Məhkəmə qərarları › İş №2(021)-2283/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2283/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2283/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu İddiaçı Sıqorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 Çingiz oğluna və Cavabdeh2 İbrahim oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İbrahim oğluna qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Çingiz oğlu 29 mart 2012-ci il tarixində idarə etdiyi cavabdeh Cavabdeh2 sahibliyində olan “QAZ-33021” markalı RT 273 dövlət qeydiyyat nişanlı avtomaşınla Babək prospektində hərəkət intensivliyini nəzərə almamış, düzgün sürət seçməmiş, nəticədə qarşıda dayanmış Hətəmov Namiq İmdat oğluna məxsus İddiaçı Sıqorta Şirkəti ASC-də sığortalanmış “Toyota Land Crusier” markalı ** NE *** dövlət qeydiyyat avtomanşınla tuqquşmuşdur, nəticədə həmin abvtomobilə maddi ziyan dəymişdir. Nəticədə İddiaçı Sıqorta Şirkəti ASC 1760 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan MİP 120344-U05 saylı sığorta müqaviləsindən müəyyən olunur ki, tarixli müqavilədən görünür ki, X2 məxsus“Toyota Land Crusier” markalı ** NE *** dövlət qeydiyyat avtomanşın Atəşgah» Sıqorta Şirkəti ASC-də sığortalanmışdır. İş materiallarında olan kassa məxaric orderinin surətindən müəyyən olunur ki, Atəşgah» Sıqorta Şirkəti ASC tərəfindən X2 1760 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Nizami rayonu, DYPŞ tərəfindən tərtib edilmiş 527552 nömrəli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh1 29 mart 2012-ci il tarixdə Babək prospektində hərəkət intensivliyini və düzgün surət həddini seçməmiş, nəticədə qarşıda dayanmış Hətəmov Namiq İmdat oğluna məxsus “Toyota Land Crusier” markalı ** NE *** dövlət qeydiyyat avtomanşınla toqquşmuşdur. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 3(007)-214/2012 nömrəli, 23 aprel 2012-ci il tarixli X3 qərarının surətindən müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinib, 140 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi 3(103)-194/2012 saylı, 14 iyun 2012-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Nizami Rayon Məhkəməsinin 3(007)-214/2012 nömrəli, 23 aprel 2012-ci il tarixli X3 qərarı dəyişdirilmiş, qərarın təsviri hissəsində “iş materiallarına əlavə edilmiş 23.04.2012-ci il tarixli ərizədən aydın olur ki, “Toyota Land Crusier” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilinə 29 mart 2012-ci il tarixdə Nizami rayonu, babək porspektində baş vermiş YHN nəticəsində dəymiş maddi ziyan “ QAZ-33021” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qurbanov Balakişi Çingiz oğlu tərəfindən ödənildiyi üçün ona qarşı heç bir iddia və şikayət tələbi yoxdur” bəndi xaric edilmiş, zərərçəkmiş şəxsə ona dəymiş maddi ziyana görə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan 10 aprel 20212-ci il tarixli qüsur aktının surətindən müəyyən olunur ki, “Toyota Land Crusier” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1860 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 Polisi İdarəsi tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasına görə QAZ 33021 YÜK” markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 mart 2010-cu il tarixdə Məmmədov Niyazi Novruz oğlunun adına qeydiyyata alınmış, 21 dekabr 2013-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan xəbərdarlıqlaerın surtəindən müəyyən olunur ki, cavabdehlərə borclu olduqları məbləği 10 iş günü müddətində İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 Çingiz oğlundan, Cavabdeh2 1760 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 Çingiz oğlundan və Cavabdeh2 İbrahim oğlundan 1760 (min yeddi yüz altmış) manat borc və 30,40 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar