Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2302/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı İsmayıl qızının, Cavabdeh Hacıyev Elgün Qadir qızının, Cavabdeh3 Qadir qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 Qadir oğluna qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova Yavər Nurəddin qızından, Məmmədov Elgiz Qadir oğlundan və Cavabdeh2 müştərək qaydada ünvan 1i ərazisində yerləşən Cavabdeh1 qızına məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş evə xərclədiyi 7500 manat pulun alınaraq ona verilmısi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Qadir oğlu ilə 07 sentyabr 2012-ci il tarixdə ailə quraraq Bərdə rayonu, Qeydiyyat Şöbəsində 459 nömrəli qeydlə rəsmiləşdirmişlər, toyları olan zaman keçmiş ərinin anası Cavabdeh1 məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından 12 aprel 2013-cü il təvəllüdlü Hacızadə Adil Elgün oğlu və 05 iyul 2014-cü il təvəllüdlü Hacızadə Amin Elgün oğlu adlı iki övladları anadan olmuşdur. Həyat yoldaşının anası və digər qohumları onların evdə yaşamağına narazıçılıq etdiyinə görə özləri yaşamaq üçün ev tikmək məcburiyyətində qalmışlar, Cavabdeh1 onlara təklif etmişdir ki, ona məxsus olan həyətyanı torpaq sahəsində ev inşa etsinlər. Onların ev tikməyə pul vəsaiti olmadığından anası özünə məxsus mal-qaranı sataraq ona vermişdir ki, ev tikdirə bilsin. Mal heyvanı satıb ona 7500 manat pul vermişdir, həmin pul hesabına eyni zamanda cavabdehlərin köməyi ilə qaynanasının həyətində iki otaqlı ev inşa edib bir müddət yaşamışlar. Lakin bütün bunlara baxmayaraq onların ailə münasibətləri alınmamış, Cavabdeh2 onu iki uşağı ilə birlikdə Talehin ümidinə buraxıb Rusiyaya getmişdir. O, aralarında olan dözülməz narazılıqlara görə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(021)- 503/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, nikahları pozulmuşdur. Hər iki uşağının onunla birlikdə yaşaması qərara alınmışdır. Qaynanası hal-hazırda təkid edir ki, onu həyətində tikmiş olduğu evdən cehiz əşyalarını çıxarıb, ata evinə yığsın, beləliklə cavabdehlərin qanunsuz əməlləri nəticəsində onun hüquqları pozulmuşdur. Onlar onu aldadaraq anasının mal-heyanını satdırıb, həmin vəsait hesabına tikilmiş evi ələ keçirmişlər. Cavabdehlərə müraciət edərək, evə xərclədiyi 7500 manat təşkil edən həmin pul vəsitini ona könüllü olaraq qaytarmaq fikrində deyillər, göstərilən səbəbdən özünün hüquqlarının bərpa edilməsi və uşaqlarının gələcəkdə yaşamaq üçün öz yuvalarının olmasını təmin etmək məqsədi ilə cavabdehlərdə qalan iki otaqlı evə sərf etdiyi pulun onlardan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına cavabdeh Cavabdeh2 oğlu və Cavabdeh3 Qadir oğlu izahatında iddianı qismən qəbul edərək, göstərdi ki, evi özləri tikmişlər, bütün xərci özləri ödəmişlər, iddiaçı yalnız 800 manat pul vermişdir. Buna görə də iddianın təmin edilməməsi barfədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Məmmədova Yavər Nurəddin qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 16 aprel 2013-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 05 iyul 2014-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayonu, İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 257 nömrəli, 02 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1i ünvanda yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Mollalı bələdiyyəsi tərəfindən erilmiş 05 nömrəli, 02 may 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı qaynanasının həyətindən kəsilib oğluna verilib, o, da həmin həyətdə qeyri qanuni olaraq 2 gözdən ibarət ev tikdirib, evin sahəsi 48 kv.m-dir, evin yanında 9 kv.m əl daxalı tikilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayonu, İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 258 nömrəli, 02 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində qaynansı Məmmədova Yavər Nurəddin qızının həyətində 2 otaqlı ev tikdirmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayonu, İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 259 nömrəli, 02 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı hıqiqətən ünvan 1ində yaşayır, Mollalı kəndinin təsərrüfat başına kitabında 07 saylı kitab 675 saylı təsərrüfata aşağıdakı ailə üzvüləri vardır: qaynanası Cavabdeh1, əri Hacıyev Elgün Qadir oğlu, Hacızadə Adil Elgün oğlu və Hacızadə Amin Elgün oğlu. Mülki işə əlavə edilmiş Bərdə şəhər İİMB-n direktoru Bahadurov Rizvan Baxşeyiş oğlu tərəfindən verilmiş rəydən müəyyən olunur ki, Bərdə rayonu Mollalı kənd sakini X2 iddia ərizəsində göstərilən birgə yaşayış dövründə əldə edilən 2 otaq, 1 karidordan ibarət cəmi 42 kv.m ev və 9 kv.m əl damına baxmadan iddiaçının şərh etdiyinə görə 12.000 manat dəyərindən qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-503/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, X1 Cavabdeh2 qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflərin arasında 07 sentyabr 2012-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində bağlanmış 459 nömrə ilıə qeyd edilmiş nikahın pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 16 aprel 2013-cü il təvəllüdlü X10 və 05 iyul 2014-cü ildə doğulmuş Hacızadə Amin Elgün oğlu iddiaçı X1 himayəsində qalmış, 16 aprel 2013-cü il təvəllüdlü X5 və 05 iyul 2014-cü ildə doğulmuş Hacızadə Amin Elgün oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh2 25 may 2021-ci ildən başlayaraq ayda hər uşağa 130 manat, cəmi 260 manat miqdarında aliment alınaraq iddiaçı X9 qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdelər borcunu qismən etiraf etmiş, iddiaçının onlara 800 manat pul verdiyini bildirmişdir. Lakin iddiaçı cavabdehlərə 7500 manat pul verməsini məhkəmədə bildirsə də, həmin dəlillərini sübut edə bilməmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin də iddianı qismən etiraf etməsi hazırki iddia tələbinin qismən təmin edilməsi üçün əsasdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı İsmayıl qızının cavabdeh Cavabdeh1 Nurəddin qızına, Cavabdeh2 və Cavabdeh3 Qadir oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Məmmədova Yavər Nurəddin qızından, Məmmədov Elgiz Qadir oğlundan və Cavabdeh2 Qadir oğlundan müştərək qaydada 800 (səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2302/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2302/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver