Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2284/2021 27.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Abışova Xuvlar Ağa qızına və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abışov Zahir Alhüseyn oğlundan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 noyabr 2015-ci tarixli kredit müqaviləsi üzrə 10774.29 AZN əsas, 1104.60 AZN faiz, 488.73 AZN cərimə və Azərbaycan Rspublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarəna əsasən hesablanmış 1139.85 AZN faiz borcu, ümumilikdə cəmi 13507.47 AZN borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mlükiyyətində olan ünvan 1i ünvanında yerləşən, 103.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və paylı mülkiyyət hüquqi ilə Cavabdeh2 və Cavabdeh3 məxsus 01426 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunan vəsaitin kredit borcuna yönədlilməsi ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 Alhüseyn oğlundan tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəlikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin bpşaldılaraq, ləğv posresində olan LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “X1” Açıq Səhmdar Cəmiyyəti ilə Abışov Zahir Alhüseyn oğlu arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli CBSK-0011 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25 avqust 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Abışova Xuvlar Ağa qızına məxsus, ünvan 2i ünvanında yerləşən 103.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyyət hüquqi əsasənda Abışova Xuvlar Ağa qızına və Cavabdeh3 Alhüseyn qızına məxsus 0.1426 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Cavabdeh1, Cavabdeh2 Ağa qızı və Abışova Könül Alhüseyn qızı arasında 30 noyabr 2015-ci il tarixli CBSK-0011 saylı ipoteka müqaviləsi bağlanmışıdır. 30 noyabr 2015-ci tarixli kredit müqaviləsi üzrə 10774.29 AZN əsas, 1104.60 AZN faiz, 488.73 AZN cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarəna əsasən hesablanmış 1139.85 AZN faiz borcu, ümumilikdə cəmi 13507.47 AZN borcu vardır. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Abışova Xuvlar Ağa qızı, Cavabdeh3 Alhüseyn qızı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1, Abışova Xuvlar Ağa qızının, Cavabdeh3 Alhüseyn qızının məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, VÖEN-ə malikdir. İş materiallarında olan 30 noyabr 2015-ci iltarixli CBSK-0011 saylı kredit müqaviləsinin surətindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 heyvandarlıq məqsədli ilə 36 ay müddətinə illik 6% olmaqla 15.000 AZN məbləğində kredit xətti açılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Abışova Xuvlar Ağa qızına, Cavabdeh3 Alhüseyn qızına qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2284/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2284/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver