Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2333/2023 05.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı “alimentin miqdarının artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, birgə nikahdan olan 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən hər ay hər bir uşağa görə sabit pul məbləğində təyin olunmuş 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin miqdarının artırılaraq hər bir uşağa görə ayda 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında olmaqla alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 iyun 2013-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X9 adlı övladları var. Abşeron rayon Məhkəməsinin 2(012)-3835/2017 nömrəli, 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 (bir yüz otuz altı) manat miqdarında alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-1914/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 (bir yüz otuz altı) manat miqdarında aliment artırılaraq 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat alınaraq ona verilməsi müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alınaraq ona verilməsi müəyyən edilmişdir. Lakin hazırki şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Belə ki, uşaqlarının hər ikisi məktəbə gedir, təhsil alır və xərcləri çoxalıbdır. Bundan başqa hər iki uşağının ağır xəstəlikləri mövcuddur. Qızı cərrahi əməliyyata məruz qalıb, ürəyində ciddi xəstəlik var, qan azlığı, allergiya, raxitin qalıq əlamətləri, onurğanın Svari skalioz xəstəliklərindən əziyyət çəkir. Oğlunda da sağalmaz xəstəliklər mövcuddur, anemiya, allergik rinit adenoid 3-cü dərəcə sinir reflektor oynaqlıq, onurğanın S vari skaliozu, spina-bifida, cərrahi əməliyyata məruz qalıb və təkrar yenə olmalıdır. Bu xəstəliklərini təsdiq edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1957 və 1958 nömrəli xəstəlik tarixindən çıxarışı ərizəyə əlavə edir. Xəstəliklərin müalicəsi üçün o çəkilən xərcləri qarşılaya bilmir. Uşaqların müalicəsi üçün dərmanlarını almağa pulu çatmır. Ataları isə alimentdən başqa heç bir yardım göstərmir. Qeyd etdikləri ilə bağlı olaraq da onların xərcləri əvvəlki miqdarda deyil. İndiki halda onun tək öz gəlirləri hesabına və aldığı alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə nikahdan olan 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. İş üzrə İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının işlədiyini, onlara ev tikdirib kirayə verdiklərini, özünün isə banka kredit ödədiyini, ailə qurduğunu, Bakı şəhərində işlədiyini və 345 manat maaş aldığını bildirmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu, Güloğlular kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1959-cu ildə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. AZE seriyalı 12031227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuşdur. Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 12-də yaşayır. AZE seriyalı 12031228 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuşdur. Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 12-də yaşayır. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X3 Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1183 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Xırdalan şəhəri, “Quşçuluq” massivi Nəvai küçəsində yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 293712 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 498 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 627004 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 734 nömrə ilə qeydə alınmışdır. Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-3835/2017 nömrəli qətnamədən görünür ki, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Bərdə rayon Qeydiyyat Şöbəsində bağlanmış 21 iyun 2013-cü il tarixli nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(021)-1914/2019 nömrəli qətnamədən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 üçün Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(012)-3835/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat tutulan aliment məbləğində müəyyən edilməsi və qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnamədən görünür ki, iddianın qismən təmin edilməsi, 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-1914/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat (üç yüz qırx) manat məbləğində müəyyən edilməsi və qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ASM Xırdalan tərəfindən verilmiş TQS027 nömrəli 1957 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 onurğanın İ dərəcəli “Svari” skalioz, allergiya, anemiya xəstəlikləri var və hazırda uşaq cərrahı və kardiologiya müalicəsi alır. İş materallarında olan ASM Xırdalan tərəfindən verilmiş TQS 027 nömrəli 1958 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 İİİ dərəcə “Allergik rinit” onurğanın “Svari” skaliozu spina biofida sinir oyanıqlığı və anemiya xəstəlikləri var və uşaq lor cərrahı və nevropatoloq tərəfindən müalicə alır. xx.xx.2023-cü il tarixli MŞB/16-00819 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, mediasiya sessiyasında iştirak etməyən tərəf Cavabdeh olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-52-17-1/2-19/2023 nömrəli arayışdan görünür, Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən “Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”ndə köşk satıcısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, birgə nikahdan olan 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən hər ay hər bir uşağa görə sabit pul məbləğində təyin olunmuş 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin miqdarının artırılaraq hər bir uşağa görə ayda 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında olmaqla alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Kоnstitusiyаnın 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kоnstitusiyаnın 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Kоnstitusiyаnın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər iki uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, cаvаbdeh uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ eyni zаmаndа iddiаçının uşaqlarına dа şamil olunur. Məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Məhkəmə uşaqların hazırda müxtəlif xəstəliklərdən müalicə aldığını, uşaqların böyüməsi və bununla əlaqədar onların yaşam və saxlanma xərclərinin, gündəlik tələbatlarının artmasını nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən hər ay bir uşağa görə sabit pul məbləğində təyin olunmuş 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə ayda 190 manat, cəmi 380 (üç yüz səksən) manat miqdarında olmaqla alimentin cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulmalı, alimentin tutulmasına qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan etibarən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan alimentin miqdarının artırılması məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmçinin, MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, 65,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. 06 may 2014-cü il təvəllüdlü X8 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-2069/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 190 manat, cəmi 380 manat məbləğində müəyyən edilsin və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 65,60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2333/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2333/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver