Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2377/2021 12.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən may 2019-cu il tarixdən başlayaraq bankomatdan çıxarılmış dövlət tərəfindən hər ay ona verilən 60 manat çörək pulunun qətnamə icra edilən günədək çıxarılmış məbləğin tam həcmdə cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2009-cu ildə faktiki ailə qurmuşlar, nikahlarını 14.05.2010-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 övladları vardır. Daha sonra onların münasibəti pisləşmış və o, 17.05.2019-cu ildə yaşadığı Bərdə rayon Alpoud kəndi ərazisində cavabdehlə birgə nikahda yaşadıqları dövrdə tikdirdikləri və uşaqları ilə birlikdə yaşadığı evdən qovulmuşdur. O, məcburi köçkündür, 17.05.2019-cu il tarixdən bu günə qədər evsiz qalmışdır. Cavabdehlər onun gəlin köçüb yaşadığı evdə yaşamasına imkan vermirlər. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bərdə rayon Alpoud kəndində yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh2 bildirdi ki, iddiaçının mübahisələndirdiyi ev onun xüsusi müllkiyyətindədir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti Başçısının Umudlu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 142 nömrəli, 21.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Şıxarx kəndində yaşayır. İş materiallarında olan Laçın rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(047)25\2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia qaldırmış və iddia tələbi qismən təmin olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(106)293\2021 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh1 tərəfindən Laçın rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(047)25\2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Laçın rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli 2(047)25\2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Laçın rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia qaldırmış və mülki iş üzrə cavabdeh tərəfindən borc məbləği tam ödənildiyindən idddiaçı İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Laçın rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(047)15\2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 14.05.2010-cu ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 251 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 25.05.2010-cu il təvəllüdlü Minayə və 06.08.2011-ci il təvəllüdlü Elcan adlı uşaqları ataları Cavabdeh1 yanında saxlanılmışdır. İş materiallarında olan 18.08.1992-ci il tarixli 577 saylı Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Bərdə rayon Alpoud kəndində yerləşən yaşayış sahəsi 54.8 kv.m, köməkçi sahəsi 12.2 kv.m, ümumi sahəsi 67.0 kv.m olan iki otaqlı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 ailə həyatı qurmuş, birgə nikah dövründə 2 uşaqları anadan olmuşdur. Daha sonra onlar ayrılmışlar. İddiaçı mübahisə obyekti olan Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Alpoud kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh2 iddiaşının qayınatasıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə 18.08.1992-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh Cavabdeh1 2010-cı ildə ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Məhkəmə evin qeydiyyatdan keçmə vaxtını, iddiaçının gəlin köçdüyü vaxtı, tərəflər arasında hazırkı mübahisə ilə bağlı yaranan hüquq münasibətlərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tətbiqini zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçı gəlin köçməmişdən xeyli müddət əvvəl reystrdə qeydiyata alınmışdır və iddiaçı ilə Cavabdeh2 arasında Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdi Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin olunacağı təqdirdə hazırda mülkiyyətçi olan Cavabdeh2 mülkiyyət hüququnu pozmuş olar. Məhkəmə həmçinin qeyd edir ki, digər Cavabdeh1 münasibətdə də tələb təmin oluna bilməz. Çünki, həmin ev onun yax atasına məxsus evdir ki, məhkəmə yuxarıda həmin məsələyə qiymət vermişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçmə” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2377/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2377/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver