Məhkəmə qərarları › İş №2(021)-230/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-230/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-230/2021 07.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseynqulu oğlundan müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 6564,75 USD əsas, müqavilə müddəti üçün hesablanmış 8142,36 USD faiz, 9074 USD cərimə, 24.07.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 970,06 USD faiz borcu olmaqla, ümumilikdə 24751,17 USD məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, 19.06.2014-cü il tarixli, 22544 ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 29 %-lə 38 ay müddətinə 11000 USD məbləğində kredit götürmüşdür. 23.04.2015-ci il tarixli Əlavə Sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9641,85 USD təşkil edir və kreditin müddəti 23.08.2017-ci il tarixədək uzadılır. 23.04.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişlərə əsasən Cavabdeh2 və Cavabdeh3 Hüseynqulu oğlu ilə borcun təminatı olaraq zaminlik müqaviləsi bağlanılmışdır. Kreditin bitmə müddəti 23.08.2017-ci ildir. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 24.07.2020-ci il tarixədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 6564,75 USD əsas, müqavilə müddəti üçün hesablanmış 8142,36 USD faiz, 9074 USD cərimə, 24.07.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 970,06 USD faiz borcu olmaqla, ümumilikdə 24751,17 USD məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Bərdə Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(021)-2753/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmış, məhkəmə-mühasibat ekspertizasının rəyi alınanadək həmin iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6081 saylı 10 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 23 aprel 2015-ci il tarixli əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Mətləb oğlunun müqavilənin müddəti bitdiyi 23.08.2017-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 11168,18 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən əsas borcu 7504,31 ABŞ dolları, faiz borcu 4759,29 (3,663,87+1095,42) ABŞ dollarıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək təyin olunmuş məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, 2014-cü ildə İddiaçı ASC-dən 11000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit borcundan bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. Cərimə borcu azaldılmaqla iddianın qalan hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 aprel 2015-ci il tarixli 02/34-FB-77 saylı 85/34-FB saylı 19 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişdən müəyyən olunur ki, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 9641,85 ABŞ dolları təşkil edir. -müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti-23.08.2017-ci il tarixədək təyin olunur. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 24.07.2020-ci il tarixə Cavabdeh1 əsas borcu 6564,75 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 8142,36 ABŞ dolları faiz, 9074 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 970,06 ABŞ dolları olmaqla, cəmi 24751,17 ABŞ dolları təşkil edir. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 19.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərdən 6564,75 ABŞ dolları əsas, 8142,36 ABŞ dolları faiz borcu tələb etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6081 saylı 10 fevral 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, Cavabdeh1 Mətləb oğlunun müqavilənin müddəti bitdiyi 23.08.2017-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7504,31 ABŞ dolları əsas, 4759,29 (3,663,87+1095,42) ABŞ faiz borcu vardır. Ekspert rəyində cavabdehlərin əsas borcu 7504,31 ABŞ dolları olduğu qeyd edilsə də iddiaçı iddia ərizəsində cavabdehlərdən 6564,75 ABŞ dolları əsas borc tələb etdiyindən iddia tələbi iddia tələbinə uyğun qaydada təmin edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehlərdən 8142,36 ABŞ dolları faiz borcu tələb etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən edilir ki, Cavabdeh1 Mətləb oğlunun müqavilənin müddəti bitdiyi 23.08.2017-ci il tarixə 4759,29 (3,663,87+1095,42) ABŞ dolları faiz borcu vardır. Ona görə də iddia tələbi faiz borcu tələbinə dair hissədə ekspert rəyinə uyğun qaydada təmin olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 11000 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 6564,75 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4759,29 ABŞ dolları faiz, 9074 ABŞ dolları cərimə borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 19 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 6564,75 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4759,29 ABŞ dolları faiz, 9074 ABŞ dolları cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor ləğv prosesində olan İddiaçı ASC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 6564,75 ABŞ dolları məbləğinə mütənasib olmadığından 9074 ABŞ dolları məbləğində cərimə pulunun 74 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 11000 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 6564,75 manat əsas kredit borcu, 4759,29 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış faiz borcu və 74 ABŞ dolları cərimə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin 24.07.2020-ci il tarixinə olan gecikdirilmiş vaxt üçün hesablanan 970,06 ABŞ dolları cərimə borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf qeyd olunan tələblə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən, həmçinin iddiaçı iddia müddətinin bitdiyi vaxtdan uzun müddət keçəndən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış fazi iddiaçının təqsiri nəticəsində yarandığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 fevral 2021-ci il tarixli 9/6081 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6564,75 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 4759,29 ABŞ dolları faiz, 74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11398,04 (on bir min üç yüz doxsan səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 30 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar