Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-236/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 26820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh arvadının xalası oğludur. 2020-ci ilin sentyabr ayında hazırda mübahisəli olan qeyri-yaşayış obyektinin tikintisinə başlamışlar. İnşası bitəndən sonra 2021-ci ilin iyul ayından “Gülüm təndirxanası” adı altında fəaliyyətə başlamışdır. Sözügedən obyekt hazırki iş üzrə Cavabdeh məxsus torpaq sahəsinin sərhədində inşa edilmişdir. Qohum olduqlarından cavabdehlə aralarında olan şifahi razılaşma əsasında ona məxsus torpaq sahəsinin sərhədində (bitişik) obyekti öz vəsaiti hesabına inşa etdirmişdir. Cavabdehə etibarı olduğundan aralarında hər hansı bir müqavilə və ya digər rəsmi sənəd bağlanmamışdır. Rəsmi müqavilə bağlamaq istədiyi halda isə cavabdehin həmin torpaq sahəsində qeydiyyatda olan 2 oğlu Ukrayna Respublikasında yaşadığından rəsmiləşdirmək mümkün olmamışdır. Hətta, cavabdehin adından dövlət, müəssisə, idarə və təşkilatlarda təmsil etmək üçün, o cümlədən hazırkı obyektin sənədlərini rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə notariat qaydada 10 il müddətinə ona etibarnamə vermişdir. Sözügedən obyektin tikilməsinə və digər sənədlərinin hazırlanıb alınmasına, ümumilikdə 26820 manat vəsait xərcləmişdir. Sadalananları əmlakın qiymətləndirilməsi rəyi, obyektin tikintisində çalışmış ustalar və s. təsdiq edə bilər. Obyektin qiymətləndirilməsi üçün mütəxəssisə müraciət etmiş və “X11” MMC tərəfindən obyektin likvid dəyərinin və obyektdəki avadanlıqların 26820 manat olmasına dair xx.xx.2023-cü tarixli rəy verilmişdir. Cavadehin oğlu xarici ölkədən gəldikdən sonra həmin obyektə qarşı qərəzli hərəkətlər edərək işləmələrinə maneçilik törədir. Cavabdeh ona bildirmişdir ki, onun öz vəsaiti hesabına tikdirdiyi təndirxana onlara məxsus torpaq sahəsində inşa edilmişdir və buna görə qeyri-yaşayış obyektindən istifadə etməsi üçün illik 5000 manat icarə haqqı ödəməlidir. Onun isə buna imkanı olmadığından obyektə xərclədiyi vəsaiti onlardan geri tələb etmişdir. Ancaq cavabdeh pulu ona qaytarmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək 2(021)-236/2024 saylı mülki iş üzrə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbini artırıraq əlavə olaraq cavabdehin dələduzluq edərək borc adı ilə aldığı 5000 (beş min) manatın, çörək bişirmə, digər xəmir məmulatları hazırlanması və saxlanılması üçün alınmış avadanlıqların dəyəri olaraq 7000 (yeddi min) manat məbləğində pulun və 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may aymadək hesablanmaqla hər ay üçün icarə haqqı kimi əldə etdiyi puldan 500 (beş yüz) manat olmaqla pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə artırılmış iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat ilkin və iddia tələbinin artırılmasına dair ərizədə göstərilən məbləğdə, borc aldığı 5000 (beş min) manatın, avadanlıqların dəyəri olaraq 6000 (altı min) manat və 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla ayda 500 (beş yüz) manat icarə pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Gülüm təndirxanası”nın təmir və yenidənqurma işlərinə bazar qiymətlərinə uyğun olaraq 22122 manat məbləğində pul xərclənmişdir. Bundan başqa cavabdeh iddiaçıdan dələduzluq yolu ilə 5000 manat məbləğində pul alaraq mənimsəmiş, pulu qaytarmamışdır. Onun bu hərəkətlərində cinayət tərkibinin əlamətləri mövcuddur. İddiaçı qeyd olunan təndirxanaya 6000 manat dəyərində avadanlıqlar almışdır ki, həmin avadanlıqlar da hazırda iddiaçının istifadəsindədir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhətində nasazlıq olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək növbəti məhkəmə iclasının vaxtı barədə ona məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi teleqramında səhhətində nasazlıq olduğunu qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə bu halı cavabdehin məhkəmə iclasını yubatması kimi qiymətləndirmişdir. Göründüyü kimi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəməyə göndərdiyi iddia tələbinə qarşı etirazında göstərmişdir ki, ona qarşı əsassız iddia tələbi irəli sürən İddiaçı qohumudur. Lakin ona qarşı iddia tələbi irəli sürərkən həqiqəti deməmişdir. Belə ki, o iddiaçıdan qısa müddət ərzində qaytarmaq şərtilə borca 5000 (beş min) manat pul istəmiş, iddiaçı ona 5000 (beş min) manat borca pul vermişdir. Sonradan maddi imkanı zəif olduğundan iddiaçıya olan borcunu qaytara bilməmişdir. İddiaçıya bildirmişdir ki, ümid yeri olan təndirxanasını 2 il işlətsin, ona olan borcunu kirayə haqqından çıxsın. Hətta iddiaçıya etibarnamədə vermişdir. Lakin iddiaçı 2021-ci il tarixdən obyektini işlətsə də, ona olan 5000 manat borcunu əvəzləşdirməmiş, bununla da aralarında narazılıq başlamışdır. İddiaçıdan 5000 (beş min) manat borca pul almışdır. Lakin iddiaçı iddia ərizəsində ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür və həmin əsassız iddia tələbinə etiraz edir. İddiaçının ona qarşı qaldırdığı iddia əsassızdır, əsassız iddianı qəbul etmir. İddiaçıya 5000 (beş min) manat borcu vardır. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 göstərdi ki, usta işləyir. Usta işləməklə bərabər briqada yığaraq tikinti işlərində briqadaya rəhbərlik edir. Hər hansı bir tikinti işləri görürlərsə sifarişi bünövrədən götürürlər və dam örtüyünü vurub dayanırlar. Tikdikləri obyektin sahibinin adı Səməd olmuşdur. Həmin obyekti 2021-ci ilin sentyabr ayında qəbul edib, 2021-ci ilin oktyabr ayında yekunlaşdırmışlar. Tikintidə işlədilicək materialların siyahısını o tərtib etmiş və İddiaçı vermişdir. Sonuncunun sifarişi əsasında materiallar tikintiyə gətirilmişdir. Briqadası 5 nəfərdən ibarət olmuş, gördükləri işin zəhmət haqqını onlara İddiaçı vermiş, o cümlədən nahar yeməklərinin pulunu da İddiaçı vermiş, yaxınlıqda olan yeməkxanada nahar etmişlər. İddiaçı gördükləri işin zəhmət haqqını ona vermiş, o da briqada üzvlərinin hər birinin gördüyü işə görə haqqını vermişdir. Tikilinin qapı-pəncərəsi plastik olmuş, onu başqa usta quraşdırmışdır. Lakin dam örtüyünü özü vurmuşdur. Tikili həm tək mişar daşından, həm də qoşa mişar daşından olmuşdur. Həmin dövrdə tək mişar daşının kvadratını 3 manatdan, qoşa mişar daşının kvadratını isə 5 manatdan hörmüşlər. İddiaçı gördüklərini işin müqabilində onlara cəmi 3216 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, suvaq ustası işləyir. İngilis Adıgözəlov briqada yaradaraq sifariş olduğunu, tikinti işləri aparmaq lazım olduğunu bildirmiş, o da suvaq ustası kimi briqadada işləməyə başlamışdır. Həmin tikintinin bütün maddi və material təminatını Səməd adlı şəxs qarşılamışdır. Orada işləyərkən tikintiyə rəhbərliyi İddiaçı həyata keçirmişdir. Tikinti Kamil adlı şəxsin həyətinə bitişik hissədə aparılsa da, rəhbərliyi İddiaçı etmişdir. Onların zəhmət haqqını İddiaçı briqadanın rəhbəri İngilis Adıgözəlova vermiş, sonuncu da onların pullarını özlərinə vermişdir. İşçilərin nahar yeməklərinin pulunu İddiaçı vermişdir. Həmin tikintidə bir kvadratmetrinin qiyməti 3 manat olmaqla, 145 kv.m. suvaq işləri görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, 2021-ci ilin iyul ayından Bərdə şəhərində yerləşən tikinti bazarında tikinti materialları satışı ilə məşğul olur. Həmin dövrdə Səməd adlı şəxslə tanış olmuşdur. Belə ki, Səməd tikinti bazarına gələrək ondan armatur, sement, dəmir, taxta və bu kimi tikinti materialları alıb aparmışdır. Sonuncunun tikinti materiallarını hara alıb aparmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 göstərdi ki, Şamaxı rayonu Nüydü kəndində anadan olmuş, orada böyüyüb yaşamışdır. Hazırda isə Bərdə rayonu Əliyanlı kəndində yaşayır. “Saleh” inşaat materialları mağazasında satıcı işləyir. İddiaçı tanıyır, belə ki, sonuncu onun işlədiyi mağazadan projektor, vinil, tərəzi, su çəni, elektrik işlərinə aid digər materiallar alıb aparmışdır. İddiaçı həmin materialları tikdirdiyi obyekti üçün alıb aparmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur, Şuşa şəhəri Y.V.Çəmənzəminli küçəsində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1953-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. Şuşa Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli, 22/396 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında daimi qeydiyyatdadır. Bərdə Rayon Kətəlparaq Bələdiyyəsinin 30 avqust 2023-cü il tarixli, 23 saylı məktubundan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 04 saylı məktubundan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm Təndir” sexinin yerləşdiyi torpaq sahəsi Cavabdeh öz xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin tərkibindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində 0,2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam, torpaq sahəsi 1/5 hissə Cavabdeh, 1/5 hissə X1, 1/5 hissə X7, 1/5 hissə X10 və 1/5 hissə X2 adına qeydiyyata alınmışdır. “X12” MMC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının hazırkı vaxta mövcud bazar dəyərinə uyğun olaraq qiyməti 25000 manat məbləğindədir. -Qeyri-yaşayış sahəsinin cəmi bazar dəyəri 25000 manat dəyərində qiymətləndirilmişdir. -Qeyri-yaşayış sahəsinin cəmi likvid dəyəri 21000 manat dəyərində qiymətləndirilmişdir. “X12” MMC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd xəmir qarışdıran 1300 manat dəyərində, 1 ədəd təndir 150 manat dəyərində, 1 ədəd təndir (adnapornu) 1000 manat dəyərində, 1 ədəd stol (nejafika) 350 manat dəyərində, 1 ədəd peraşki bişirən aparat 150 manat dəyərində, 1 ədəd peraşki stolu 200 manat dəyərində, 1 ədəd elektron tərəzi 80 manat dəyərində, çörək vitrini 400 manat dəyərində, 1 ədəd soyuducu 600 manat dəyərində, 6 ədəd (1 ədədi 20 manat) kündə podnosları 120 manat dəyərində, kamera dəsti 800 manat dəyərində, 1 ədəd elektrik sacı 70 manat dəyərində, havalandırma sistemi 150 manat dəyərində, 1 ədəd kassa aparatı 450 manat dəyərində qiymətləndirilmişdir. 24 sentyabr 2021-ci il tarixli, 7E-3572 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməkiə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, Azərbaycan Respublikasının bütün banklarında, onların filial və şöbələrində onu tam salahiyyətli nümayəndəsi kimi təmsil etməyi və bütün bank əməliyyatlarını aparmağı (mədaxil, məxaric, köçürmə), adına hesab açmağı, hesaba pul qoymağı, hesabdan pul götürməyi, hesabdan hesaba pul köçürməyi, hesabları bağlamağı, adına olan hesablar üzərində sərəncam verməyi, hesablardan çıxarış almağı, depozit faizlərini almağı və yenidən banka qoymağı, əvəzindən plastik kartları almağı, kartlardan istifadə etməyi, kartların müddəti bitdikdə müddəti artırmağı, pin kodları götürməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, qiymətli və digər hər cür məktubları və baratları almağı, Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, "Asan Xidmət” Mərkəzlərində, Notariat ofislərində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, Çıxarış, Texniki Pasport, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) almağı, "Azəriqaz” İstehsalat Birliyində, "xxxx" ASC-də “Azərişıq" ASC-də təmsil etməyi, sayğac quraşdırmaq, kommunal xərcləri ödəməyi, əvəzindən sənədləşmə işlərini aparmağı, lazımi sənədləri və ya arayışları toplamağı və təqdim etməyi, ona çatası sənədləri və ya arayışları almağı, işləri aparmağı, əvəzindən ərizə verməyi, imza etməyi, rüsumları ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki iş üzrə Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9099-9/9271 saylı rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm təndirxanası” üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat məbləğində olduğu müəyyən olunur. -Hər hansı avadanlıq təqdim edilmədiyindən, avadanlıqların qiymətləndirilməsinə dair tədqiqat aparılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı 2021ci ilin sentyabr ayından başlayaraq cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən torpaq sahəsində öz vəsaiti hesabına təndirxana inşa etmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı öz üzərinə təndirxananı inşa edərək orada təmir və yenidənqurma işlərinin aparılması, cavabdeh isə təndirxananı şərikli işlətmələri barədə öhdəlik götürmüşlər. Sənədləşdimə işlərinin aparılması üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə də verilmişdir. Qeyd olunan torpaq sahəsində tikintinin iddiaçı tərəfindən aparılması məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlər də təsdiq etmişlər. X4 və Elsevər Kazımov tikinti işlərinin aparılmasında şəxsən tikinti ustası qismində iştirak etdiklərini və zəhmət haqqının onlara İddiaçı tərəfindən ödənildiyini, digər şahidlər isə qeyd edilən dövrdə iddiaçıya tikinti materialları satdıqlarını bildirmişlər. Bərdə rayonu Kətəlparaq kəndində cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Gülüm təndirxanası” sexinin iddiaçı tərəfindən inşa edilməsi məhkəmə iclasında araşdırılmış sübutlarla tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli Rəyindən görünür ki, Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən “Gülüm təndirxanası” üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat məbləğində olduğu müəyyən olunur. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bərdə rayonu Kətəlparaq kəndində cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi “Gülüm təndirxanası” sexinə avadanlıqlar quraşdırmış, avadanlıqların alınmasına və quraşdırılmasına müəyyən qədər vəsait xərcləmişdir. İddiaçı həmin avadanlıqların alınmasına və quraşdırılmasına 6000 (altı min) manat məbləğində pul xərcləməsini bildirir və həmin məbləği cavabdehdən tələb edir. Lakin həmin xərclərinin sözügedən məbləğdə olmasını təsdiq edən sübutları yetərincə deyildir. “X12” MMC tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təndirxanaya alınan və quraşdırılan avadanlıqların dəyəri 5820 (beş min səkkiz yüz iyirmi) manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə “Gülüm təndirxanası” sexinə avadanlıqların alınmasına və quraşdırılmasına çəkilən xərclərin dəyərinin “X12” MMC-nin mütəxəssis rəyinə uyğun olaraq 5820 (beş min səkkiz yüz iyirmi) manat məbləğində olması daha ağlabatandır. Göründüyü kimi, iddiaçının Bərdə rayonu Kətəlparaq kəndində cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş “Gülüm təndirxanası” sexinin tikintisinə görə 22122 manat, təndirxanaya avadanlıqların alınması və quraşdıılması üçün isə 5820 manat məbləğində pul xərcləməsi işin gerçək halları, o cümlədən məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla tamamilə təsdiq olunur. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi icra etməyərək iddiaçını təndirxanadan uzaqlaşdırmışdır. Cavabdeh məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazda iddiaçıdan 5000 (beş min) manat məbləğində borc pul aldığını etiraf etmiş, lakin borcunu qaytara bilmədiyi üçün özünə məxsus təndirxananı iddiaçıya 2 il müddətinə icarəyə verdiyini və iddaçı ilə icarə pulu hesabına borcun silinməsi barədə razılığa gəldiklərini bildirmişdir. Qeyd olunmalıdır ki, cavabdehin iddiaçıdan 5000 manat məbləğində borc pul alması özünün etirafı ilə sübut olunsa da, borcunu qaytara bilmədiyi üçün özünə məxsus təndirxananı iddiaçıya icarəyə verməsi və iddaçı ilə icarə pulu hesabına borcun silinməsi barədə razılığa gəldikləri barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. İşin gerçək hallarından görünür ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öz üzərinə götürdüyü öhdəliyi icra etmiş və təndirxananı inşa edərək, avadanlıqlar quraşdırmış, cavabdeh isə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu hal məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. İddia tələbinin 5000 (beş min) manat pul tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan 5000 (beş min) manat məbləğində borc pul aldığını etiraf etdiyindən və iddianın qeyd olunan hissəsində mübahisə olmadığından iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbinin 2023-cü ilin oktyabr ayından 2024-cü ilin may ayınadək hesablanmaqla hər ay üçün icarə haqqı kimi əldə etdiyi puldan 500 (beş yüz) manat tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İşin gerçək hallarından görünür ki, iddiaçı Şuşa şəhərindən məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 189,37 (bir yüz səksən doqquz manat 37 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 12 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9099-9/9271 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh tikinti işlərinə görə 22122 (iyirmi iki min bir yüz iyirmi iki) manat, alınmış və quraşdırılmış avadanlıqların dəyəri olan 5820 (beş min səkkiz yüz iyirmi) manat, borc aldığı 5000 (beş min) manat olmaqla, cəmi 32942 (otuz iki min doqquz yüz qırx iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 189,37 (bir yüz səksən doqquz manat 37 qəpik) manat məbləğndə dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-236/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-236/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver