Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2341/2024 21.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Qarayeva Pərvanə Əhməd qızının katibliyi, İddiaçı , Cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, Bərdə şəhəri Koroğlu küçəsi döngə 5 ev 11-də yaşayır. 2023-cü ilin aprel ayında maddi cəhətdən çətinlikləri olduğu üçün evdə olan qızılları satmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə özünə məxsus qızılları satmaq üçün Bərdə şəhərində yerləşən uşaq xəstəxanasında işləyən Nigar adlı qohumunun yanına getmişdir.Xəstəxanada tibb bacısı işləyən cavabdehlə tanış olmuşdur. Pula ehtiyacı olduğu üçün qızıllarını satmağı bildirmişdir.Cavabdeh həmin qızılları almağ istədiyini ona bildirmişdir. Cavabdeh ondan 5750 manatlıq qızıl götürmüş və qızılların pulunu 2023-cü ilin aprel ayında ödəyəcəyini bildirmişdir. Cavabdeh həftə sonu ona 900 manat məbləğində pul vermiş, daha sonra isə qalan pulu ödəməkdə gecikdirməyə başlamışdır. Sonra, ona 750 manat dəyərində iki ədəd qızılı geri qaytarmışdır. Müxtəlif vaxtlarda Xurmana Məmmədova hissə-hissə qızılların pulunu qismən ödəsə də, onun 1200 manat məbləğində borcu qalmışdır. Hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Bu səbəbdən o, Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Cavabdeh şöbədə izahat verərək 1200 manat məbləğində pul borclu olduğunu bildirmiş, tez bir zamanda ödəyəcəyi barədə vəd vermişdir. Lakin 2023-cü ilin dekabr ayından uzun müddət keçməsinə baxmayaraq borc pulu ödəməmişdir. Ona görə də məhkəmədən Cavabdeh 1200 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında lazımi sübutlar təqdim edərək borc pul tələbinin müəyyən miqdarını ödədiyini bildirdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Laçın rayonu Kamallı kəndində anadan olmuşdur. Bərdə şəhəri Koroğlu küçəsi ev 11-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş xx.xx.2021-cü il tarixli 1333 nömrəli arayışından görünür ki, İddiaçı Bərdə şəhəri Koroğlu küçəsi ev 11-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki; -Bərdə şəhəri Koroğlu küçəsi dönge 5 ev 11-də yaşayan X3 xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə pula ehtiyacları olduğu üçün arvadı İddiaçı özünə məxsus qızıl zinət əşyalarını satmaq istədiyini, bu məqsədlə qızıl zinət əşyalarını uşaq xəstəxanasında işləyən tanışlarına göstərmək üçün xəstəxanaya apardığını, həmin vaxt orada işləyən Xuraman adlı tibb işçisinin qızıllara baxdığını, X6 şəhəri Qarabağ klinikasında işləyən Məlahət Əliyeva adlı həkimin yanına apardığını, həmin şəxslərin qısa müddət ərzində pulunu ödəyəcəklərini bildirirək Ziyafəti aldadıb qızılları onun əlindən aldığını, həmçinin Ziyafətin xəstəxanada işlədiyini güman etdiyi Xeyalə adlı şəxsə də qızıl verdiyini, həmin şəxslerin qızılların pulunu indiki vaxtadək ödəmədiyini, Xuraman adlı şəxsin 1250 manat, Əliyeva Məlahətin 2100 manat, Xəyalənin isə 820 manat onlara borclu olduğunu göstərməklə, onlara dəyən ziyanın ödənilməsində köməklik olunmasını xahiş etmişdir. -Həmin müraciət xx.xx.2023-cü il tarixdə RPŞ-nin "törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" kitabında 4979-cu sırasında qeydə alınmışdır. -Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhəri Koroğlu küçəsi döngə 5 ev 11-də yaşayır. 2023-cü ilin aprel ayında maddi cəhətdən çətinlikləri olduğu üçün evdə olan qızılları satmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə o, Bərdə şəhəri mərkəzi xəstəxanada olarkən orada Xəyalə adlı qadınla tanış olmuş, o, Xəyaləyə qızıllarını satmaq istədiyini bildirdikdə, Xəyalə qızıl almaq istədiyini demişdir. O, Xəyalǝyǝ 01 ədəd qızıl bilərzik və 01 ədəd qızıl barmaqcığı 1800 manata satmışdır. Xəyalə ona həmin pulu hissə-hissə ödəyəcəyini bildirmiş, lakin indiki tarixədək ona 980 manat pulu hissə hissə ödəmiş, geri qalan 820 manatı isə müxtəlif bahanələr gətirərək ödəməkdən yayınmışdir. Xəyaləyə qızılları satdıqdan təxminən 3 gün keçdikdən sonra o, özünə məxsus qızılları satmaq üçün Bərdə şəhərində yerləşən uşaq xətəxanasında işləyən Nigar adlı qohumlarının yanına getmişdir. O, orada Nigarı tapa bilməmişdir. O, xəstəxanaya girdikdən sonra, Xuraman adlı bir tibb işçisi ona yaxınlaşmış və nə üçün xəstəxanaya gəldiyini soruşmuşdur. O, da pula ehtiyacı olduğu üçün qızıl satmaq istediyini demişdir. Xuraman həmin qızılları almaq istədiyini ona demiş, daha sonra ona qızıl almaq istəyən bir tanışı da olduğunu demişdir. Onlar birlikdə Bərdə şəhəri Qarabağ klinikasında işləyən Məlahət Əliyeva adlı həkimin yanına getmişdir. X4 məxsus qızıllara baxmış, Xuraman ondan 5750 manatlıq qızıl götürmüş və qızılların pulunu ona aprel ayı ərzində verəcəyini demişdir. Məlahət isə 4000 manat dəyərində qızıl götürmüş, həmin qızılların pulunu 3 gün ərzində ona ödəyəcəyini demişdir. Xuraman bir həftə sonra ona 900 manat pul vermiş, daha sonra isə qalan pulu ödəməkdə gecikməyə başlamışdır. Daha sonra ona 750 manat dəyərində iki ədəd qızılı geri qaytarmışdır. Hissə hissə müxtəlif vaxtlarda Xuraman ona qızılların pulunu ödəmiş, lakin Xuraman ona 1250 manat borclu qalmışdır. Məlahət qızılı aldıqdan 3 gün sonra ona 900 manat pul ödəmiş, daha sonra müxtəlif vaxtlarda Məlahət ona hissə-hissə pul ödəməyə başlamışdır. Lakin Məlahət ona 2100 manat borclu qalmışdır. O, həmin şəxslərdən qalan pulları geri tələb etsə də, onlar müxtəlif bahanələr gətirərək pulları ödəməkdən yayınmışdır. O, qızılları satarkən Xuraman və Məlahətlə bir yerdə olmuşdur. Yanlarında başqa hər hansı bir şəxs olmamışdır. -Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, hazırda ailə üzvləriylə birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yaşayır. O, uzun illərdir ki, qızıl satışı ilə məşğul olur. 2023-cü ilin aprel ayında Süleymanova, Ziyafət Əli qızı onun işlədiyi xəstəxanaya gəlmiş və ondan qızıllarını satmaqda köməklik istəmişdir. O, Ziyafətin gətirdiyi qızılların arasından 01 ədəd qızıl sep, 01 ədəd qızıl klon, 01 cüt sırğa götürmüş, təxminən 2 gün sonra ise Ziyafətdən elavə olaraq 01 ədəd qizil sepi satmaq məqsədilə götürmüşdür. O, həmin qızılların müqabilində Ziyafətə 5500 manat pul verəcəyini bildirmiş, ilkin olaraq aprel ayında Ziyafətə 900 manat və 400 manat pulú, Ziyafətin yaşadığı evdə Ziyafətə elbəəl vermişdir. Daha sonra Ziyafətə əlbəǝl bir neçə dəfə də pul vermiş, daha sonra isə Ziyafətin ona dediyi kart nömrəsinə hissə-hissə olmaqla qızılların pulunu ödəməyə başlamışdır. Hal-hazırda onun Ziyafətə 1200 manat pul verəcəyi qalmışdır. Ziyafət aprel ayında onun yanına gələndə o, Ziyafətə Məlahət adlı tanışı olduğunu, Məlahətin də qızıl almaq istədiyini bildirmişdir. Daha sonra Ziyafətlə birlikdə Məlahətin işlədiyi Qarabağ klinikasına getmiş, orada Məlahətlə Ziyafəti bir-birlərilə tanış etmiş və oradan çıxmışdır. Daha sonra Məlahət ona Ziyafətdən 7000 manat dəyərində qızıl aldığını bildirmişdir. O, Ziyafətə aylıq olaraq 250 manat pul ödəyəcəyini demiş və ödənişlərini də həyata keçirmişdir. O, təkcə 2023-cü ilin noyabr ayında başı qarışıq olduğu üçün Ziyafətə ödənişini həyata keçirə bilməmişdir. Sonuncu dəfə o, Ziyafətə xx.xx.2023-cü il tarixdə də 50 manat ödəniş etmişdir. O, Ziyafətdən 5500 manat məbləğində qızıl götürmüş və aylıq 250 manat məbləğində pul ödəyəcəyini demişdir. O, Ziyafətə bütün pulu aprel ayında ödəyəcəyini deməmişdir. Hər ay o, Ziyafətə pul ödənişlərini etmiş, təkcə 2023-cü ilin noyabr ayında ödəniş edə bilməmişdir. Hal-hazırda onun Ziyafətə 1200 manat pul borcu qalmışdır. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri Koroğlu küçəsi dönge 5 ev 11-de yaşayan X1 xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş müraciətində hər hansı bir cinayət hadisəsinin əlamətləri olması öz təsdiqini tapmamışdır. Ona görə də toplanmış materialda cinayət hadisəsinin əlamətləri olmadığı üçün cinayət işi başlanması rədd edilmiş və X2 müracətinin mülki xarakterli və məhkəmə səlahiyyətlərinə aid olması izah edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş qəbz fotoşəkillərindən və Leobank qəbz çıxarışlarından görünür ki, 2023-cü ildə Cavabdeh tərəfindən 416973...4124 nömrəli kart hesabına müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Mülki işə əlavə olunmuş CD-dən görünür ki, İddiaçı və Cavabdeh arasında qızıl alqısatqısı baş vermişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında qızıl alqı- satqısı baş vermişdir. Cavabdeh İddiaçı 1200 manat borcu qalmışdır. Lakin müəyyən olunmuşdur ki, 350 manat pulu İddiaçı qızıl alqı-satqısına kömək etdiyi üçün Cavabdeh verməyə vəd vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 523.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 850 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən ödənilmiş 32 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 850 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2341/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2341/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver