Məhkəmə qərarları › İş №2(021)-2308/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2308/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2308/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair mülki işə 29 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 1900 manat özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, ona qaytarmaqdan boyun qaçırmaqla. Onun ödənilməsini gecikdirməklə ondan faydalanmağagörə 100 manat, cəmi 2000 manat alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır, cavabdehlə yaxın münasibətdə olmuşdur. On ilə yaxındır ki, dostluq münasibətləri var, Sərxan ona zəng edərək telefon almaq üçün ona pul lazım olduğunu bildirib. O. Cavabdehə bildirib ki, görüşsünlər nə problemi varsa həll etsinlər. Onlar Bərdə şəhərində telefon mağazasına yaxınlaşaraq öz adına kreditə telefonu rəsmiləşdirərək, kreditə telefon götürüb yaxın dostu Cavabdeh Ələkbər oğluna verib. Sərxan götürüb verdiyi telefona 3 ay ödəniş edib. 3 aydan sonra ödənişləri dayandırıb, telefonun kreditini o, ödəməyə başlayıb. Yaxın dostu Sərxana zəng edərək öz iradını bildirib ki, ona məxsus telefonu geri qaytarılmasını xahiş edib kreditə götürdüyü telefonun kreditini ödəməyə hazır olduğunu bildirib. Bir ildən artıqdır ki, dostluq münasibəti olan Sərxan ona yağlı vədlər verərək onu aldadır. Yaxın dostu Sərxan ona müxtəlif bəhanələr gətirir. Ona məxsus telefonu qaytaracağını bildirir, lakin əməlinə, vədinə yalançı çıxaraq, ona məxsus telefonu geri qaytarmır. Onun məhkəmədən xahişi Cavabdeh ona dəymiş zərərin əvəzi lan 1900 manat pulun geri qaytarılmasıdır. Cavabdehə 1 ilə yaxındır ki, xahiş eməkdən yorulub, dəfələrlə görüşləri olub, hər dəfə ona yalan vədlər verərək ancaq vaxt qazanıb. O, çarəsiz vəziyyətdə olaraq məsələ mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olub. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü tarixli B-1295-Pk/AZN-2023 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 12 ay müddətinə qaytarmaq şərti ilə 1900 manat məbləğində krediti verməyi borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz hissəsi olan Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü tarixli B-1295-Pk/AZN-2023 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 158.33 AZN ödəniş etməlidir. xx.xx.2025-ci il tarixli 237 saylı arayışdan görünür ki, İddiaçı Bərdə RİHB-nın Qaradəmirçi kənd İƏD üzrə İcra Nümayəndəliyinin Qaradəmirçi kəndində yaşayır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı Cavabdeh mobil telefon alıb vermiş olduğunu bildirsə də, bu barədə iddia ərizəsinə mötəbər sübur əlavə edə bilməmişdir. İddia ərizəsinə əlavə etmiş olduğu kredit müqaviləsi isə öz adına götürmüş olduğu öhdəlik olaraq müəyyən olunur. Həmin kredit öhdəliyindən irəli gələn əsassız əldə edilmiş əmlakın geri ödənilməsini tələb etsə də, iddia tələbi iş materiallarına əsasən sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qətetdi:

İddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar