Məhkəmə qərarları › İş №2(021)-235/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-235/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-235/2023 17.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı X2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əddalət qızından 2800 manat pulun, 350 manat əldən çıxmış faydanın və dövlət rüsumu kimi ödədiyi 51.50 manat pulun, cəmi 3201.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyyır, onunla münasibətləri yaxşı olmuşdur. Onun Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində pal-paltar, mebel və digər əşyaların satışı mağazası var. Cavabdeh 06 dekabr 2020-ci il tarixində ondan 2500 manat borc pul almışdır. Cavabdeh bu barədə yazılı qəbz vermişdir. (Qəbz iddia ərizəsinə əlavə edilmişdir). Bundan əlavə cavabdeh mağazadan nisyə olaraq 300 manat dəyərində pl-paltar götürmüşdür. Dəfələrlə cavabdehdən aldığı pulu qaytarmasını tələb etsə də nəticəsi olmamışdır. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin pulu vaxtında qaytarmadığına görə ona maddi zərər dəymişdir. Əgər həmin pul onda olsa idi o, xelyi gəlir əldə edəcəkdi. Cavabdeh əsassız olaraq onun pulu saxlamaqla faydalanmışdır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Cavabdeh onun pulunu əsassız olaraq saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2800x30=350 manat pul ödəməlidir. Ona görə də hesab edir ki, Cavabdeh 2800 manat pul, 350 manat əldən çıxmış fayda və dövlət rüsumu kimi ödədiyi 51.50 manat pul, cəmi 3201.50 manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxx 1977-ci ildə Bərdə rayonu, Şorəlli kəndində doğulmuşdur, Ağdam rayonu Qalayçılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əlimədədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 250 nömrəli, 13 may 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu Əlimədədli kəndində daimi pasport qeydiyyatındadır, hal-hazırda Ağdam rayonu İmamqulubəyli qəsəbəsi ev 34-də yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Xanərəb kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 250 nömrəli, 13 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olmasına baxmayaraq, Ağdam rayonu, Quzanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş qəbdə yazılmışdır: “xx.xx.2020-ci il tarixdə mən Cavabdeh Ruhiyyə Gülməmmədovadan 2500 m pul götürdüm. İmza: Cavabdeh. xx.xx.2020-ci il”. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş etiraz və mülahizələrdə göstərilmişdir ki, iddiaçııdan 2500 manat sələmə pul götürərkən həyat yoldaşı X7 məxsus müavinat kartını ona vermişdir. 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək, yəni 20 ay müddətinə hər ay 130 manat olmaqla ümumilikdə ona alaraq məxsus kartdan çıxaracaq, faizini isə əlbə-əl verəcəkdir. Beləliklə 20 ay ərzində əsas borcunu həyat yoldaşının kartından çıxarmış, borcun faiz hissəsini isə gözəllik salonunda işləyən Zülfiyyə adlı şəxsin yanında iki dəfəyə 900 manat və daha sonra isə 1000 manat vermidir. Ondan hər hansı məbləğdə paltar almamışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçı X2 Cavabdeh qarşı 3201.50 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, həmin borcun mövcudluğu iddiaçı tərəfindən təqdim edilmiş cavabdeh tərəfindən imzalanmış qəbzlə qismən təsdiq edilir. Həmin qəbzdə cavabdeh iddiaçıdan 2500 manat borc almasını yazmışdır. Buna görə də hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qismən haqlı olması səbəbindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı X2 xeyrinə 2500 manat məbləğində pul tutulmalıdır. Belə ki, cavabdehin iddia ərizəinə verdiyi etirazında götürdüyü borc məbləğini qaytarmasını təsdiq edə bilən mötəbər dəlil və sübutunu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddiasının 300 manat dəyərində pal-paltar və illik beş faiz tələbini sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh Əddalət qızına qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 2500 manat (iki min beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 51.50 manat alınaraq iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar