Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2315/2021 05.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Məcid oğlunun iştirakı ilə, İddiaçı Məcid oğlunun Cavabdeh Ənvər qızına qarşı “ pul “ tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Məcid oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1400 manat pul vəsaiti alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məcid oğlu iddiasını müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağdam şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsində göstərilir ki, ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2.-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki məhkəmə hesab edir ki, cavabdeh Ağdam rayonunda qeydiyyatda olduğundan mülki iş aidiyyatı üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 263,264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Məcid oğlunun Cavabdeh Ənvər qızına qarşı “ pul “ tələbinə dair iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2315/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2315/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver