Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2339/2022 29.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8140 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bibisinin həyat yoldaşı olmaqla qohumudur. Cavabdehin VAZ 2107 markalı minik avtomobili var idi. 2021-ci ilin əvvəlində cavabdeh bildirdi ki, həmin avtomobili satır. Onun nağd pulu olmadığı üçün onlar razılaşmışlar ki, avtomobili ona versin, o da özünə və qaynatası X1 məxsus yemək xərci kartını, eyni zamanda da uşağına aid sosial müavinət kartını ona versin, 2 il ərzində cavabdeh hər ay kartlardan pulu çıxartsın. O, ilkin ödəniş kimi cavabdehə 400 manat vermişdir. Onlar avtomobilin alqı-satqısını 6900 manata razılaşmışlar. O, qeyd etdiyi kartları cavabdehə vermiş, cavabdeh də ona etibarnamə vermişdir. O,avtomobili gətirib idarə etmişdir. Cavabdeh ona aid yemək xərci kartından 3840 manat, qaynatası Yadigara aid kartdan 2700 manat, uşağa aid sosial müavinət kartından 1200 manat olmaqla cəmi 7740 manat pul çıxarmışdır. Cavabdeh qeyd olunun 7740 manat pulu aldıqdan sonra ona verdiyi etibarnamənin ləğv etdirib və o, evdə olmayan vaxtı ondan xəbrsiz avtomobili qapıdan oğurlayaraq aparmışdır. Hazırda pulunu və ya avtomobili tələb etsə də cavabdeh qaytarmaqdan imtina edir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, iddiaçı ilə aralarında qohumluq münasibəti var. Avtomobili iddiaçıya müvəqqəti sürmək üçün vermişdir, aralarında alqı-satqı olmamışdır. İddia ərizəsində qeyd edilən kartları isə iddiaçı ona olan 6000 manat borcuna görə vermişdir, kartları avtomobillə əlaqadar verməmişdir. İddia tələbini rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Yeni Qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 268 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Goranboy rayonun Yeni Qəsəbəsində yaşayır. İş materiallarına əlavə olunmuş Seriya AA №290758 nömrəli məcburi köçkün vəsiqəsində görünür ki, İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş AD № 911109 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinnin surətindən görünür ki, VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarına əlavə olunmuş ƏN –Vİİİ № 267060 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X3 VAZ21074 minik markalı, 90ED097 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərində idarə etmək, bağışlamaq, ipoteka qoymaq və s. səlahiyyətləri həyata keçirmək üçün xx.xx.2022-ci il tarixdə 1 il müddətinə olmaqla, xx.xx.2023-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin məhkəmə tərəfindən işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh 8140 manat borcu olması sübut olunmur. Belə ki, avtomobilin alqı-satqısına dair müqavilə olmamış, iddiaçıya və ailə üzvlərinə məxsus müavinat kartlarından vəsaitlərin Cavabdeh tərəfindən çəkilməsinə və ya istifadə ediləməsinə dair iddiaçı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Cavabdeh isə öz növbəsində iddiaçının ondan pul almasını bildirmişdir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2339/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2339/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver