə bu avtomobilin lizinq ödənişi onun adına gəlmişdir. Məlum olmuşdur ki, onun iştirakı və razılığı olmadan hansısa yolla bu avtomobili onun adına lizinq krediti ilə sənədləşdirib alıb. Artıq Cavabdeh nə 30000 manatı, nə də 27000 manatı mənzilin sahibinə vermədiyinə tam şübhə yaranmış, mənizlin sahibi ilə görüşüb bu barədə soruşduqda o, bildirmişdir ki, mənzili satmır və Cavabdeh mənzili almaq üçün ona hər hansı bir məbləğdə pul verməmişdir. Onunla birgə nikah dövründə onun adıma götürülmüş 27000 manat kredit isə 8889,78 manat faizi ilə birlikdə bu günədək tək başına ödəyir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 27000 manat krediti ev almaq üçün götürmüşdürlər, lakin avtomobil almışdırlar. Kredit götürdüyü 27000 mant puldan 20000 manat pulu avtomobilə, 7410 manatı isə nikahdan əvvəl onun adına olan kreditə ödənilib. Daha sonra atası həmin 7000 manatı ona geri qaytarmışdır. 20000 manat pulun 11500 manatına avtomobil alınıb. 11500 manat lizinqə götürülmüşdür. Kredit müqaviləsi üzrə onun anası Bulud, bacısı İlahə zamindirlər. Onların kartlarından pul tutulub, eyni zamanda nağd ödənişlər ediblər. Həmçinin bildirdi ki, cavabdehin özünün və anasının kartlarından tutulan pullar kreditə görə deyil, alimentə görə tutulan ödənişlərdir. Bununla yanaşı məhkəməyə 35 ədəd qəbz təqdim edərək bildirdi ki, həmin qəbzlər kredit müqaviləsi üzrə atasının nağd şəkildə ödədiyi ödəniş qəbzləridir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə birgə nikah dövründə kirayədə yaşamışdırlar və həmin ev satıldığı üçün almaq qərarına gəlmişdirlər, lakin sonra almamışdırlar. Əllərində olan 12000 manat pula avtomobil almışdırlar. Avtomobili iddiaçı sürmüş, o, qəzaya düşdüyü üçün avtomobilə ziyan dəymişdir. 27000 manat krediti birgə nikah dövründə götürmüşlər və onun 20000 manatına avtomobil almışdırlar. Avtomobil atasının adına alınmışdır. Atası iddiaçıya etibarnamə verməyib, o, etibarnamə olmadan həmin avtomobili idarə edib. Həmin kredit müqaviləsu üzrə onun anası zamin durub və onun pensiyasından pul tutulub. Avtomobili alarkən o, 12000 manat ödəmiş, 11000 manat isə lizinq pulu olaraq, hər ay 832 manat pul ödənilməli idi, lakin 3 ay ödənilmişdir. Həmçinin məkəməyə 4 ədəd qəbz tədim edərək bildirdi ki. Kredit müqaviəsi üzrə həm onun həm də anasının hesabından pul çıxarılıb. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. AZ-İİ №463167 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 66 saylı akt qeydi ilə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Salahova soyadı verilmişdir. Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(021)-2115/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 66 nömrə ilə qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3-1(098)-167/2024 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4cü maddələri ilə təqsirli bilinib barəsində 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********15022024 saylı Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditlışmənin Xüusi şərtlərinə dair KBAK6377962B153 nömrəli xx.xx.2024-cü il tarixli Əlavədən görünür ki, bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 19.5 % olmaqla 27000 (iyirmi yeddi min) məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X2, Cavabdeh oğli, X4 , X5 və X9 ilə zaminlik müqavilələri bağlanmışdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə olmuşdur. Kredit müqaviləsi üzrə ümumi borc məbləği 17126,69 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 144 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə ailə qurmuş, tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2(021)-2115/2025 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 15 fevral 2024-cü i ildə "xxxx" ASC-dən İddiaçı adına 27000 (iyirmi yeddi min) manat məbləğində kredit götürmüşdürlər. Göründüyü kimi, tərəflər 27000 (iyirmi yeddi min) manat məbləğində krediti birgə nikah dövründə, əldə etmiş və istifadə etmişlər. Həmin kredit əsas vəsaitlərin artırılması məqsədlə verilmişdir və ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Tərəflər arasında olan nikah 03 sentyabr 2025-ci il tarixdə pozulmuşdur. Məhkəmə tərəfindən sorğu verilmiş, həmin kredit müqaviləsi üzrə hesabdan çıxarış alınmış və müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə olmuşdur. Kredit müqaviləsi üzrə ümumi borc məbləği 17126,69 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nikah pozulduqdan sonra kredit müqaviləsi üzrə ödənişlər edilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Bu, həm də aşağıda qeyd edilənlərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. X8 Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 B nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 B nömrəli qərarının 6.39-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Beləliklə, iş üzrə toplanmış materiallardan görünür ki, tərəflər arasında olan nikah 03 sentyabr 2025-ci il tarixdə pozulmuş, mübahisələndirilən kredit müqaviləsi üzrə sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə olmuşdur. Nikah pozulduqdan sonra iddiaçı tərəfindən hər hansı bir ödəniş edilmədiyindən həmin kredit müqaviləsi üzrə öhdəliklərin bölünməsindən söhbət gedə bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin oluna bilməz. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı Rauf Həsənov öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 144 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 144 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2266/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2266/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver