Məhkəmə qərarları › İş №2(021)-2318/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2318/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2318/2021 05.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Yelobank ASC-nin nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun iştirakı ilə, İddiaçı Yelobank ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Müsrəl oğluna, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yelobank ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, X3 , Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Müsrəl oğluna, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Yelobank ASC-nin nümayəndəsi Seyidov Mirumud Mirtam oğlu məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Yelobank ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Müsrəl oğluna, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar