Məhkəmə qərarları › İş №2(021)-2343/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2343/2022

10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2343/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(021)-944/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh - Bərdə rayonu Körpüsındıran kənd sakini Cavabdeh ilə 2019-cu ildə evlənib ailə qurmuş və həmin kənddə ər-arvad kimi yaşamışlar. Nikahlarını rəsmi qeyd etdirməsələr də, birgə övladları olan xx.xx.2020-ci il təvəllüdlü qızları X3 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2020-ci ilin noyabr ayından ayrılmışlar, həmin vaxtdan hal-hazıradək qızı Sevgi ilə Körpüqıran kəndində valideyinlərinin yanında yaşayırlar. Onun Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment tələbi” barədə iddia ərizəsinə baxan Bərdə Rayon Məhkəməsi (hakim Qamət Əbilov) 18 mart 2021-ci il tarixli, 2(021)-944/2021 saylı qətnaməsi ilə qərara almışdır ki, iddia təmin edilsin, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Sevginin atası olması müəyyən edilsin, 07 sentyabr 2020-ci il təvəllüdlü X1 yektinlik yaşına çatana kimi saxlanması üçün 05 fevral 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Beləliklə də, qızları Sevginin saxlanılması üçün aylıq 120 manat aliment təyin edildiyi vaxtdan təxminən 1 il 5 ay vaxt keçmişdir. Hazırda sosial-iqtisadi şəraitdə isə həmin məbləğ qızı Sevgini saxlamaq üçün kifayət etmir. İstər ərzaq, istərsə də geyim mallarının qiymətləri ötən 1 il 5 ay ərzində təxminən 2 dəfə artırmışdır və hazırda da artırmaqda davam edir. Qızı Sevginin körpə və xəştə olması. səbəbindən işləmək imkanından da məhrumdur. Yəqin ki, onun 5-6 yaşına çatana kimi işləməsi mümkün olmayacaqdır. Qızı Sevgi bir çox xəstəliklərdən əziyyət çəkdiyinə görə müntəzəm surətdə müayinə olunur və müalicələr alır. Bu barədə olan çoxsaylı tibbi sənədləri də iddia ərizəsinə əlavə edir. Lakin Cavabdeh qızlarının müayinə və müalicəsinə də heç bir maddi köməklik göstərmir, əksinə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti tam və vaxtında ödəmir. Qızı Sevginin müayinə və müalicəsinə isə ayda orta hesabla 60-70 manat pul xərcləyir. Odur ki, bu pulu valideyinləri verməyə, onu müayinə və müalicə üçün tibb müəssisələrinə aparmağa məcburdurlar. Yuxarıda göstərdiyi səbəblərdən aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, hazırki sosial- iqtisadi şərait və qızı Sevginin sağlamnlıq vəziyyəti (xəstəlikləri) nəzərə alınaraq onun normal qidalanmasıı, normal geyinməsi, sağlam böyüməsi üçün müayinə və müalicələrini vaxtlı-vaxtında ala bilməsi üçün Cavabdeh tutulmalı olam alimentin məbləği artırılaraq aylıq 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh aylıq 193 manat məbləğində aliment ödənilməsi üçün hər cür maddi imkanı vardır. Belə ki, cavabdeh Bərdə şəhərində “Ayaq körpüsü” adlanan yerdəki firma mağazasında həmin mağazanın vətəndaşlara satdığı kondensionerlərin quraşdırılması, təmiri və qazla doldurulması xidmətini göstərir, onun və ailə üzvlərinin 2 hektar kənd təsərrüfatı təyinatlı pay torpağı, 50 başdan artıq qoyun-quzusu və 2 məhlə yeri var. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 1 uşağın saxlanılması üçün hər ay iddiaçıya 120 manat aliment ödəyir. Heç bir yerdə işləmir, işsiz kimi qeydiyyatdadır. Hər ay iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-944/2021 saylı 18 mart 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Sevginin atası olması müəyyən edilmiş, 07 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 fevral 2021-ci il tarixdən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli AZ-İV 589067 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 07 sentyabr 2020-ci ildə Sevgi adlı uşaqları anadan olmuşdur. 07 sentyabr 2020-ci il təvəllüdlü X1 atası Cavabdehdur. İş materiallarında olan “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X6 verdiyi arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən xx.xx.2022-ci il tarixdə “Bərdə RMX” phş-nin şəhər poliklinika şöbəsinin OU zəif dərəcəli hipermetrofiya H52,0 Hm.1,5 D OD-Daxili çəplik Ambliofiya H 53.0 H.50.0 diaqnozu ilə ambulator qəbulda olmuş və müalicə təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 1 ildən artıq müddət keçməklə uşağın tələbatlarının artmasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda 193 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)-944/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 07 sentyabr 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 135 manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)-944/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 07 sentyabr 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 135 (bir yüz otuz beş) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar