Məhkəmə qərarları › İş №2(021)-2341/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2341/2021

25.06.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2341/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hаkimi Əbilov Qamət Mehman оğlu Kreditor X4 Borclu qarşı « aliment barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X6 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1981-ci ildə Qəbələ rayonunda anadan olmuş Qəbələ rayon Hacallı kəndində yaşayan Borclu hər ay 27 iyul 2018-ci il tarixdə anadan olmuş X1 üçün aliment tutulub onun xeyrinə tutulması barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor X6 ərizəni onunla əsaslandırmışdır ki, Borclu ilə 2012-ci ildə qeyri rəsmi olaraq ailə qurmuşlar. Birgə yaşayış dövründə 27 iyul 2018-ci ildə X5 anadan olmuşdur. Artıq 1 ildir ki, ayrı yaşayırlar. Uşağı təkbaşına saxlanmaqda çətinlik çəkir. Özü heç bir yerdə işləmir, əlavə gəliri yoxdur. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş ASAN-Bərdə tərəfindən verilmiş Seriya AZE № 15121506 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 qızı 11.05.1990-cu il tarixdə anadan olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibatı Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 qızı ünvan 1 ünvanda yaşayır. Ərizəyə əlavə edilmiş Bərdə regional ASAN Xidmət mərkəzindıə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 157615 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tədqiq olunmuş surətindən görünür ki, tərəflərin birgə yaşayış dövründə 27 iyul 2018-ci ildə X5 adlı uşağı olmuşdur. Ərizəyə əlavə edilmiş ASAN-Qəbələ tərəfindən verilmiş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 qızı xx.xx.1981-ci il tarixdə anadan olmaqla, Qəbələ rayonu Hacallı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, borclular kredit müqaviləinin şərtini pozaraq, borc müqaviləsinin ödənilməsini təmin etməmişlər. Оna görə də, hazırki tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM : xx xxxxxx 1981-ci ildə Qəbələ rayonunda anadan olmuş ,Qəbələ rayon Hacallı kəndində yaşayan Borclu hər ay 27 iyul 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub kreditor X4 xeyrinə ödənilsin. Dövlət rüsumu olan 20 manat pul Borclu tutularaq dövlət büdcəsinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Мəhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar