Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2298/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Paşayev Ruhin Azər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 790 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, yaşadığı kənddə su qıtlığıdır. Ona görə də əvvəllər onların kəndində arteziyan quyusu qazdırmış həmkəndlisi Xeyrəddindən xahiş etmişdir ki, həmin ustanı onunla tanış etsin. O, 19 oktyabr 2022-ci il tarixdə ustanı gətirmişdir. Söhbət zamanı bilmişdi ki, həmin şəxs Bərdə rayon sakini Cavabdehdur. Onun yanında Teymur adlı sürücü də olmuşdur. Belə razılaşmışlar ki, Bəhrəm əvvəlcə bir quyu qazacaq. Əgər həmin quyudan su çıxmasa 2-ci quyunu da qazacaq. Su çıxsa ona 420 manat pul verəcək. Əgər su çıxmasa verəcəyi pulun hamısını qaytaracaq. O, razılaşaraq Cavabdeh 420 manat pul vermişdir. Bəhmən ona 370 manat (quyuya sallamaq üçün boru, 20 kisə çınqıl, tros və s.) dəyərində avadanlıqlar aldırmışdır. Onun qazdığı quyulardan su çıxmamışdır. O, şərtlərini ona xatırladıb verdiyi pulu geri istəmişdir.. O, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır.. Mən hətta Bəhrəmdən Şəmkir rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin pulunu ala bilməmişdir. Bu günə kimi Bəhrəm ümumilikdə 790 manat olan borcunu qaytarmamşdır. Ona görə də Cavabdeh 790 manat pulunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, yaşadığı kənddə su qıtlığıdır. Ona görə də 19 oktyabr 2022-ci il tarixdə Bərdə rayon sakini Cavabdeh ilə su quyusu qazılması üçün razılaşmışlar. Razılaşmaya əsasən Bəhrəm əvvəlcə bir quyu qazacaqdı, əgər həmin quyudan su çıxmasa 2-ci quyunu da qazacaq. Su çıxsa ona 420 manat pul verəcək. Əgər su çıxmasa verəcəyi pulun hamısını qaytaracaq. O, razılaşaraq Cavabdeh 420 manat pul vermişdir. Bəhmən ona 370 manat quyuya sallamaq üçün boru, 20 kisə çınqıl, tros və s. dəyərində avadanlıqlar aldırmışdır. Onun qazdığı quyulardan su çıxmamışdır. O, şərtlərini ona xatırladıb verdiyi pulu geri istəmişdir. O, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, su quyusu üçün Cavabdeh 420 manat zəhmət haqqı, quyunun qazılması üçün kolon üçün 130 manat, tros üçün 13 manat, şebel üçün 20 manat, 2 dəfə su maşını su gətirməsi üçün isə 50 manat xərc çəkmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə razılaşmışdırlar ki, qazdıqları birinci quyudan su çıxmazsa ikinci quyunu qazacaqlar. Ondan da su çıxmazsa 100 manat zəhmət haqqı verəcəkdir. Su çıxsa idi 420 manat pul verəcəkdi. Birinci quyunu qazdıqda əvvəl biraz su çıxmış, daha sonra su gəlməmişdir. Su dərhal deyil, tədricən çıxmalı idi. Lakin ikinci quyu qazılmamışdır. İddiaçı ilə razılaşmışdırlar ki, əgər 5 ay ərizində quyudan su çıxmazsa 220 manat pulu geri qaytaracaqdır. İddiaçı məhkəmə iclas zalında Cavabdeh quyunun qazılması üçün lazım olan materiallar və onların qiymətləri barədə bildirdiklərinə etiraz etməmişdir. İşdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. Şəmkir rayon Atabəy kəndində qeydiyyatdadır. Mülki iş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, qara qalın boru, xamut sarı, üzük 40-32, üzük 32-25, arko-irxa, izolet yanmıyan, vilka mirsa, tros baraban üçün üçün ümumilikdə 256,50 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, İddiaçıla Cavabdeh öz aralarında razılaşmışdırlar ki, birinci quyu qazılacaq, su çıxmazsa ikinci quyu qazılacaq. Araz ona demişdir ki, su gəlir ancaq gilli su gəlir. Cavabdeh işini tamamlamamış getmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi bağlanmış podrat müqaviləsinə əsasən podratçı Cavabdeh sifarişçi İddiaçı həyətində su quyusu qazıb təhvil verməli idi. Şifahi razılaşmada qazılmış birinci quyudan su çıxmadığı təqdirdə ikinci quyunun qazılması nəzərdə tutulmuş, lakin quyunun biri qazılmış, su çıxmamasına baxmayaraq 2-ci quyu qazılmamış, müqavilənin şərtləri podratçı tərəfindən pozulmuşdur. Həmçinin cavabdehin ifadəsindən də müəyyən olunur ki, o, sifarişçiyə quyudan su çıxmasına dair qarantiya vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə sübut olaraq qəbz təqdim edimişdir ki, su quyusunun qazılması üçün 256,50 manat dəyərində avadanlıqlar alınmışdır. Lakin həmin qəbzə baxış zamanı orda olan avadanlıqların su quyusunun qazılması üçün alınmış avadalıqlar olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Məcəllənin 756.1-ci maddəsinə əsasən Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 756.2-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 760.1-ci maddəsinə əsasən Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 762.3-ci maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Məcəllənin 776.2-ci maddəsinə əsasən Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Məhkəmə qeyd edir ki, iş materiallarından və tərəflərin ifadələrindən müəyyən olunur ki, su quyusunun qazılması üçün podratçıya 420 manat zəhmət haqqı ödənilmiş və sifarişçi tərəfindən quyunun qazılması üçün kolon 130 manat, tros 13 manat, şebel 20 manat, 2 dəfə su maşını su gətirməsi üçün 50 manat xərc çəkilmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 765-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi 633 manat hissədə təmin olunmalı, qalan hissədə rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən su quyusunun çəkilməsi üçün 633 manatdan artıq məbləğdə xərc çəkməsinə dair sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qızından 633 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 633 (altı yüz otuz üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2298/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2298/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver