Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2346/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı , qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyan əvəzi olaraq 1550 manat miqdarında pulun ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbin təmin olunmasını, cavabdehlərdən müştərək qaydada avtomobilinə dəymiş ziyana görə 3200 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərinin geri qaytarılmasını xahiş etdi. Ərizələri nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri və onlara əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri və onlara əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264, 267-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “vurulmuş maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri və onlara əlavə olunmuş sənədlər geri qaytarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 52 ( əlli iki ) manat dövlət rüsumu ona qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2346/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2346/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver