Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2270/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan qəza nəticəsində avtomobilə dəymiş olan ziyanı dəyəri olan 2931 manat alınıb ona erilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17 may 2021-ci ildə saat 20:04 radələrində etibarnamə ilə idarə etdiyi Mersedes Benz E 240 minik markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə X11 yolunun 34 km-liyində hərəkətdə olarkən üfiqi nişanlama xəttinin tələbini pozaraq hərəkətdə olan onun idarə etdiyi “VAZ 21013” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə avtomaşına maddi zərər dəymişdir. Cavabdehin törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir, 14 iyun 2021-ci il tarixdə avtomobilinə Bərdə Avtomobilə Texniki nasazlıq və baxışının mütəxəssisləri tərəfindən texniki baxış keçirilmiş və bu barədə ilkin qiymətləndirmə aktı tərtib edilmişdir. Avtomobilə aşağıda göstərdiyi kimi ziyan dəymişdir. Krulo qabaq 1x 35= 35 manat, krulo arxa 1x 35=35 manat, kapot arxa 1x88=88 manat, lajeron 2x 19=38 manat, panel arxa 1x37= 37 manat, pol baqaj 1x25=25 manat, bamper arxa 1x 40=40 manat, fonor arxa 2x20=20 manat, bak 1x115=115 manat, bel-dam 1x140=10 manat, alın şüşəsi 1x40= 40 manat, rezin alın şüşəsi 1x35= 35 manat, kapot qabaq 1x90=98 manat, şüşə arxa 1x55=55 manat, bamper qab 1x40 =40 manat, rul 1x30=30 manat, akumlyator 1x70=70 manat, clok 1x160=160 manat, şlanq 4x12=48 manat, palos 2x60=120 manat, disk 1x25=25 manat, təkər 1x50= 50 manat- cəmi 1431 manat. Avtomobilin hissələrinin üstünə quraşdırılması 1000 manat, rənglənməsi 300 manat, elektrik və çilingər işləri 200 manat, cəmi 1500 manat dəyərində müəyyən edilmişdir. Avtomobilə qəza zamanı dəymiş ziyan cəmi 1931 manat dəyərində müəyyən edilmişdir. Bütün bu göstərdikləri isə aktda öz əksini tapmışdır. Dəymiş ziyanın ödənilməsini hazırkı iş üzrə Cavabdeh tələb və xahiş etməyinə baxmayaraq cavabdeh törətdiyi yol qəzası nəticəsində onun avtomobilinə dəymiş ziyanı ödəməmişdir və ödəməkdən imtina edir. Bunun üçündə o, məcbur qalıb, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 19 aprel 1982-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Lək kəndində yaşayır. Mülki işə əlavə edilmiş seriya AZE 13199558 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abdullayev Qorxmaz Allahverən oğlu 08 avqust 1988-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. Mülki işə əlavə edilmiş seriya AD 912230 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ 21013 markali, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş AE 235670 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** SK *** dövlət qeydiyyat nişanlı, Mersedes Benz E240 minik markalı avtomobil Əsəgrov Fərhad Yolçu oğlunun mülkiyyətindədir. Mülki işə əlavə edilmiş X1 izahatının surətindən müəyyən olunur ki, X6 məxsus VAZ 21013 markali, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sahibi yanında olan zaman idarə edərkən X12 yolunun 34 km-liyində arxadan gələn ** SK *** dövlət qeydiyyat nişanlı, Mersedes Benz E240 minik markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə düzgün ara məsafəsi saxlamadan arxa hissədən vurmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı izahatının surətindən müəyyən olunur ki, 17 may 2021-ci il tarixdə ona məxsus oolan 21013 markalı ** BG *** nömrəli avtomobili Abdullayev Qorxmaz Allahverən oğlu idarə edən zaman avtomobildə olmuş, heç bir bədən xəsarəti almamışdır. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatın surətindən müəyyən edilir ki, 17 may 2021-ci il tarixdə saat 12.15 radələrində etibarnamə ilə idarə etdiyi ** SK *** dövlət qeydiyyat nişanlı, Mersedes Benz E240 minik markalı avtomobili ilə X12 yolunun 34 km-liyində hərəkətdə olan zaman qarşıda gedən VAZ 21013 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamadan arxadan toqquşaraq hadisə törətmişdir. Mülki işə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Mülki işə əlavə edilmiş 14 iyun 2021-ci il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, VAZ 21013 markali, ** BG *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1985-ci il olan avtomobilin hissələrinə 1431 manat, hissələrin avtomobilin üzərinə quraşdırılması 1000 manat, rənglənməsi 300 manat, elektirik və çilingər işləri 200 manat cəmi ümumilikdə 2931 manat qiymətləndirilmişdir. Beləliklə, İddiaçı Cavabdeh Marif oğlundan avtomobilinə vurduğu maddi ziyana görə 2931 manat pulun alınıb ona verilməsi barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan İddiaçı xeyrinə 2931 manat alınıb verilməlidir. Belə ki, cavabdehin əməli mülki iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 2931 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2270/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2270/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver