Məhkəmə qərarları › İş №2(021)-2282/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2282/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2282/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 72/49 ünvanında yerləşən ”AFN- Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayan X3 qarşı “Borcun tutulmasına” dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 72/49 ünvanında yerləşən ”AFN-Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra ”AFN-Trade” MMC) məhkəməyə ərizə verərək X2 23.09.2020-ci il tarixli ******* saylı “Alqı-satqı müqaviləsi” üzrə 2289 manat əsas borc və 228 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub “”AFN-Trade”” MMC-yə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “”AFN-Trade”” MMC ilə borclu X4 arasında bağlanmış 23.09.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən tələbkar "xxxx" MMC tərəfindən borclu X3 modeli ”Sniper red” olan ümumi dəyəri 2621.96 manat təşkil edən Moped ilkin 333 manat ödəməklə geri qalan 2289 manat məbləği 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə satılmışdır. Moped işlək vəziyyət borcluya təqdim edilmişdir. Bu barədə tərəflər arasında akt tərtib edilmişdir. Lakin borclu müqavilə üzrə öhdəliyi vaxtında və lazımınca icra etməmiş nəticədə 2289 manat əsas, 228 manat cərimə borcu yaranmışdır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından görünür ki"xxxx" MMC tərəfindən borclu X3 ”Sniper red” markalı ümumi dəyəri 2621.96 manat təşkil edən Moped satılmışdır. Müqaviləyə əlavə edilmiş “Ödəniş cədvəlindən”dən görünür ki, borclu 333 manat ilkin ödəniş etmiş, 12 ay müddətində hər ay 190.75 manat ödənilməsini razılaşdırmışdır. İş materiallarında olan bildirişdən görünür ki, tələbkar "xxxx" MMC tərəfindən borclu X3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. AZE seriyalı 15209803 nömrəl şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 08.07.1990-cı ildə Bərdə rayonu Əyricə kəndində doğulmuş, Bərdə rayonu Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM- 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, X2 2289 manat əsas, 228 manat isə cərimə borcu olmaqla cəmi 2517 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: 08.07.1990-cı ildə(AZE ********) Bərdə rayonu Əyricə kəndində anadan olmuş, Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayan X1 2289 manat əsas, 228 manat isə cərimə borcu olmaqla cəmi 2517 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar