Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2298/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi, iddiaçı “X7 X2” X11 nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı “X7 X2” X12 Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X7 X2” X12 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 10507 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X7 X2” X11 nümayəndəsi X5 iddianı müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ilə razı olmadığını və təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. İş materiallarında olan Elektron Məhkəmə sistemindən əldə edilmiş Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh fiziki şəxs kimi xx.xx.2021-ci il tarixli, ********* nömrəli VÖEN-ə malikdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X2 tərəfindən Bərdə Rayon Məhkəməsinə verilmiş 27 aprel 2023-cü il taixli, 3-14-19/2-585/2023 nömrəli məlumatdan görünür ki, Ekologiya və X9 Nazirliyinin tabeliyindəki X7 X1 (Agentlik) tərəfindən "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozulduğu üçün X3 barəsində 000066 nömrəli akt tərtib edilmiş və 10507 manat ziyan hesablanmışdır. Faktla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə Əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli "İnzibati xəta haqqında Protokol" tərtib olunmuş və xx.xx.2022-ci il tarixli MN 11119057 nömrəli "İnzibati tənbeh vermə haqqında Qərar"a əsasən Əliqulu Bayramova 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, cavabdehin fəaliyyəti kommersiya fəaliyyətindən irəli gəlmiş və cavabdeh sahibkarlıq fəaliyyəti ilə əlaqədar qum-çınqıl yatağını istismar edərək qum-çınqıl hasilatını həyata keçirmişdir. Beləliklə, hazırki mülki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterli iş olduğundan hazırki mübahisəyə rayon məhkəməsində baxıla bilməz və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş hazırlıq iclasından aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “X7 X2” X12 Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2298/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2298/2023
01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver