Məhkəmə qərarları › İş №2(021)-2319/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2319/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2319/2021 05.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X12 оğlunun iclas kаtibliyi, İddiaçı ASC-nin nümayəndəsi X10 oğlunun iştirakı ilə, İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X3, Cavabdeh5, Cavabdeh6 Novruz qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oluna, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Ziyafət qızına və Cavabdeh14 qarşı “borcun tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1, Cavabdeh5, Cavabdeh6 Novruz qızından, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 olundan, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Ziyafət qızından və Cavabdeh14 müştərək qaydada 92.83 manat faiz borcu, 4.73 manat cərimə borcu olmaqla, cəmi 97.56 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiаçı İddiaçı ASC iddia tələbi onunla əsaslandırılmışdır ki, 16.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən illik 26% -lə 12 ay müddətinə birbirinə zamin durmaq şərti ilə Cavabdeh1 1200 ABŞ dolları, Cavabdeh2 1200 ABŞ dolları, X5 1200 ABŞ dolları, X3 1200 ABŞ dolları, Cavabdeh5 1200 ABŞ dolları, Cavabdeh6 Novruz qızına 1200 ABŞ dolları, Cavabdeh7 1200 ABŞ dolları, Cavabdeh8 1200 ABŞ dolları, Cavabdeh9 oluna 1200 ABŞ dolları, Cavabdeh10 1200 ABŞ dolları, Cavabdeh11 1200 ABŞ dolları, Cavabdeh12 1200 ABŞ dolları, Cavabdeh13 Ziyafət qızına 1200 ABŞ dolları , Cavabdeh14 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclulardan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04.06.2021-ci il tarixədək Cavabdeh1 banka 16.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə 92.83 manat faiz borcu, 4.73 manat cərimə borcu olmaqla, cəmi 97.56 manat borcu vardır. Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X10 oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X3, Cavabdeh5, Cavabdeh6 Novruz qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oluna, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Ziyafət qızına və Cavabdeh14 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onalar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş 16.04.2009-cu il tarixli, 12010952 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən illik 26% -lə 12 ay müddətinə birgə borclular- Cavabdeh1 1200 ABŞ dolları, Cavabdeh2 1200 ABŞ dolları, X5 1200 ABŞ dolları, X3 1200 ABŞ dolları, Cavabdeh5 1200 ABŞ dolları, Cavabdeh6 Novruz qızına 1200 ABŞ dolları, Cavabdeh7 1200 ABŞ dolları, Cavabdeh8 1200 ABŞ dolları, Cavabdeh9 oluna 1200 ABŞ dolları, Cavabdeh10 1200 ABŞ dolları, Cavabdeh11 1200 ABŞ dolları, Cavabdeh12 1200 ABŞ dolları, Cavabdeh13 Ziyafət qızına 1200 ABŞ dolları , Cavabdeh14 1200 ABŞ dolları olmaqla cəmi 16800 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlаvə edilmiş 04.06.2021-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 92.83 manat əsas borc, 4.73 manat faiz borcu olmaqla, cəmi 97.56 manat borcu yaranmışdır. Mülki işə əlаvə edilmiş xəbərdarlıqlardan görünür ki, borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq olunmuşdur. Mülki işə əlаvə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, 16.04.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən illik 26% -lə 12 ay müddətinə birgə öhdəlik əsasında Cavabdeh1 1200 ABŞ dolları, Cavabdeh2 1200 ABŞ dolları, X5 1200 ABŞ dolları, X3 1200 ABŞ dolları, Cavabdeh5 1200 ABŞ dolları, Cavabdeh6 Novruz qızına 1200 ABŞ dolları, Cavabdeh7 1200 ABŞ dolları, Cavabdeh8 1200 ABŞ dolları, Cavabdeh9 oluna 1200 ABŞ dolları, Cavabdeh10 1200 ABŞ dolları, Cavabdeh11 1200 ABŞ dolları, Cavabdeh12 1200 ABŞ dolları, Cavabdeh13 Ziyafət qızına 1200 ABŞ dolları , Cavabdeh14 1200 ABŞ dolları olmaqla cəmi 16800 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cаvаbdeh Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək öhdəliyi pozmuşdur. Cаvаbdehin bаnkа bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 500.2-ci maddəsinin tələbinə görə Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün birgə borclular cavabdeh olduğundan, onun öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1, Cavabdeh5, Cavabdeh6 Novruz qızından, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 olundan, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Ziyafət qızından və Cavabdeh14 müştərək qaydada 92.83 manat faiz borcu, 4.73 manat cərimə borcu olmaqla, cəmi 97.56 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində rüsum cavabdehlərdən iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1, Cavabdeh5, Cavabdeh6 Novruz qızından, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 olundan, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Ziyafət qızından və Cavabdeh14 müştərək qaydada 92.83 manat faiz borcu, 4.73 manat cərimə borcu olmaqla, cəmi 97.56 (doxsan yeddi manat əlli altı qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar