Məhkəmə qərarları › İş №2(021)-23/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-23/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-23/2025 29.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Turanbak” ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 29 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsi və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinin vaxtından əvvəl ləğv edillməsi, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB- 204 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 27,506.67 (iyirmi yeddi min beş yüz altı manat, altmış yeddi qəpik) manat əsas borc, 8,892.77 (səkkiz min səkkiz yüz doxsan iki manat, bir qəpik) manat faiz borcu, 8,723.05 (səkkiz min yeddi yüz iyirmi üç manat, beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 45,122.49 (qırx beş min yüz iyirmi iki manat, qırx doqquz qəpik) manat və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsi üzrə cavabdehin banka olan 1,999.80 (min doqquz yüz doxsan doqquz manat, səksən qəpik) manat əsas borc, 241.22 (iki yüz qırx bir manat, iyirmi ikik qəpik) manat faiz borcu, 625.31 (altı yüz iyirmi beş manat, otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2,866.33 (iki min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59-05301-083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına Turanbank ASC-yə ödənilməsi, 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsinin və 31 oktyabr 2019- cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1, ipoteka qoyan - Cavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21,5% faiz olmaqla 36 (otuz altı) ay müddətinə 30,000 (otuz min) manat, 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinə əsasən illik faiz dərəcəsi 0-24% olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli MKOS-FB-204 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59-05301- 083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh1 31 oktyabr 2019-cü il tarixli MKOS-FB- 204 saylı kredit müqaviləsinə əsasən 16 iyul 2021-ci il tarixinədək 27,506.67 (iyirmi yeddi min beş yüz altı manat, altmış yeddi qəpik) manat əsas borc, 8,892.77 (səkkiz min səkkiz yüz doxsan iki manat, bir qəpik) manat faiz borcu, 8,723.05 (səkkiz min yeddi yüz iyirmi üç manat, beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 45,122.49 (qırx beş min yüz iyirmi iki manat, qırx doqquz qəpik) manat borcu və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit Martı müqaviləsinə əsasən 16 iyul 2021-ci il tarixinədək 1,999.80 (min doqquz yüz doxsan doqquz manat, səksən qəpik) manat əsas borc, 241.22 (iki yüz qırx bir manat, iyirmi iki qəpik) manat faiz borcu, 625.31 (altı yüz iyirmi beş manat, otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2,866.33 (iki min səkkiz yüz altmış altı manat, otuz üç qəpik) manat borcu vardır. Bununla əlaqədar cavabdehǝ dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli MKOS-FB- 204 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 43 (qırx üç) % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun darhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz amlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsinin müddəti başa çatanadək kredit məbləğini banka qaytarmazsa və ya aylıq faiz borcunun ödənişini gecikdirərsə, bank borcalanın kredit qalığına illik 48 (qırx səkkiz)% cərimə faizi hesablayacaq. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 5.1ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı ASC məhkəməyə iddia ərizəsinə əlavə göndərərək TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsi və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinin vaxtından əvvəl ləğv edillməsi, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB- 204 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan 27,506.67 AZN ǝsas borc, 10585.07 AZN faiz borcu, 8,723.05 AZN cərimə borcu olmaqla, ümumilikdə 46814.79 AZN və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsi üzrə cavabdehin banka olan 1,999.80 manat əsas borc, 241.22 manat faiz borcu, 625.31 manat cərimə borcu olmaqla, ümumilikdə 2,866.33 manat ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59- 05301-083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi, 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsinin və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinin təminatı olan ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən (borcalan, ipoteka qoyan - Cavabdeh1, ipoteka qoyan - Cavabdeh2 vərəsəsi X1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı TuranBank ASC-nin nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli 390K-B saylı kredit müqaviləsindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21,5% faiz olmaqla 36 (otuz altı) ay müddətinə 30,000 (otuz min) manat, 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinə əsasən illik faiz dərəcəsi 0-24% olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May Filialı ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cü il tarixli MKOS-FB-204 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21,5% faiz olmaqla 36 (otuz altı) ay müddətinə 30,000 (otuz min) manat, 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsinə əsasən illik faiz dərəcəsi 0-24% olmaqla 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli MKOS-FB-204 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59-05301- 083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 oğunun hüquqi yüklü edilən şəxsin ünvan 3 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 oğunun ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 18944 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək hər ay 1137,97 manat olmaqla İddiaçı ASC-nin xeyrinə ödənişlər etməlidir. DİN-in MAPS şöbəsinin arayıından gförünür ki, Cavabdeh1 xx.xx.1972-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Nərimanlı kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı 06264907 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1972-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Nərimanlı kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. DİN-in MAPS şöbəsinin arayıından görünür ki, Cavabdeh2 xx.xx.1969-cu ildə Ermənistan Respublikası Vardenis rayonu Nərimanlı kəndində anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu X12 ev 17B, mənzil 57 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu ildə anadan olmuşdur. DİN-in MAPS şöbəsinin arayışından gförünür ki, X4 xx.xx.1977-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi ev 17B, mənzil 57 ünvanında qeydiyyatdadır. AZE seriyalı 15011266 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1977-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi ev 17B, mənzil 57 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş bilirişlərdən görünür ki, Turanbank ASC cavabdehlərə borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir. Borcun ödənilməsini təmin etmədikdə isə məhkəmə oranlarına müraciət eiləcəkdir. xx.xx.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin 28 May filialı ilə Cavabdeh1 arasında xx.xx.2019 -cü il tarixində MKOS-FB-204 saylı kredit müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixinə TuranBank ASC-yə 27 506.67 AZN əsas borc, 10 585.07 AZN faiz borcu, 8 723.05 AZN cərimə borcu olmaqla, Cəmi borcu 46814,79 manat, xx.xx.2019-cu il tarixli 390 K-B saylı kredit kart müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit kart müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixinə TuranBank ASC-yə 1688,36 AZN əsas borc, 67,53 AZN faiz borcu, 625.31 AZN cərimə borcu olmaqla, cəmi borcu 2281,20 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 9/1025 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 390 K-B saylı kredit kart müqaviləsi üzrə 1959,80 manat əsas borc, 209,35 manat faiz borcu, xx.xx.2019 -cü il tarixində MKOS-FB-204 saylı kredit müqaviləsi üzrə 27506,67 manat əsas borc, 8170, 32 manat faiz borcu müəyyən edilir. xx.xx.2022-ci il tarixli 9/7440 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 390 K-B saylı kredit kart müqaviləsi üzrə 1959,80 manat əsas borc, 209,35 manat faiz borcu, xx.xx.2019-cü il tarixində MKOS-FB-204 saylı kredit müqaviləsi üzrə 27506,67 manat əsas borc, 8170,32 manat faiz borcu müəyyən edilir. xx.xx.2023-cü il tarixli 60 saylı Bakı şəhər 3 saylı Notariat Ofisinin məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Cavabdeh2 adına Bakı şəhər 3 saylı notariat Ofisində açılmış vərəsəlik işi üzrə onun xx.xx.2000-ci il təvəllüdlü qızı X7 yeganə vərəsə kimi tanınmışdır. xx.xx.2024-cü 02-62/24 saylı rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 264000 manat, likvid dəyəri 227000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli 448/E saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin hal-hazırda bazar dəyəri 261000 manat və likvid 235000 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanunu 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və X1 24493.34 manat əsas borc, 407 manat cərimə borcu olmaqla, ümumilikdə 24900.34 (iyirmi dörd min doqquz yüz manat 34 qəpik) manat və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsi üzrə cavabdehin banka olan 1,999.80 manat əsas borc, 241.22 manat faiz borcu, 81 manat cərimə borcu olmaqla, ümumilikdə 2322.02 (iki min üç yüz iyirmi iki manat 02 qəpik) manat məbləğində pul, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin reyestrdə qeydə alınması üçün 31 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutma ipoteka qoyulmuş, Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59-05301-083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən məbləğ iddiaçı Turanbank ASC-yə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri və qiymətləndirmə xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 24493.34 manat əsas borc, 407 manat cərimə borcu olmaqla, ümumilikdə 24900.34 (iyirmi dörd min doqquz yüz manat 34 qəpik) manat və 31 oktyabr 2019-cü il tarixli 390 K-B saylı kredit kartı müqaviləsi üzrə cavabdehin banka olan 1,999.80 manat əsas borc, 241.22 manat faiz borcu, 81 manat cərimə borcu olmaqla, ümumilikdə 2322.02 (iki min üç yüz iyirmi iki manat 02 qəpik) manat məbləğində pul, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin reyestrdə qeydə alınması üçün 31 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma ipoteka qoyulmuş, Cavabdeh2 və Cavabdeh1 məxsus olan (DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********59-05301-083006, Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli və Qeydiyyat nömrəsi: ********** olan xx.xx.2018 tarixli Seriya RX: ******* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 75.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən məbləğ iddiaçı Turanbank ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 600 manat pul cavabdehlər Cavabdeh1 və X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** m/h AZ41NABZO013601**********3944, SWİFT Bik:CTREAZ22) ödənilsin. İş üzrə aparılan qiymətləndirmənin dəyəri 400 manat cavabdehlər Cavabdeh1 və X1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə "xxxx" MMC tərəfindən aparılan və ödənilmiş qiymətləndirmənin dəyəri 500 manat cavabdehlər Cavabdeh1 və X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar